Bu sayt “Şəkinin səsi” qəzetinin sınaq saytıdır. Burada biz “Şəkinin səsi”ndə dərc olunmuş, yaxud dərc olunmasını planlaşdırdığımız maraqlı xəbərləri, məqalələri s.ləri yerləşdirik.

Tezliklə isə özümüzün daha təkmilləşdirilmiş saytımızı yaradacağıq!

"ŞƏKİNİN SƏSİ"

 

 

 

qəzetinin internet səhifəsi

 

Bu saytın yenilənməsi - "obnovit" edilməsi, 2007-ci ilin avqust ayından etibarən qeyri-müəyyən müddətə dondurulub. Siz http://shekininsesi.googlepages.com/ -a - bizim yeni internet saytımıza baxIN!

 

Foto: SALIS

İyulun 1-də Şəki Şəhər İcra Hakimiyyətinin iclas salonunda Balakən, Zakatala, Qax, Oğuz və Qəbələ rayon Mədəniyyət və Turizm Şöbələrinin fəaliyyətlərinə həsr olunmuş səyyar yığıncaq keçirilmişdir; 

Bax:>>>

**

 

 

 

“Şəkinin səsi”nin redaktoru Aydın Məmmədov "Jahrbuch Aserbaidschanforschung barədə Azərbaycan MEA RH-nin “Elm” qəzetində də çıxış edir Bax: >>>

 

 

Almaniyada bu il nəşrə başlamış "Jahrbuch Aserbaidschanforschung un 2 buraxılışı üçün məqalələrin qəbuluna başlanıldı! Bax >>>

 

 

Almaniya səfiri mayın 15-də

yenə Şəkiyə gəlib

**

 

 

 

Aprelin 3 – 4-də Almaniya səfiri Şəkidə olmuşdur

...diplomat əlavə etdi ki, “Almaniyada təzəlikcə nəşrə başlayan və bütün dünyada maraqla oxunan "Jahrbuch Aserbaidschanforschung" adlı elmi məcmuənin 1-ci buraxılışının Bakıdakı təqdimat mərasimi haqqında "Şəkinin səsi" qəzetində dərc edilmiş məqalə, onun üçün gözlənilməz və gözəl bir sürpriz olub. "Jahrbuch Aserbaidschanforschung"un nəşri Azərbaycan üçün, xüsusilə də Azərbaycan elmi üçün böyük əhəmiyyət kəsb etdiyinə baxmayaraq, bu məcmuənin nəşri və onun Bakıdakı təqdimat mərasimi barədə Azərbaycan KİV arasından yalnız "Şəkinin səsi" qəzeti məlumat yayması, bir tərəfdən "Şəkinin səsi"nin operativliyinə dəlalət edirsə, digər tərəfdən, başqa Azərbaycan KİV-də, o cümlədən televiziyalarda, işlərin düzgün, Azərbaycanın maraqlarına uyğun olaraq qurulmamasına dair bariz bir misaldır!”. Bax:>>> Ipekchi

 

İyunun 19-u 1920-ci ildə Fətəli xan Xoyski Tiflisdə öldürülmüşdür. Onun nəşi hələ qürbətdə "çürüyür"! 

 

    1918 – 1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının yaradıcılarından çoxu, bu cümhuriyyətin süqutundan sonra mühacir həyatı yaşamağa məcbur oldular ömürlərini qürbətdə başa vurdular. Onların qəbirləri indi qürbətdədir. Xalqımıza divan tutan erməni Stepan Şaumyanın qəbri heykəli Bakının düz ortasında, Şərqdə ilk cümhuriyyəti quran həmmillətlərimizin məzarları isə qürbətdə!
       Vaxt gələcək, biz müsəlmanlar ayılacağıq, istəyəcəyik ki Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin bilim, bunlar kimi qədər digər görkəmli şəxslərimizin nəşini gətirək Vətənə. O zaman sual ortaya çıxacaq: onları harada dəfn edək? Fəxri Xiyabanda? Şəhidlər xiyabanında? Ya Elçibəyin adıyla hallandırılan versiyaya uyğunSahil”, yəni keçmiş “26-lar” parkında? Ya anadan olduqları yerdə? Ya qohumların, yaxud əcdadlarının dəfn olunduqları yerdə? O zaman bizim bu məqaləmiz aktual olacaq:


Bir qəbir kitabəsinin izi ilə, yaxud F. X. Xoyskinin əsli-nəcabətinə dair faktlar  

 

ŞƏKİNİN TARİXİNƏ, FOLKLOR ƏDƏBİYYATINA DAİR MƏQALƏLƏR, IQTİBASLAR (TƏRCÜMƏLƏR, ƏRƏB ƏLİFBASINDAN TRANSLİTERASİYALAR)

 

Həsən sultanın itmiş qəbrinin sorağı ilə

Məhəmmədhüseyn xanın aqibəti

7 Şəki nağılı

İoann de Qalonifontibusun “Qafqaz xalqları haqqında məlumat”ı

N.Şaminin “Zəfərnamə”si:

İbn Ərəbşah və onun “Əcaibül-məqdur fi nəvaib timur” əsəri

Ş.Ə.Yəzdinin “Zəfərnamə”si:

Nuxa qalasının vəziyyəti barədə mayor Lisaneviçin 1819-cu ildə tərtib etdiyi akt:

 

 

19 əsr Şəki tarixıçilərindən Kərim ağa Fatehin yazdığı “Şəki xanlarının ixtisar üzrə tarixi” və Hacı Seyid Əbdülhəmidin qələmə aldığı “Şəki xanları və onların nəsilləri” adlı əsərlərin rus dilinə tərcüməsi, Mərkəzi Almaniyanın Berlin şəhərində yerləşən məşhur http://www.vostlit.info/ saytına yerləşdirildi. Bax:

 

КЕРИМ АГА ФАТИХ
Краткая история шекинских ханов
Предисловие
Текст
Генеалогические таблицы

 

ХАДЖИ СЕИД АБДУЛГАМИД
Родословная шекинских ханов и их потомков
Предисловие
Текст
Генеалогические таблицы

Приложение

 

 

İyun ayının 15-Şəkinin səsiqəzetinin nəşrə başramasınin 14-cü ili tamam oldu; İndi həmin gün, "Qurtuluş günü"dür

   1993-cü ilin iyun ayının 15-, Azərbaycanda ictimai-siyasi  vəziyyət xeyli kəskin idi. Axşam Milli Məclisdə, Milli Məclisin həm prezident səlahiyyətlərini icra edəcək sədri seçilməli idi. Belə bir gündə, günorta vaxtıŞəkinin səsiqəzetinin 1-ci sayı Şəki mətbəəsində nəşr olunurdu. “Şəkinin səsiqəzeti artıq Azərbaycan ictimaiyyətinə məlumat verirdi ki: “Heydər Əliyev Milli Məclisin sədri seçilmişdir!”  Bəli, hələ xeyli əvvəldən Salis Məmmədov əmin idi ki məhz, Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri olacaqdır! Bax: >>> 

 

 

Abid Şərifov Şəkidə

**

 

Mayin 13-də Şəki 10 saylı orta məktəbin 1947-ci il buraxılışının 50-ci ildönümü ilə əlaqədar tədbirdə iştirak etmək üçün Abid Şərifov Şəkiyə gəlmişdir.

Bax M. Salisin çəkdiyi digər foto şəkillərə: >>>

 

 

Nazim İbrahimovun Belçikaya işgüzar səfəri

**

 

Və bu səfərin yekunları ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovdan “Şəkinin səsi” qəzetinin baş redaktoru, respublikanın Əməkdar jurnalisti M. Salisin götürdüyü müsahibə Bax:>>>

 

 

Şəki rayonunun Fazıl kəndində “Labirint” adlanan yeraltı muzey yaradılır. Bax: >>>

 

Hadı Rəcəblinin gözlərində Moskvada əməliyyat keçirilib.

 

O,əməliyyatın nəticəsindən razı qalsa da, həkimlər təkrar əməliyyatın keçirilməsində israrlıdılar...

(Hadi Rəcəblinin həyat yoluna bir nəzər... Bax: >>>)

 

Kompüter Azərbaycan dilinin də orfoqrafiya qaydalarını yoxlayır!

 

Bakıda yeni tikilən körpülər tezliklə dağila bilər?!

 

Hicri təqvimi Miladiyə, Miladini isə Hicriyə çevirmək üçün avtomat sinxron cədvəl

 

Qonaq kitabı

 



Hosted by uCoz

İlk10.az-dan avtomatik qiymətləndirmə:

GOOGLE REKLAMI:

(Bu reklama baxsanız bizə də xeyir vermiş olarsınız!)

Bizimlə əlaqə: shekininsesi@gmail.com

)

kataloq