Aydın Salisoğlu     

               

HƏSƏN SULTANIN İTMİŞ QƏBRİNİN SORAĞI İLƏ

 

 

Həsən sultan 1524- ilin may ayına qədər Şəki hökmdarı olmuşdur.  Hakimiyyətə gəldiyi vaxt məlum deyil, amma  bu bu qeyri-müəyyənlik 1497 – 1519-cu illər çərçivəsində məhdudlaşır. Belə ki, bunlardan birincisi, əvvəlki Şəki hökmdarı Şahhüsüyn öldürülən, ikinci isə tarixi xronologiyada Həsən sultanın adına ən tez təsadüf edilən ildir. Əsli-nəcabətinə gəlincə, 19-cu əsr Şəki tarixçiləri onu nuxalı Qara keşişin nəslinə, bir 16-17- əsr Səfəvi tarixçisi isə Şirvanşahlar xanədana mənsub hesab edib...

1524- ilin baharında Səfəvilər dövlətinin banisi olan Şah İsmayıl  (1501-1524)  cərgə üsuluilə ov etmək üçün böyük qoşunla Qarabağa gəlir. Qarabağ çöllərində vəhşi halda yaşayan sahibsiz atları Kür çayının sahilinəŞəki hökmdarlığının sərhəddinə qədər qovurlar. Bu yerdə Şəki hökmdarı Həsən sultanlayiqli hədiyyələrləŞah İsmayılın yanına təşrif buyurur.

Şah İsmayıl eşitmişdir ki, Şah dağda  (Şəki əhalisi hələ lap bu yaxınlaradək, Böyük Qafqaz sıra dağlarınıŞah dağadlandırırdı) – Şəki hökmdarlığına məxsus olan hansısa yerdə ( – heç şübhə etmirik ki, bu yer Kiş çayı dərəsidir!) vəhşi at sürüləri, digər çoxlu ov heyvanları dolaşmaqdadır. O, həmin yerdə şikara çıxmaq istəyir. Hələ ova qədər, bu xəbər hamıya bəlli olan kimi, Şah İsmayılı fikrindən daşındırmaq üçün yerli adamlardan bir neçə nəfər onun yanına gəlmiş və xəbərdarlıq etmişlər ki, orada həmin vaxta qədər heç kim, hətta padşahlar belə, ova çıxmağa cəsarət etməmişdir. Lakin Şah İsmayıl inadından dönmür və ovun başlanmasına qərar verir

O, Şəkidən qayıdan kimi Gürcü çarı Levon, Şəki hökmdarlığı ərazisinə qoşun çəkdi.  Həsən sultan onu Padar kəndinin yaxınlığında ( – indiki ZakatalaBalakən rayonları arasında) qarşıladı. Gürcülər geri çəkildilər. Lakin buna qədər, tərəflər arasında baş vermiş toqquşmada, artıq, Həsən sultan şəhid olmuş idi. Şəki tarixçisi H. S. Əbdülhəmidə görə onun nəşini gətirib ““Daş-yüz” adı ilə məşhur olan yerdə” torpağa tapşırmışlar. Həsən sultanın ölümündən heç bir-iki gün keçməmiş, 36 yaşında ikən Şah İsmayıl özü də dünyasını dəyişdi

Görünür, “müqəddəs yer”ə sığınan heyvanları kütləvi şəkildə ovlayan, ovlatdıran Şah İsmayıl və həmin işə icazə verən Həsən sultan Allahın qəzəbinə gəliblərmiş! Lakin indi bizim məqsədimiz bu barədə yox, məqalənin sərlövhəsindən məlum edildiyi kimi Həsən sultanın qəbri barədə söhbət açmaqdır.

Bir az yuxarıda qeyd olundu ki, Həsən sultan Daş-yüzdə dəfn edilib. İndi isə həmin yer haqda bir neçə kəlmə: Hazırki Şəki rayonunun tən ortasını əhatə edən Daş-yüz heç də kiçik ərazi deyil. Bəs, Həsən sultanın nəşi konkret olaraq oranın harasında torpağa tapşırılıb? Bu sualın cavabı isə 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərinə aid və Azərbaycan MEA Əlyazmaları İnstitunda B-6134 şifrə altında saxlanılan əlyazmada rast gəldiyimiz anonim katib tərəfindən edilmiş qeydin əsasında bizə qismən məlum olur. Orada göstərilib ki, həmin vaxt Həsən sultanın qəbri Cəfərabad kəndinin yaxınlığında, «Arvatan» deyilən yerdə, yolun kənarında imiş. Anonim katibin yazdığından bu da aydınlaşır ki, qəbrin üzərindəki günbəz yalnız o ərəfələrdə dağılıbmış.

Bəs Aravatan haradır və hardadır? Biz bu toponimə bir də İ. L. Seqalın 1902-ci ildə Tiflisdə çap olunmuş kitabında təsadüf etdik. Müəllif göstərib ki, Arvatan, Nuxa qəzasındakı Göybulaq və Cəfərabad kəndləri arasında olan ərazidir. Deməli, o, Cəfərabad kəndinin şimalında imiş.

Həsən sultanın qəbrinin sorağı ilə Şəki rayonunun Cəfərabad kəndinə üz tuturuq. Buranın sakinlərindən bir kimsə Aravatanı tanımır, lakin onlar yekdilliklə şəhadət verirlər  ki, kəndin şimalındakı böyük bir sahə “Həsən soltan” adını daşımaqdadır. Belə başa düşmək olar ki, 20-ci əsrin əvvəllərinə qədər “Aravatan” kimi tanınan əraziyə indi “Həsən soltan” deyirlər.

Və nəhayət, orada Cəfərabad Kənd Bələdiyyəsinin sədri İmran Alməmmədovla təsadüfən rastlaşmağımız, söz gedən məsələnin öyrənilməsi işində irəliyə doğru daha bir mühüm addım atmağımıza səbəb olur. Müsahibimiz bildirir ki, 5-6 il əvvəl “Həsən soltan” deyilən yerdə, şose yolunun kənarında kabel xətləri basdırmaq üçün xəndək qazılarkən, traktor sənduqə tipli bir sinə daşına ilişmişdi. Onun oğlu Xəqani isə tapıntını qorumaq məqsədi ilə evə gətirib.

Baxmayaraq ki, bu hadisədən 5-6 il keçib, təəssüflər olsun ki, bizə qədər heç kim həmin daşla ciddi şəkildə maraqlanmayıb və o, nə yerinə qaytarılmış, nə də hansısa muzeyə təhvil verilmişdir. Beləliklə də İmran müəllimin həyət qapısının qabağında, yağış, qar, qızmar günəş şüası, şaxta və s. təbii amillərin təsiri ilə öz varlığının son həddinə yetişmək üzrədir. Elə fikirləşməyin ki, İmran müəllim onu qəsdən gizlədərək elmi tədqiqatdan kənarda qoyub. Yox, əksinə, adı çəkilən şəxs həmin sənduqə-sinə daşı barədə vaxtında bir çox əlaqədar yerlərə məlumat verib. Amma

Göründüyü kimi, qarşımızdakı bu yarısı olmayan sənduqə-sinə daşı xeyli zədələnmiş vəziyyətdədir. Elə ona görə də üzərindəki yazıları oxumağa cəhd göstərmədik. Lakin mümkündür ki, epiqrafiq abidələrin oxunuşu üzrə mütəxəsislər, xüsusilə də hörmətli Meşədixanım Nemət bu işdə, nəsə, bir müsbət nəticə əldə edə bilsin.

Biz tapıntını bir neçə istiqamətdən lentə aldıqdan sonra əldə etdiyimiz foto şəkilləri anoloji abidələrin təsvirləri ilə (– M. S. Nemət, ŞəkiZakatala bölgəsinin ərəbfarstürkdilli kitabələriAzərbaycan epiqrafiq abidələri korpusu, II cild, Bakı – 2001) tutuşduraraq onun görünüşünü digərləri ilə müqayisə etdik və  nəticə çıxartdıq ki, bu sənduqə-sinə daşı formasına və naxışlarına görə Həzrə kəndinin (Qəbələ rayonu) köhnə qəbristanlıqdakı 16-cı əsrə aid sənduqə-sinə daşlarını xatırlatmaqdadır. Qeyd etmək yerinə düşər ki, bizdən əvvəl oxşar bir halda M. Nemət özü də eyni nəticəyə gəlmişdir. Daha təfsilatı ilə desək, 20-ci əsrin 70 – 80-cı illərində Şəki rayonunun Cəfərabad kəndi ilə Göybulaq kəndləri arasındakı sahələrində alma bağları salınarkən, şosse yolunun kənarında da torpaq altından xeyli sənduqə tipli sinə daşları tapılmışdır. Lakin təəssüf ki, əksəriyyəti o vaxt amansızcasına dağıdılmış, yalnız, neçə yerə parçalanmış birisinin iki yazılı hissəsi Şəki şəhər 17 saylı orta məktəbin müəllimi Paşa Paşayev tərəfindən elmi tədqiqata təqdim olunmuşdur. M. Nemət o vaxt yazıları oxumuş və  həm də aşkar etmişdir ki, onlar məlum Həzrə qəbrüstü abidələrinin mətnləri ilə üst-üstə düşməkdədir

O ki, qaldı birinci söhbət açdığımız sənduqə-sinə daşına, güman edirik ki, o, Həsən sultana aid ola bilər. Əgər belə deyilsə, onda, eyni xanədana mənsub hansısa mərhumunkudur və Həsən sultanın qəbrini isə onun tapıldığı yerin yaxınlığında axtarmaq lazımdır!

Sonda daha bir müəmmaya da aydınlıq gətirmək niyyətindəyik ki, nəyə görə Həsən sultanın qəbri, məhz, həmin yerdədir? Məlumdur ki, hazırkı Şəki şəhəri əslində Nuxa şəhəridir və 1969-cu ilə qədər, elə, beləcə də, Nuxa adlanmışdı. Biz bu qənaətə gəldik ki, köhnə Şəki, yəni koordinatları indiyə qədər dəqiqləşdirilməmiş tarixi Şəki şəhəri, elə, indiki “Həsən sultan” deyilən yerlə indiki Çapağan kəndi arasında mövcud olub. Belə ki, 19-cu əsrdə yaşamış Şəki şairi və Şəki tarixlərindən birinin müəllifi olan Mustafa ağa Şəkixanovun yazdığına görə Qara keşiş nəsli əvvəlcə yalnız Kiş və Nuxada hakimiyyətdə imiş və bunlardan 4-cü nəslin nümayəndəsi, yəni Qara keşişin nəticəsi  «Şəkixan» adı ilə tanınan Qutul xan oğlu, Aravatanı ələ keçirmiş və paytaxt etmişdir. Heç şübhəsiz, Mustafa ağa «Aravatan» yazarkən əslində köhnə Şəki şəhərinin vaxtilə mövcud olduğu ərazinin 19-cu əsrdəki adını göstərib. O ki qaldı yuxarıda adını çəkdiyimiz Çapağan kəndinə, Cəfərabaddan bir neçə km. şimal-şərqdə olan həmin kənd barədə bunu da əlavə edək ki, o, 19-cu əsrin əvvəllərində tərtib edilmiş siyahıyaalma aktlarında Nuxa şəhərinin tərkibində olaraq göstərilib, baxmayaraq ki, oradan xeyli uzaqda idi. Çox güman ki, söz gedən  kənd əvvəllər Şəki şəhərinə bitişik olmuş, bu şəhərin 1745-ci ildə ildə Nadir şah Əfşar tərəfindən yandırılmasından, yaxud onun aqibəti ilə bağlı bizə konkret məlum olmayan hansısa digər bir  faciəvi hadisənin baş verməsindən sonra sakinlərinin oranı tərk etmələri və yəqin ki, məhz, Nuxada məskunlaşmaları ilə əlaqədar, bu dəfə Nuxa şəhərinin bir hissəsi hesab edilmişdir.

Nə isəHər halda Həsən sultanın qəbrinin yerinin dəqiqləşdirilməsi, qəbir daşısının aşkar edilməsi Azərbaycan tarixi üçün maraqlı bir töhfə ola bilərdi. Biz həmin məsələnin həlli üçün bacardığımız qədər səy göstərdik, onun nəzəri tərəfini öyrəndik, bunlardan başqa, üstəlik, köhnə Şəki şəhərinin yeri barədə də, nəsə, bir nəticə çıxartdıq. İndi isə söz epiqrafiq abidələr üzrə mütəxəssislərin, arxeoloqların, arxeoloji tədqiqatlar üçün vəsait ayırmaq iqtidarında olan fiziki yaxud hüquqi şəxslərindir!  

 

            

 

  


                               İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT :

 

1.    İ. P. Petruşevski, Qosudarstvo Azerbaydjana v XV v. – Sbornik statey po istorii Azerbaydjana, ² vıpusk, Baku-1949,

2.    O. Əfəndiyev, Azərğaycan Səfəvilər dövləti,  Bakı-1993

3.    Şəki xanlığının tarixindən, Bakı-1993

4.    اسكندربيك تركمان‌‘  تاريخ عالم‌آراي عباسي‌ ، جI، تهران-  ١٣٣٤                                                           

        (İsgəndər bəy Türkman ,  Tarix-i aləm ara-yi Abbasi, 1-ci cild, Tehran-h.ş. 1334)

5.    M. Abbaslı, Şah İsmayılın Ömür yolu miniatürlərdə, ( Anonim müəllifin Cahanara-yi Şah İsmayıl  əsərindən iqtibaslar), Bakı-1981

6.    رشيد بك افندىاوف، نوخا قضاسينده اولان آثار عتيقه لر حاقينده، باكى - 1925                                (Rəşid bəy Əfəndiyev,  Nuxa qəzasında olan asar-iətiqələr haqqında, Bakı-1925)   

7.    (Əlyazma,) Azərbaycan MEA Əlyazmaları İnstitutu, şifrə B-6134

8.    M. S. Nemət, Azərbaycan epiqrafiq abidələri korpusu - II cild, ŞəkiZakatala bolgəsinin ərəbfarstürkdilli kitabələri (rusca), Bakı – 2001

9.    İ. L. Seqalğ,  Elisavetpolğskaə quberniə, Tiflisc-1902

10.                       Kameralğnoe opisanie jiteley qoroda Nuxi i Şekinskoy provinüii za 1824 qod…, Kazennaə gkspediüiə verx. Qruz. Prov., Dövlət Tarix Arxivi, fond 24; 1; ¹162

                                                                           

                                           

 

 

<<< ana səhifə

 

   

 

 

 



Hosted by uCoz

1. 2. 3. Page Rank 4.

Sayğaclar:

1. 2. 3. 4. Rambler's Top100 5.

AZERİNTER.NET dən daha ətraflı:

6. 7.

Bu reklamlara baxsanız bizə də xeyir vermiş olarsınız! * *

* *

Bizimlə əlaqə: shekininsesi@gmail.com