Bakıda yeni tikilən
körpülər 1-2 ildən sonra
dağıla bilər!
Bakı nəhəng tikinti
meydanını xatırladır.
Göydələnlərdən sonra, başladılar
körpülər tikməyə. Lap yaxşı.
Fərəhimizdir. Amma bir şey var ki
Dədə-babadan
görmüşük ki, uzun divarlar, yəni qalalar
tikəndə 15-20 addımdan sonra bürclər qoyurdular,
dəmir yolu çəkəndə relslərin arasında bir
barmaq yer qoyurdular, beton yol tökəndə hər 7-8
metrdən bir taxta qoyurdular, kafel düzəndə aralarına
kibrit çöpü qoyurdular. Bütün bunları ona
görə edirdilər ki cisimlər istidə
genişlənir, soyuqda kiçilir. Əgər ara
saxlanılmasa hər şey dağılar.
Amma bizim 200-300 metr uzunluğunda olan
körpülərimiz monolitdir! Yəni hissə-hissə deyil.
Bu səbəbdən də onların ömrü uzun olmayacaq.
Bakıdakı köhnə
körpülər isə monolit deyil. Hissə-hissədir. Amma
onlardan səmərəli istifadə olunmur. Məsələn,
Əzizbəyov metrosu yaxınlığındakı və
Komsomol dairəsi yaxınlığındakı köhnə
körpülərin hər birinin azı 200 metr uzunluğu var.
Amma onların altında cəmi 1 cüt dəmir yolu
keçir. Az bir miqdarda vəsait sərf etməklə ya
həmin körpüləri bir az uzadıb, ya da daha da az
vəsait sərf etməklə yaxınlığındakı
şose yollarının istiqamətini bir az dəyişıb,
bu körpülərin altından 2 şose yolunu da
keçirmək olardı ki, bu da həmin
tərəflərdə avtomobil tıxaclarını
müvəffəqiyyətlə aradan qaldıra bilərdi.
Aydın Məmmədov