Подпись: “Elm” 17 may 2007-ci il №15 –16 (822 – 823)

ALMANIYADA AZƏRBAYCANA AID ILK ELMI
M Ə C M U Ə 

Azərbaycan Dillər Universitetinin kitabxanasında Almaniyanın Berlin şəhərində “Köster” nəşriyyatında yenicə nəşrə başlamış "Jahrbuch Aserbaidschanforschung” (“Azərbaycan Tədqiqatları") adlı elmi məcmuənin 1-ci buraxılışının təqdimetmə mərasimi olmuşdur. 
Qeyd edək ki təqdim olunan məcmuə Azərbaycanla bağlı olan müxtəlif sahələri əhatə edir: siyasət, iqtisadiyyat, tarix, dil və ədəbiyyat. Məqalələrin müəllifləri təkcə Azərbaycanda deyil, Avropanın başqa ölkələrində - Almaniya, Fransa və Hollandiyada yaşayırlar. Azərbaycan dilində yazılmış mqalələrin qısa məzmunu alman və ingilis dilində də təqdim olunur. Bu, ilk növbədə Azərbaycan dilini bilməyən əcnəbi mütəxəssislərə həmin məqalədə nədən söhbət getdiyini bildirmək üçündür. Yeri gəlmişkən qeyd edək ki  yalnız alman, ingilis və yaxud fransız dillırində yazılmış elmi məqalələr qəbul edilir. Nəşr olunandan sonra məşhurlaşan məcmuəni Avropadakı bir çox kitabxanalar alaraq öz fondlarına daxil etmişdir.
Təqdimetmə mərasimini Azərbaycan Dillər Universiteti Alman dili fakültəsinin dekanı Vilayət Hacıyev açdı. O, tədbirdə iştirak edən tələbələrə bu Universitetin məzunları və onun keçmiş tələbələri olan Mərdan Ağayevlə Ruslana Süleymanovanı nümunə göstərərək, onların Almaniyada gördükləri böyük iş – "Jahrbuch Aserbaidschanforschung” u nəşr etmələri barədə məlumat verdi. 
Sonra "Jahrbuch Aserbaidschanforschung”un 2 həmtəsisçi-redaktorundan biri olan Mərdan Ağayev çıxış edərək məcmuənin nəşrolunma prosesindən, bu zaman meydana çıxan bəzi problemlərdən bəhs etdi.
 "Azərbaycan tədqiqatları” nın ilk buraxılışında məqaləsi dərc olunmuş müəlliflərdən, Azərbaycan Dillər Universitetinindən elmlər namizədi Çərkəz Qurbanlı, Bakı Dövlət Universitetindən professor Vaqif Süleymanlı, Vahid Zahidoğlu  çıxış edərək "Azərbaycan tədqiqatları”nın nəşrini alqışladılar və Mərdan Ağayevə minnətdarlıqlarını bildirdilər.
Sonda, Mərdan Ağayev "Azərbaycan tədqiqatları”nın ilk buraxılışında məqaləsi dərc olunmuş müəlliflərdən bu tədbirdə iştirak edənlərin hər birinə onlara məcmuənin “Köster” nəşriyyatından hədiyyə kimi göndərilmiş 1 nüsxəsini və Almaniya qonorar fondunun blanklarını  təqdim etdi və kollektiv şəkil çəkdirildi.
                                                    Aydın Məmmədov 


 <<< ana səhifə


Həmcinin bax: "Jahrbuch Aserbaidschanforschung”un Bakıdakı təqdimat mərasımi barədə “Şəkinin səsi”ndə dərc olunmuş məqaləyə 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


                      

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 



Hosted by uCoz

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GOOGLE PR indiqatorları (Ana səhifənin PR dərəcəsi) : 1. 2.3.Free PageRank Checker 4.

Sayğaclar:1. ILK-10 Azeri Website Directory 2. 3.

AZERİNTER.NET dən daha ətraflı:

4. 5.6.

GOOGLE REKLAMI:

(Bu reklama baxsanız bizə də xeyir vermiş olarsınız!)

Bizimlə əlaqə: shekininsesi@gmail.com