|  | Nuxa (– Şəki) şəhərində
  qələmə alınmış TATAR (–Azərbaycan)
  UŞAQ NAĞILLARI (1905-ci ildə Tiflisdə çap
  olunub) 7. Kimi
  Allah saxlasa o məhv olmaz 1. ŞahzadəBiri vardı, biri yoxdu, bir
  padşah var idi. Onun cürbəcür üzüm növləri
  olan gözəl bir bağı var idi. Bir dəfə
  padşah bağda gəzirdi və üzümlərə
  baxıb fərəhlənirdi. Birdən, o gördü ki,
  orda-burda tənəklər sındırılıb və
  üzümlər də xarab edilib. O, bağbanını və
  öz nökərlərini çağırıb
  soruşdu: Padşahın bağını xarab etməyə
  kim cəsarət edib? Onlar hamısı cavab verdilər ki, bu
  barədə heç nə bilmirlər. Padşahın
  üç oğlu var idi. O, böyük oğlunu göndərdi
  bağa qarovula. Amma şahzadə özünü saxlaya bilməyib
  yatdı. Səhər məlum oldu ki, gözəgörünməz
  düşmən yenə də bağa girmiş, tənəkləri
  qırmış, üzümləri də xarab etmişdir.
  Padşah ortancıl oğlunu göndərdi, amma bu da
  heç nə bilmədi. Axırda, qarovula kiçik
  şahzadə gedir. Səhərə qədər
  ayıq-sayıq qalmaq üçün, gənc şahzadə
  barmağını kərtdi və ağrısı daha da
  çox olsun deyə, yarasının da üstünə duz
  səpdi. Şahzadə əlində ox-kaman, oturub səbirlə
  düşməni gözləyir. Budur görür: nəhəng
  və əcaib div[1]   gəlir. Bağın içi ilə
  gedir,  tənəkləri
  qırır və üzüm yığır. Şahzadə
  yayı dartıb oxu buraxdı, amma dəymədi. Div
  bağda insan əməlini hiss edən kimi, qaçmağa
  başladı, şahzadə isə cumdu onun dalınca. Onlar xeyli müddət qaçdılar, şəhərdən
  xeyli uzaqlaşdılar və bir səhraya yetişdilər. Nəhayət,
  div böyük bir daşa yetişib onu qaldırdı,
  düşdü quyuya və gözdən itdi. Şahzadə
  evə döndü, uzun kəndir götürdü,
  qardaşlarını çağırdı və onlarla
  birlikdə daşın yanına qayıtdı.
  Qardaşlardan heç biri daşı tərpədə bilmədi,
  amma kiçik şahzadə bir dəfə əlini vurmaqla
  onu götürüb kənara atdı. O, kəndiri belinə
  sarıdı və qardaşlarına göstəriş verdi
  ki, onu quyuya sallasınlar və gözləsinlər.
  Qardaşlar şahzadəni quyuya salladılar, orda oturub
  gözlədilər. Quyu çox dərin idi. Şahzadə
  elə ki onun dibinə çatdı, kəndiri özündən
  açdı və başladı irəliləməyə.
  O, yerin altında xeyli getdi. Nəhayət, gördü ki
  üç gözəl qız taxtda oturub. Şahzadəni
  görən kimi ona qışqırdılar: – Ay bədbəxt!
  Bura necə gəlmisən? Bu saat div
  durar, o sənə rəhm etməz, səni öldürər. Şahzadə isə onlara dedi: – Mən
  eşitmişəm ki divlər canlarını
  şüşədə saxlayırlar. Siz mənə
  göstərin ki sizin divin həmin şüşəsi hardadı, mən isə onu
  öldürüm və sizi də azad edim. Hamısından ən qəşəngi olan gənc
  qız, şahzadəyə istədiyi şüşəni
  göstərdi və yenə qaçdı öz yerinə.
  O, divin canı olan şüşəni götürdü.
  Div hiss eləyən kimi ki onun canı düşmənin –Adəm
  evladının əlindədir həmin
  dəqiqə nərə çəkdi və
  çıxdı döyüşə. O, şahzadənin
  üstünə atılıb onu parçalamaq istədi.
  Amma şahzadə şüşəni daşa
  çırpdı və nəhəng yıxılıb
  öldü. Bu işdən şad olan qızlar şahzadəni
  əhatəyə alıb, qalib gəldiyinə görə
  onu təbrik etdilər və azad olduqlarına görə
  minnətdarlıq etdilər. O, qızların
  hamısını düşdüyü yerdəki kəndirin
  yanına gətirdi və bunu əvvəlcə yaşca ən
  böyük qıza sarıyıb qardaşlarına
  qışqırdı ki dartsınlar. Onu dartıb
  çıxardılar. Sonra ikinci qız
  çıxarıldı. O zaman ki növbə kiçik
  qıza çatdı, bu, şahzadəyə dedi: – Mən
  o biri qızlardan qəşəngəm. Əgər, sənin
  qardaşların məni görərlərsə, onda, səni
  burdan çıxarmazlar və sən quyunun dibində həlak
  olarsan. Qoy əvvəl səni çıxarsınlar, sonra isə
  məni. Şahzadə cavab verdi ki: – Yox!
  Birinci sən çıx, sonra isə mən
  çıxaram. Qardaşlarım məni burda qoymazlar! Qız dedi: –Yaxşı,
  amma yadında möhkəm saxla, əgər onlar səni
  çıxarmasalar, onda bu tərəfə get – əvvəlcə
  iki qoyunla rastlaşacaqsan, biri qara, biri ağ. Əgər sən
  ağ qoyunun belinə otura bilsən, o səni işıqlı dünyaya atacaq, əgər
  çaşıb qara qoyunun belinə otursan, o səni
  qaranlıq dünyaya atacaq. Qara qoyundan qaç və
  yalnız ağ qoyunun belinə min, onda, tezliklə bizə
  qovuşarsan! Bundan sonra qızı quyudan çıxardılar. O
  vaxt ki növbə şahzadəyə çatdı,
  qardaşları onu quyunun ağzına azca qalana qədər
  qaldırıb, birdən kəndiri kəsdilər və bədbəxt
  şahzadə quyunun dibinə yuvarlandı. Özləri isə
  qızları evə apardılar və atalarına dedilər
  ki, guya, onların kiçik qardaşları quyuya birinci
  düşüb və divlə davada həlak olub. Bundan sonra
  isə özləri quyuya düşmüş, divi
  öldürmüş, həmin qızları azad etmiş və
  evə gətirmişlər. Padşah da kiçik oğlu
  haqqında böyük qardaşların
  danışdıqlarına inandı. Kiçik şahzadə isə quyunun dibində
  özünə gəldikdən sonra durub, gözəl
  qızın göstərdiyi tərəfə getdi. O, orada
  qara və ağ qoyunu tapdı və istədi ağ qoyunun
  belinə minsin amma qara qoyun onu çaşdırdı və
  o, bunun belinə sıçrayaraq qaranlıq dünyaya
  düşdü. Həmin dünyada xeyli gəzib-dolaşdı.
  Nəhayət, gördü ki, bir qız əlində yemək
  aparır. O, qızdan soruşdu: – Bu nədir? Qız cavab verdi: – Bu
  plovdur. – Hara
  aparırsan onu? – Orada
  bir əjdaha var. O, çayın başında oturub və
  bizə su vermir. Mən bu plovu aparıram ona. Əjdaha plovu
  yeyən vaxt, mən səhəngimi doldurub evə gətirəcəyəm.
  Bizdə hamı hər gün belə edir. O, plovu qızın əlindən
  alıb yeyəndən sonra əjdahanın yanına getdi və
  onu öldürüb suyu buraxdı. Bunu görən qız əllərini
  əjdahanın qanına boyayıb şahzadənin kürəyinə
  basdı. Bundan bir neçə adam xəbərdar olub getdilər
  o yerin padşahına xəbər verməyə ki, guya, onlar
  imiş əjdahanı öldürənlər və onun
  camaatının canını qurtaranlar. Bundan sonra şahzadə yoluna davam etdi və
  qollu-budaqlı böyük bir ağac gördü. O, dincəlmək
  üçün ağacın kölgəsində yatdı.
  Birdən yuvada olan quş balaları, elə haray-həşir
  saldılar ki, şahzadə diksinib yuxudan ayıldı. O
  gördü ki uzun və əcaib bir ilan quş
  balalarını yemək üçün ağaca
  dırmaşır. Onlar isə vahiməyə
  düşüb hay-küy salıblar. O, ilanı öldürüb
  atdı, qayıtdı öz yerinə və yenə
  yatdı. Şahzadə yatan zaman, yuvaya böyük bir
  quş – quşcuğazların anası qondu. Şahzadəni
  görən kimi: «deməli, budur hər gün
  balalarımı bir-bir yeyən düşmən!» deyə,
  fikirləşib şahzadənin üstünə
  şığıdı. İstədi ki qanadı ilə onu
  vursun, o saat balaları yuvadan qışqırdılar: – Anaaa, ona dəymə! O, bizim
  düşmənimizi – ilanı öldürdü və bizi
  xilas etdi! Onda, quş böyük qanadlarını şahzadənin
  başının üstündə geniş açdı və
  onu günəş şüasından mühafizə etdi. O
  vaxt ki şahzadə yuxudan doydu və ayağa qalxdı,
  quş ondan soruşdu ki balalarını ilandan xilas etməsinin
  əvəzində nə istəyir? Şahzadə isə
  heç nə istəmədi, bircə, xahiş etdi ki onu işıqlı dünyaya
  çıxarsın. Quş göstəriş verdi ki, bir
  qoyun və bir bardaq süd gətirsin. Şahzadə o yerin
  padşahının yanına yollandı və bildirdi ki o, əjdahanı
  öldürüb və onun təbəələrinə su
  verib. Padşah ona inanmadı. Onda, şahzadə dedi ki bunu
  filan qız görüb. Qız isə şahzadənin
  sözünü təsdiq etdi. Onda, padşah qıza sual
  verdi ki bunu necə sübut edə bilər? Qız şahzadənin
  kürəyindəki qanlı işarəni göstərib
  dedi ki bunu öz əli ilə
  vurmuşdur. Hamı inandı və soruşdular ki öz zəhmətinin
  müqabilində nə istəyir? «Bir qoyundan və bir bardaq
  süddən başqa heç nə!» deyə, şahzadə
  cavab verdi. Həmin saat tələb olunan şeyləri ona
  verdilər. O, qoyunu kəsdi, ətinin və bir bardaq
  südün hamısını gətirdi quşun
  qabağına. Quş ona dedi ki, nə vaxt «qağ» deyə,
  qışqırarsa, onda, ona bir tikə ət verməlidir,
  «çağ» deyə, qışqırdıqda isə
  süd. Şahzadə əti və südü
  götürüb quşun belində oturdu. Quş öz
  yükünü qaldırdı yuxarı və yuxarıda
  öz «qağ» və «çağ» larını
  qışqıran vaxt, elə, şahzadədən ət və
  süd alır. Onlar artıq xeyli yüksəyə
  qalxmışkən, işıqlı
  dünyaya çatmağa azca qalmışkən isə ət
  qurtardı. Amma quş qışqırdı «qağ!». Nə
  etməli? Şahzadə belə etdi:
  bıçağını çıxarıb öz
  ayağından bir tikə ət kəsdi və verdi quşa.
  Quş o saat başa düşdü ki bu, insan ətidir və
  onu udmayıb dilinin altında saxladı. O, son
  gücünü toplayıb işıqlı
  dünyaya çıxdı. Quş şahzadəni yerə
  qoydu və ona təklif etdi ki, ayağa durub getsin. Amma
  şahzadə ağrısını quşdan gizlətmək
  üçün, guya, yorulub və dincəlməlidir, deyə
  getməkdən imtina etdi. Quş dayanıb xeyli gözlədi.
  Şahzadə isə ayağa duran kimi o saat
  yıxıldı, səhhəti hərəkət etməyə
  imkan vermədi. Quş dilinin altından əti
  çıxardıb onu şahzadənin yarasına qoydu və
  öz qanadları ilə bunu sıxdı. Ondan sonra onun
  ayağı tamamilə sağaldı. Şahzadə ayağa durdu və öz ölkəsini
  axtarmağa getdi. Xeyli axtardıqdan sonra nəhayət öz
  vətənini tapdı. Getdi atasının yanına və
  öz qardaşlarının etdikləri haqda ona
  danışdı. Ata –padşah, öz böyük
  oğlanlarını çağırıb onları edam
  etdirdi. Kiçik oğlunu isə vəliəhd təyin etdi
  və onu kiçik qızla evləndirdi. 2. Xeyirxah və AlçaqBiri
  vardı, biri yoxdu. Allahdan başqa, əvvəl
  kimsə yox idi. Vardı bir xeyirxah və bir alçaq adam. Onlar
  öz aralarında dostluq edirdilər. Bir dəfə, onlar yol
  ilə gedirdilər, hər birinin zənbilində bir
  çörək vardı. Yolda onlar acdılar və
  Alçaq, Xeyirxaha dedi: – Gəl birinci sənin çörəyini yeyək,
  bir də nə vaxt acdıq, belə yeyərik mənim
  çörəyimi. Bu minvalla, o, Xeyirxahı aldatdı və onun
  çörəyi yeyilmiş oldu. Bir xeyli vaxt keçəndən
  sonra Xeyirxah acdı və Alçağa dedi: – Gəl qardaş, indi sənin çörəyini
  yeyək! – Bağışla əzizim, bacarmaram! Əgər
  biz indi mənim çörəyimi yesək, onda, sonra mən
  acından ölərəm ki, – deyə o biri cavab verdi. Öz
  yoldaşının bu hərəkətindən inciyən
  xeyirxah adam, ondan ayrıldı və başqa yolla getdi. Ac-acına
  xeyli yol getdi və nəhayət, köhnə bir xaraba dəyirmana
  rast gəldi. O girdi dəyirmana, qalxdı dəyirman təknəsinə
  və orada uzanıb gecələdi. Gecə, bir də
  gördü ki, dəyirmana Ayı girdi, dalınca da Qurd və
  Tülkü. Üç yoldaşın üçü də
  dəyirmanın içində əyləşdi. Ayı və
  Tülkünün kefi saz idi, əylənir və
  gülürdülər, amma Qurd acıqlı və bikef idi
  və lal-dinməz oturmuşdu. Birdən, ayı
  tülküyə üz tutub dedi: – Tülkücan, de görüm
  nə səbəbdən kefin bu qədər sazdır? – Niyə də kefim saz olmasın? –deyə
  tülkü cavab verdi, – bax, o kənd
  yaxınlığında çox hündür,
  qollu-budaqlı bir ağac durur. Onun altında xeyli xəzinə
  gizlədilib. Oradan mən pul götürürəm və
  onları xərcləyirəm və Allaha şükür,
  çox yaxşı yaşayıram. – Bəs sən niyə şənsən? –deyə
  Tülkü müraciət etdi ayıya. – O meşə ki yerləşir odur ha, o dağın
  üstündə, kənarında bir qocaman ağac var, –
  cavab verir ayı, –onun bütün yekə
  koğuşları balla doludur: hər gün mən
  qalxıram o ağaca və bal yeyirəm. Nə dərdim ola
  bilər ki? – Qardaş, bəs sən niyə belə qəmgin və
  bikefsən? – deyə onlar qurddan soruşdular. – Niyə bikef olmayım? –deyə qurd
  mırıldadı, –üç gündən artıqdır
  ki, mən acam. Kəndin ətrafında naxır durur; amma
  orda yekə bir köpək var, hansı ki, səhərə
  qədər gözünü qırpmır və hamı
  naxırdan yan keçir, belə ki, nə qədər cəhd
  etsəm də, heç cürə ordan
  qoyun gətirmək və yemək mənə müyəssər
  olmur. Və qəribə işdir, heç kim bu köpəyi
  öldürmür, öz aramızda qalsın, kim etsə idi
  bunu, bu onun üçün çox xeyirli ola bilərdi. Bu
  yerin padşahının qızı xəstələnib və
  onu heç bir həkim sağalda bilmir. Ona görə
  padşah vəd edib ki, kim sağaltsa onun qızını,
  qızını ona ərə verəcək. Əgər bu
  köpəyin beynini o naxırdakı bir qara qoyunun beyni ilə
  qarışdırsan və bu qarışığı
  padşah qızına yeməyə versən, onda, qız
  sağalar. Amma mənim bədbəxtliyimdən, bir adam
  tapılmır, kim bilsəydi bu barədə,
  sağaldardı gözəl şahzadəni və alardı
  onu özünə, məni də bu lənətə gəlmiş
  köpəkdən xilas edərdi! Xeyirxah adam
  bu söhbətin hamısına qulaq asdı. O, səhər
  ayağa qalxdı və qızı xəstə olan
  padşahı axtarmağa getdi. Padşahı
  soraqlaşıb, o, yola düşdü onun paytaxtına və
  söz buraxdı ki, padşah qızını sağalda bilər.
  O saat bu barədə padşaha xəbər
  çatdırdılar. O, xeyirxah adamı yanına
  çağırdı və dərdinə əlac istədi,
  söz verdi ki, öz vədini həmin saat yerinə yetirəcək.
  Onda xeyirxah adam göstəriş verdi ki, o sürüdən
  qara qoyunu və yekə köpəyi gətirsinlər,
  onları kəsdi, onların beynini çıxarıb
  qarışdırdı və verdi şahzadəyə yeməyə,
  ona görə də qız sağaldı. Padşah,
  qızını verdi Xeyirxah adama, çox böyük təmtəraqlı
  toy çaldırdı. O öz kürəkənini adam elədi
  və onu var-dövlət içində üzdürdü.
  Xeyirxah adam hündür ağacın altındakı
  bütün xəzinələri və balı da axtarıb
  tapdı və götürdü özünə və
  naz-nemət və gah-cəlal içində
  yaşamağa başladı. Neçə
  vaxtdan sonra Xeyirxah adama onun sabiq dostu – kasıb və lüt
  halda olan Alçaq adam rast gəldi, onu belə var dövlət
  və gah-cəlal içində
  görüb soruşdu: – Qardaş, sən necə çatdın bu mərtəbəyə? O biri dedi: – Filan yerdə, filan tərəfdə bir dəyirman
  var. Get ora, gir təknənin içinə və gecələ,
  onda sən bilərsən mən necə qazandım
  bütün bunları. Alçaq adam getdi, axtarıb tapdı dəyirmanı,
  girdi təknənin içinə və gözlədi. Gecə
  dəyirmana yenə gəlib çıxdı: Tülkü,
  Qurd və Ayı. Bu dəfə Qurd şən idi, o biri ikisi
  isə bikef. Ayı Tülküdən soruşur ki, –«nə
  üçün o kefsizləşib?»; Tülkü də
  cavab verir ki, –«onun xəzinəsini talan ediblər, indi daha necə
  yaşasın». Ayı bildirdi ki, ağacı kəsiblər
  və balı aparıblar. Qurd isə dedi: – Lənətə gəlmiş köpəyi
  öldürüblər və beynini padşaha aparıblar.
  Artıq, indi mənim düşmənim yoxdur. Hər gün
  mən bir qoyun aparıram və yeyirəm! – Yəqin ki kimsə bizə qulaq asır, –deyə
  Tülkü barmağını dişlədi. – Yoxsa, kim bilə bilərdi bizim sirrimizi? –qeyd elədi
  Ayı. – Gəl, axtaraq onu, bəlkə indi də
  burdadır. Onlar başladılar dəyirmanı axtarmağa, təknənin
  içindən Alçaq adamı tapdılar və
  parçalayıb tikə-tikə etdilər. Alçaq adamın aqibəti, bax, belə oldu. 3. Oğlanın
  əhvalatıBir qadının bir oğlu və bir dayçası
  var idi. Oğlu dayçanı çox sevərdi; o nə
  vaxt dərsdən qayıdardı, o saat dayçanın
  yanına gedər, onu oxşadar və öpərdi,
  yedirib-içirər, həmişə vaxtını onunla
  keçirərdi və diqqət yetirməzdi nə
  oxumağa, nə işə. Anası fikirləşdi ki, bu uşağı üçün ziyandır
  –o, savadsız qalacaq və tənbəl olacaq. Buna görə
  ana istədi necə olursa olsun, oğlunun həmin məşğuliyyətini
  tərgitdirsin. Bir dəfə ana xəstələndi, həkim
  çağırdı və ona dedi: – Mən yalanmışdan xəstələnmişəm
  və səni ona görə çağırmışam
  ki, sən mənə dərman kimi dayça əti məsləhət
  görəsən. Mənim ərimə de ki, mənim xəstəliyim
  sağalmayacaq – əgər o, Dayçanı kəsməsə
  və onun ətini mənə yeməyə verməsə! Həkim elə də etdi və əri
  dayçanı kəsmək qərarına gəldi. Oğlan bildi ki, onun dayçasını kəsmək
  istəyirlər –o getdi dayçanın yanına,
  başladı ağlamağa və ona başa salmağa
  işlər nə yerdədir. Düzdür, Dayça da
  insan kimi danışa bilmirdi, amma o, yaxşı başa
  düşürdü qarşısında nə
  danışırlar və özü bütün işarələrlə
  başa sala bilirdi. O, oğlanı belə başa saldı: – Sən get dərsə! Nə vaxt onlar məni
  aparacaqlar kəsməyə, mən kişnəyərəm,
  onda sən qaç yanıma və atandan istə ki, o
  heç olmasa qoysun bir-neçə dəqiqə məni
  minib gəzməyə. Amma sən mənim üstümdə
  oturanda möhkəm dur və qamçı ilə mənə
  elə bərk vur ki, mənim dərimin bir parçası
  qopsun, sonrası isə artıq mənim işimdir. Oğlan belə də etdi. O vaxt ki oturdu
  dayçanın üstündə, onu elə qüvvətlə
  vurdu ki, dərisinin bir parçası bir tərəfə
  uçdu. O, külək kimi əsdi və oğlanı
  apardı. Heyrətə gəlmiş ata öz oğlunu
  yalnız görə bildi. Oğlan öz dayçasının üstündə
  xeyli getdi və yetişdi bir meşənin yanına. Burada
  onun qulağına hansısa vəhşi
  heyvanın səsini dəydi. Daha da yaxınlaşdıqda isə
  görür ki, bir pələng maral udub, amma onun buynuzu
  ilişib dişinə və beləcə qalıb, buna
  görə də pələng qışqırır və
  az qalıbdır ki, ölə. O saat o, dayçadan
  düşdü və maralın buynuzunu kəsdi. Onda, pələng
  maralı uddu və həlak olmaqdan qurtuldu. Pələng
  oğlana dedi: – Sən mənə belə yaxşılıq elədin!
  Bunun əvəzini necə çıxım? Bax, mənim bir
  balam var, onu mən verəcəm sənə
  və o, çətin hadisələrdə səni qoruyacaq. Oğlan, pələng balasını
  götürdü və yoluna davam etdi. Çatdı
  başqa bir meşənin yanına, yenə də vəhşi
  heyvan nəriltisi eşitdi. Yaxınlaşıb gördü
  ki, şir maral udub – bütün gövdəsi artıq
  udulub, amma buynuzu xirtdəyindən keçmir, buna görə
  də şir qışqırır. Oğlan maralın
  buynuzunu kəsdi, şir öz ovunu uddu və xilas oldu.
  Şir də pələng kimi, bu xidmətinin əvəzində
  mükafat olaraq öz balasını ona verdi. O, hər iki vəhşi
  heyvanı götürdü və yoluna davam etdi. Nəhayət, o gəlib çatdı bir şəhərin
  yanına. Şir balası və pələng balası ona
  dedilər: – Öz dayçanı ver bizə –biz onu
  qoruyacağıq, sən özün isə gir şəhərə
  və özünə iş axtar. Nə vaxt təhlükədə
  olsan əllərini bir-birinə vur və biz sənə
  köməyə gələk. Oğlan öz dayçasını verdi onlara və
  yollandı şəhərə. O getdi padşahın
  bağbanının yanına və ona muzdurluq etdi. Bir dəfə
  bağban tərəvəz səpmək üçün ona
  yer qazmağı tapşırdı və özü harasa
  getdi. Gənc əllərini bir-birinə vurdu, vəhşi
  heyvanlar dayça ilə birlikdə gəldilər –onun
  göstərişi ilə onlar yeri qazdılar və səpinə
  hazırladılar. Sonra o, padşah kimi geyindi, mindi öz
  dayçasına və başladı sürməyə, gəzintidən
  sonra isə yenə öz bağban paltarını geydi, vəhşi
  heyvanlarını sığalladı və buraxdı. Bütün bunları padşahın kiçik
  qızı gördü. Bu qeyri-adi işlərə təəccübləndi
  və qəribə vəhşi heyvanları özünə
  tabe etmiş gənc oğlana vuruldu. Qız getdi iki
  böyük bacısına belə deyir: – Nə vaxta qədər biz qız qalacağıq? Gəlin
  atamıza üç yemiş göndərək: lalıxlamış, dəymiş və kal. Onlar belə də etdilər. Öz
  qızlarının hədiyyəsini görən
  padşah-ata, öz vəzirlərini yığdı və
  onlardan soruşdu: «bu hədiyyələr nə deməkdir?»
  Onlar izah etdilər ki, lalıxlamış
  yemiş –böyük qız, dəymiş –ortancıl, kal isə
  kiçik qızdır ki, onlar bu hədiyyələrlə
  ona işarə edirlər ki, onların gəncliyi keçir
  və onların, daha, ərə getmək vaxtlarıdır.
  Onda padşah əmr elədi şəhərin bütün
  cavan oğlanlarını toplasınlar ki, onlara göstərsin
  qızlarını. Qızların isə hər birinə
  bir alma versinlər – kim xoşlarına gəldi, onu da
  şahzadə qızlar alma ilə vurmalıdır. Buna
  görə, qız kimi vurarsa, ona ərə verilmiş
  olacaq. O vaxt ki, gənc adamlar yığılmış oldu,
  böyük qız öz alması ilə vurdu baş vəzirin
  oğlunu, ortancıl qız vurdu digər bir baş əyanın
  oğlunu, kiçik qız isə heç kimi vurmadı.
  Onda padşah soruşdu, «yoxmu şəhərdə
  başqa cavan oğlan?», axtarıb tapdılar və gətirdilər
  padşah bağbanının muzdurunu, hansı ki, daha əvvəl
  baxışda yox idi. O gəlib yanından keçən kimi,
  kiçik qız öz alması ilə onu vurdu. Padşah
  öz qızına hirsləndi və dedi ki, qızın
  ağlı qaçıb və təzədən seçməyini
  əmr etdi. Gənc oğlanlar kiçik şahzadənin
  yanından bir də keçdilər və qız heç
  kimə diqqət yetirmədi. Amma keçəl muzdur
  keçən kimi qız o saat almanı atdı ona. – Qoy belə olsun! –dedi padşah. Qızlar verildilər ərə. Bağbanın
  qulluqçusu da öz arvadını götürdü, qoydu
  onu bağda özü üçün ayrılmış
  daxmaya. Bir dəfə, padşah xəstələndi və həkim
  məsləhət gördü ona maral əti yeməyi.
  Padşahın hər iki sevimli kürəkəni maral
  dalınca ova yollandı. Bağbanın muzduru, öz
  arvadını padşahın yanına göndərdi onun
  üçün bir at istəməyə ki, o da, onlar kimi
  getsin ova. Qız getdi, amma padşah qəzəbləndi ona və
  qovdu onu öz yanından. Pərt olmuş arvad qayıtdı
  ərinin yanına və dedi ki, atası at vermədi. Gənc
  o saat əllərini bir-birinə vurdu: onun atı ilə
  birlikdə şiri və pələngi qaça-qaça
  onun yanına gəldi. O paltarını dəyişdi, mindi
  qaçağanına, götürdü öz vəhşi
  heyvanlarını və getdi ova. O, şir və pələngə
  tapşırdı ki, meşədə və dağda olan
  bütün heyvanları bir dərəyə qovsunlar,
  özü isə durdu bu dərənin ağzında. Birdən
  o görür ki, onun bacanaqları ona tərəf gəlir.
  Amma onlar ondan onlara diri maral yox, yalnız maral əti
  satmağını istədilər. O razı oldu. Amma
  bacanaqlarına maral əti satmaq üçün maral kəsən
  vaxt dodağında belə zümzümə etdi: – Keçsin bütün dadı ayağına və
  başına! Bacanaqlar maral ətini ondan satın aldılar və
  apardılar özləri ilə evə. Ət o saat
  bişirildi və təqdim edildi xəstə padşaha.
  Padşah əti yedi, amma ət tamamilə dadsız idi və
  onun xəstəliyini sağaltmadı. Padşahın
  kiçik kürəkəni ki, gətirmişdi evə
  maralın baş və ayağını, onun arvadı
  onlardan baş-ayaq bişirdi və apardı atasına.
  Padşah istədi atsın onun xörəyini və rədd
  etsin onun təklifini, amma onun arvadı yalvardı: – Mənim xətrimə, bir az ye! Əgər sən
  bu xörəkdən yeməsən, heç olmasa bir balaca,
  onda qızın qəlbini qırarsan. Nə etsin… Padşah baş-ayaqdan bir
  az yedi və möcüzə – yox oldu padşahın xəstəliyi! – Yoxmu yenə bu
  xörəkdən? – deyə padşah soruşur öz
  qızından. – Yalnız, bir balaca kişim
  üçün saxlamışam, –cavab verdi qız. – Nə olar, gətir onu da! – deyə
  yalvarır qızına, xəstə padşah. Qız xörəyin qalanını da
  gətirdi. Padşah yedi və tamamilə sağaldı. Bir müddət keçəndən sonra
  padşahın yanına çapar gəlir, xəbərlə
  ki, qonşu padşah onun üstünə müharibəyə
  gəlir. Padşah öz ordusunu toplayır və gedir
  düşməni qarşılamağa. Amma düşmənin
  gücü daha çox idi və bunu görəndə,
  padşah qorxdu ki onlara qalib gələ bilməyəcək.
  O vaxt ki onlar çıxdılar döyüş meydanına
  və düzdülər öz qoşunlarını,
  padşah gördü ki, uzaqdan gözəl və
  güclü bir atın üstündə bir cavan oğlan
  çapa-çapa gəlir. Onun yanında isə qorxulu vəhşilər
  –şir və pələng. Budur, yaxınlaşdı o
  öz heyvanları ilə və şığıdı rəqib
  ordusunun üstünə, qırdı və
  dağıtdı onu. Buna təəccüblənən və
  sevinən padşah da fikirləşir: «kim ola bilər bu?».
  Amma birdən o gördü ki, onun tanımadığı
  dostu düşmən oxuna tuş gəlib və qanı
  damır. Padşah tez ona yaxınlaşdı və
  gördü ki, ox onun qolunu yaralayıb. O çıxardı
  öz yaylığını və sarıdı onun qolunu və
  öz ordusu ilə qayıtdı evə. Sabahı gün padşah böyük qonaqlıq
  düzəltdi, necə ki, bütün şəhəri
  çağırmışdı. Padşah öz
  qonaqları arasında gəzdi və diqqət yetirdi ki, qolu
  sarıqlı cavan oğlan yoxdur. – Qalmadımı şəhərdə başqa kimsə?
  –deyə o soruşur. Bütün şəhəri gəzdilər və
  padşahın bağında bağbanın nökərini
  tapdılar və gətirdilər ziyafətə. O vaxt ki
  qonaqlar yeməkdən əvvəl başlayırdılar əllərini
  yumağa, onda, padşah gördü ki, bağbanın
  köməkçisi bir əli ilə
  sarğını açdı və yudu qanını.
  Padşah öz yaylığını tanıdı,
  yaxınlaşdı ona, götürdü onu əlinə və
  söylədi bütün camaata dünənki davanı, o
  sonra öz qızını, seçdiyi ərə görə
  təriflədi, öz kürəkənini əzizlədi və
  mükafatlandırdı və onu öz vəliəhdi təyin
  etdi. 4.Tülkü və ArmudanbəyBiri var idi, biri yox idi. Bir Armudanbəy
  var idi. O, tamamilə fağır idi və əlindən bir
  iş gəlmirdi. Bu Armudanbəy
  vurulmuşdu padşahın qızına və ondan
  ötrü ölürdü. Bir dəfə, onun yanına
  Tülkü gəldi və dedi: – Armudanbəy, gəl qardaş
  olaq və mən sənün
  üçün şahzadə qızı
  düzüb-qoşaram! – Yaxşı, –dedi Armudanbəy
  və onlar qardaş oldular. Tülkü getdi padşahın yanına və Armudanbəyin adından ölçü istədi,
  hansı ki, padşah bir qəpiklik sikkələri öz xəzinəsində
  ölçür. Padşah əmr elədi versinlər ona
  ölçünü. Tülkü gətirdi
  ölçünü Armudanbəyə,
  hardansa birqəpiklik tapdı, qoydu onun
  içinə və onu qaytardı geriyə. Padşah
  baxdı ölçüyə, gördü onun içində
  qəpiyi və fikirləşdi: «görünür onlar pul
  ölçüblər. Yəqin ki varlı
  adamdır bu Armudanbəy!» Bir neçə
  gündən sonra, Tülkü padşahın yanına
  yollandı və Armudanbəyin
  adından ölçü istədi, hansı ki, padşah
  öz xəzinəsində ölçür iyirmi qəpiklik
  sikkələri. Padşah verdi. Tülkü
  ölçünü özü ilə apardı, tapdı hardansa iyirmiqəpiklik sikkə, soxdu onu
  ölçünün içinə və onu qaytardı
  dala. Padşah ölçünün içində sikkəni
  gördü və daha çox heyrətləndi Armudanbəyin varlılılığına.
  Bundan sonra o, padşahın yanına ölçü istəməyə
  getdi, hansı ki, o qızıl pulları ölçür.
  Ona ölçünü verdilər. O istədi kimdənsə
  qızıl pul, yerləşdirdi ölçünün
  içində və qaytardı onu dala. İndi padşah
  tamamilə əmin oldu ki, Armudanbəy elə
  varlı adamdır, necə o özü. Bir neçə gün keçir və Tülkü
  gedir padşahın yanına onun qızını Armudanbəy üçün istəməyə.
  Padşah razı olur. Qırx gün, qırx gecə o,
  qızına toy çaldırdı və verdi onu Armudanbəyə. Gəlini
  adaxlısının evinə aparmaq vaxtı çatanda,
  Tülkü qaçdı padşahın yanına və
  ondan istədi bir at versin ona, belə ki, dedi o, Armudanbəyin ilxısı uzaq dağlarda
  otlayır və ona çətindir oradan
  özünə at götürmək. Padşah ona çox
  qaçağan bir at verdi, o oturdu atın üstündə və
  çapa-çapa çıxdı hamıdan qabağa.
  Bütün sürü və ilxıların
  çobanlarına, hansılar ki, o, yol boyu rast gəldi, o
  dedi ki, onun ardınca padşah ordusu gəlir və əgər
  padşahın nökər və əyanlarının «bu
  sürü, yaxud ilxı kimindir?», sualına onlar deməsələr
  ki bütün bunlar Armudanbəyə məxsusdur,
  onda, ordu aparacaq həmin sürünü özü ilə və
  onlara heç nə saxlamayacaq. O vaxt ki, Tülkünün
  keçməsindən sonra, həmin yol ilə, şahzadə
  qızı Armudanbəyin evinə qoymaq
  üçün padşah ordusu gəlirdi və
  rastlaşırdılar sürü və ilxılarla,
  soruşdular: «kimindir onlar?», onda, bütün çobanlar
  cavab verdilər ki, bunlar Armudanbəyə
  məxsusdur. Heyrətləndi padşahın əyanları Armudanbəyin saysız-hesabsız
  sürülərinə və tükənməz sərvətinə
  və ona qibtə etdilər ki, o alıb özünə
  gözəl şahzadə qızı. Bu arada, Tülkü
  çapa-çapa bir qəşəng evin yanına gəldi,
  Hansı ki məxsusdur üç qardaş divə və
  onlara dedi ki, padşah sayı hesabı bilinməyən ordu
  ilə onların üstünə davaya gəlir və əgər
  onlar saman tayasının içində gizlənməsələr,
  qəfildən ordu gəlib onları tutar və öldürər,
  belə ki, onlar artıq bura çox yaxındır. Divlər
  qorxdular və həyəcanlandılar. Nə etsinlər
  –saman tayasının içinə girdilər və gizləndilər.
  Gəlib çatdı ordu, nökər və əyanlar və
  gətirdilər şahzadə qızı. Qonaqlar Armudanbəyin evinin gözəlliyinə
  baxmaqdan doymur, Tülkü isə onlara deyir: – Hörmətli qonaqların şərəfinə
  atəşfəşanlıq düzəltmək
  lazımdır, –və tayanı yandırdı. Alov buludlara qədər
  qalxdı və bütün divlər onun içində məhv
  oldu. Beləliklə, bu yoxsul və lüt Armudanbəy
  padşah kürəkəni və var-dövlət sahibi oldu. Bir dəfə, Tülkü Armudanbəyin
  ona qarşı sədaqətini yoxlamaq istədi və ona belə
  dedi: – Armudanbəy, mən sənin
  üçün nə qədər yaxşılıq etdim,
  sən də mənim üçün heç olmasa, birini
  et! – Necə? –soruşdu Armudanbəy. – Bax belə: nə vaxt mən öldüm, məni
  layiqincə dəfn et və mənim şərəfimə
  möhtəşəm təziyyə mərasimi
  düzəlt! –dedi Tülkü. Armudan bəy söz verdi. Bir dəfə, Tülkü həyətdə
  uzandı və özünü yalandan ölülüyə
  qoydu. Gəlib çıxdı Armudanbəy,
  gördü ölü Tülkünü,
  çağırdı nökəri və onlara göstəriş
  verdi ki, Tülkünün quyruğundan tutub həyətdən
  kənara atsınlar. Tülkünü atdılar. O çox əzildi,
  amma ayağa durdu və axsaya-axsaya gəldi Armudanbəyin
  yanına və onu alçaqlıq etdiyinə və vədinə
  xilaf çıxdığına görə məzəmmət
  etdi. Armudanbəy öz hərəkətindən
  utandı, amma o vaxt ki, növbəti dəfə Tülkü
  doğrudan öldü, onda o qorxdu ki yenə də
  yalandandır, molla çağırıb, onu təmtəraqla
  dəfn etdi və onun şərəfinə ehsan verib
  hamını heyrətə saldı. 5.YuxuKeçmiş zamanlarda bir padşah
  yaşayırdı. Bir dəfə, o, yuxuda gördü ki hansısa düşmən onun üstünə
  gəlir, onun bütün ordusunu dağıdır və onun
  bütün gəmilərini məhv edir. Padşah belə
  bir yuxudan qorxdu və qorxudan elə qışqırdı ki,
  ayıldı. O görəndə ki bu yuxudur, özünə
  gəldi və təzədən yatdı; amma o, ikinci dəfə
  də, belə yuxu gördü. Bundan sonra, padşah bir xeyli
  müddət yata bilmədi. O vaxt ki üçüncü dəfə,
  onlar yenə də yuxusuna girdi, onda, onun yuxusu tamam
  qaçdı: o, səhərə qədər
  gözünü yuma bilmədi, bütün gecəni fikirləşdi
  ki, demək, bu olacaqdır. Səhər o, öz arvadına
  qorxulu yuxusu barədə danışdı. O əmin idi ki
  onun yuxusu mütləq çin çıxacaqdır: o,
  qorxulu düşmənə məğlub olacaq, öz səltənət
  və sərvətini itirəcək və dünyanın
  gözü qarşısında bədnam olacaqdır. «Yox,
  lazımdır qaçmaq» fikirləşdi o, «belə
  biabırçılıqdan qaçmaq və hardasa uzaqlarda ölmək! Onda, heç
  olmasa, mən bədnamçılıqdan xilas olaram». O
  öz arvadını və iki oğlunu da götürüb
  qaçdı. Padşah və onun ailəsi az getdi, çox getdi və
  nəhayət, gəlib çatdılar, bir meşənin
  yanına. Axşam idi. Padşah, taqətdən
  düşmüş uşaqlarının və
  arvadının dincəlməsi üçün, istədi
  meşədə gecələsin. Onlar yer elədilər meşənin qalın yerində,
  ocaq qaladılar və oturub dinclərini aldılar. Gecə, qəflətən, onların yanına bir
  adam gəlib belə dedi: – Bizim karvan buradan bir az uzaqda dayanıb; orda
  doğası qadın var. Sən öz arvadını
  qoyarsanmı, biz duran yerə getsin və həmin arvada,
  doğan vaxt kömək etsin. – Yaxşı, – dedi padşah və göndərdi
  öz arvadını. Xeyli gözlədi uşaqlar öz
  analarını, amma ana, bir də, qayıtmadı. Nəhayət,
  onlar atalarına dedilər: – Ata, bizim anamız qayıtmır; get gör o hardadır. – Yaxşı! – dedi ata və getdi. Padşah karvanı nə qədər axtarsa da,
  heç nə tapmadı: karvan artıq çoxdan getmiş
  və padşahın arvadını aparmış. Padşah
  döndü öz uşaqlarının yanına və onlara
  danışdı bu barədə; uşaqlar analarından ötrü
  xeyli ağladılar və nəhayət, yatdılar. Onlar səhər
  durub yollarına davam etdilər. Oğlanlardan biri, yolda
  qaldı; meşədən çıxmış ac qurd, onu
  tutub apardı. Bədbəxt ata, qaçdı qurdun
  dalınca, amma ona çata bilmədi. Bir kəndli,
  oğlanı aparan qurdu görüb onu öldürdü,
  oğlanı isə gətirdi öz evinə. O,
  sağaltdı onun yaralarını və qoydu öz
  yanında yaşasın. Bu arada, padşah özünün o biri oğlu ilə
  yollarına davam etməkdə idilər və gəlib
  çıxmışdılar bir çayın kənarına.
  Onu keçəndə oğlan yıxıldı suya və
  su onu apardı. Padşah nə qədər cəhd etsə də,
  oğlunu xilas edə bilmədi. Su oğlanı apardı bir
  dəyirman navalçasına. Burada, təsadüfən dəyirmançı
  eşitdi çarxın altından oğlanın
  çığırtısını, o saat boşaltdı
  suyu bir tərəfə və xilas etdi onu. Dəyirmançı
  bu hadisəyə sevindi və oğlanı
  övladlığa götürdü, belə ki, öz uşağı yox idi. Onun zavallı
  atası ki, itirdi hər şeyi: padşahlığı, sərvəti,
  arvadını və uşaqlarını, sözlə demək
  olmayan öz dərdi ilə dünyanı səyahətə
  çıxdı. O, sərgərdan dolaşdı işıqlı
  dünyanı yaxşı-yaxşı, oldu hər yerdə və
  hər tərəfdə və nəhayət, tale gətirdi
  onu bir ölkəyə, hansı ki, orada o, yoxsulluq içində
  və tək tənha yaşamağa başladı. Təsadüfdəndir
  ki bu ölkənin padşahı öldü və camaat
  özlərinə yeni padşah seçməli oldu. Bu xalqda
  belə bir ənənə var idi ki, padşah seçiləndə
  hamısı kiçikdən böyüyə qədər,
  yığılardılar meydana, qəfəsdən
  buraxardılar «Dövlət-Quşu»nu və
  o kimin başına qonsa idi, onu da padşah seçərdilər.
  Bütün xalq yığıldı meydana və
  buraxdılar «Dövlət-Quşu»nu.
  Quş uçdu, uçdu və oturdu, elə, bədbəxt
  padşahın başına. –Yox, o dilənçidir, onun işi sədəqə
  dilənməkdir, o, padşah işini görə bilməz!
  –deyə camaat haray-həşir saldı. Buraxdılar «Dövlət-Quşu»nu
  ikinci dəfə, sonra isə bir də
  üçüncü dəfə və o yalnız dilənçi-padşahın
  başına qondu. Camaat təəccübləndi buna və
  dedilər: – Onu sınaqdan keçirək: əgər o edə
  bilsə, onda, onu padşah seçərik. Həmin şəhərin yanında dəniz var idi;
  nə qədər gəmi düzəltsələr də, nə
  qədər əziyyət çəksələr də,
  heç cürə dənizdə üzə bilmirdilər: gəmilər
  yerindən tərpənmirdi. Beləliklə, camaat
  zavallıdan soruşdu ki, onlar dənizdə hərəkət
  etmək üçün nə etməlidirlər? Bir vaxtlar
  gəmiləri az olmamış və özü isə bir dəfə
  də dənizində üzməmiş sabiq padşah, onlara
  gəmiqayırma və dənizçilik sənətini
  öyrətdi və padşah seçildi. Bir müddət keçdi. Bir dəfə, padşah
  ovdan evə qayıdırdı və gördü ki, yolla kəndli
  gedir, yanında da köməkçisi: gənc, qədd-qamətli
  və yaraşıqlı oğlan. «Qoy alım bu
  oğlanı: o mənə xidmət edə bilər», fikirləşdi
  padşah, aldı kəndlidən gənc oğlanı və
  gətirdi evə. Bir müddət sonra, o getdi öz ölkəsini
  gəzməyə. Bir dəyirmanın yanından keçəndə,
  padşah görür ki, orada dəyirmançı bir cavanla
  oturub, lap oxşayır onun quluna. «Qoy alım onu dəyirmançıdan:
  o mənim qonaqlarıma qulluq edə bilər», deyə fikirləşdi
  padşah və aldı onu. Hər iki qul ona xidmət etməyə
  başladı. Bir dəfə padşahın paytaxtına bir karvan
  daxil olur. Bu karvanın sahibi, varlı
  tacir, sərbəst ticarətə icazə almaq
  üçün, öz mallarından ən qiymətli
  şeyləri padşaha aparır və şəxsən
  girir padşahın yanına. Padşah ona təklif edir
  öz yanında şam etsin və gecələsin. Onda, tacir
  dedi ki, o qorxur öz karvanının qarət olunmasından və
  padşahdan istədi ora qarovul göndərsin. Padşah
  öz iki cavan qulunu göndərdi ora. Gecə qullardan birinin
  bərk yuxusu gəldi və o yoldaşına dedi: – Mənim yuxumun qaçması üçün mənə
  nəsə bir şey danış, mənim
  bərk yuxum gəlir! Yoldaşı başladı ona söhbət etməyə
  ki, bir vaxtlar, onun atası padşah idi. Bir dəfə o,
  qorxulu yuxu gördü, uşaqlarını və
  arvadını götürüb öz paytaxtından
  qaçdı; onlar dayandılar meşədə; gecə
  onların yanına, yaxınlıqdan keçən karvandan
  bir adam gəldi və onların atalarını aldadıb,
  analarını apardı… O vaxt ki yoldaşı söylədi
  bunu, birinci qul ayağa qalxdı, qucaqladı onu və
  ağladı, bildirdi ki, o onun qardaşıdır. Bu vaxt,
  tacirin çadırından, onların söhbətinə
  qulaq asmış qadın çıxdı, onların hər
  ikisini qucaqladı və ağladı, bildirdi ki onlar onun
  uşaqlarıdır və o, onların anasıdır.
  Qadın öz oğlanlarını saldı
  çadırın içinə və onlar xeyli söhbət
  edəndən sonra orda yatdılar. Səhər tezdən,
  tacir geri döndü və görür ki, padşahın
  nökərləri onun çadırının içində
  yatır; o qayıtdı və onlardan padşaha şikayət
  etdi. Padşah əmr elədi qulları və qadını
  onun yanına gətirsinlər. Qadın, padşaha hər
  şeyi söylədi. Onun birinci sözündən,
  padşah məsələdən hali
  oldu, qucaqladı öz arvadını və
  uşaqlarını və onları duz kimi yaladı. Şad
  olmuş padşah, bundan sonra əmr elədi ki, onun ölkəsindən
  tacirin qovsunlar və öz arvadı və uşaqları ilə
  və firavan yaşamağa başladı. 6. Qabiliyyətsiz oğulBiri vardı, biri yoxdu. Bir varlı vardı. Onun da, vardı bir oğlu,
  hansı ki o çox sevərdi. Var-dövlətdən
  başqa, varlının qeyri-adi şeyləri də var idi:
  elə papağı var idi ki, əgər, kimsə
  qoysaydı onu başına, olardu gözəgörünməz;
  var idi tütəyi, hansı ki səsi ilə bütün
  adamlar yığılardılar onun yanına və təzim
  edib deyərdilər: «Nə əmr edirsən cənab? Biz sənin
  qulluğundayıq!» Nəhayət, vardı kisəsi,
  hansı ki torpağı çevirərdi qızıla. Bu varlı, öləndə vəsiyyət etdi
  ki, onun oğlu sənət öyrənməsin, belə ki o
  çoxlu sərvət saxlayır ona: «olsun» fikirləşdi
  o, «oğul yeyər, içər və yaşayar kefi istəyən
  kimi, zəhmətsiz və əziyyətsiz». Amma atasının ölümü ilə, oğul hər
  işdə qabiliyyətsizlik göstərdi və
  gününü kefdə və əyləncədə
  keçirdi. Bu ölkədə bir padşah vardı, hansı ki
  onun çox yaxşı dama oynayan gözəl bir
  qızı vardı. O qız eşitdi ki onun ölkəsində
  bir kefcil cavan var, hansı ki sahibdir üç möcüzəli
  şeyə və xoşlayır dama oynamağı.
  Şahzadə qız, atasından istədi həmin cavanı
  onun yanına dəvət etsin. Cavan oğlan, gözəlçə-şahzadəni
  görən kimi, o saat ona vuruldu. Onlar başladılar dama
  oynamağa. Necə ki şahzadə yaxşı dama
  oynayırdı, elə də o uddu oğlanı–
  onun sehirli kisəsi və tütəyi
  ilə birlikdə bütün xəzinələrini; bunda
  yalnız qaldı bircə papaq. Sonra, qız göstəriş
  verdi ki yoxsullaşmış gənci evdən qovsunlar: guya, ədəbsizlikdir:
  yoxsul adamın padşah evində olması! Bir dəfə, bu şəxs qoydu öz gözəgörünməzlik
  papağını və getdi padşah evinə, baxmağa
  gözəl şahzadəyə. O girdi otağa və
  gördü ki padşah, padşah arvadı və şahzadə
  qız oturub, üçü də plov yeyir; o da oturdu
  onların yanında və başladı yeməyə. Onlar
  gördülər ki onlar üçdülər,
  amma plovu yeyir dörd nəfər. Nə qədər hər ətrafa
  baxdılar, heç kimi görmədilər. O vaxt ki yeməkdən
  sonra padşah qızı qalxdı, onda, qız təsadüfən,
  toxundu cavan oğlana, bu səbəbdən də onun
  papağı düşdü və onlar gördülər
  onun özünü necə, elə də onun
  papağını. Onda, padşah qızı bir də dama
  oynamaq xahişi ilə yapışdı yaxasından; onlar
  oynadılar və padşah qızı papağı da uddu,
  bundan sonra, yenə göstərişi verdi onu evdən
  qovsunlar. Axırıncı sərvətini itirəndə, bədbəxt
  gənc başladı kədərlənməyə və
  ağlamağa. O, yollandı səyahətə. Bir dəfə, o,
  başını aşağı salıb gedirdi, belə
  girdi bir bağa. O gördü ki alma ağacından gözəl,
  qırmızı almalar sallanır; ac gənc, əlini
  uzadıb bir alma dərdi və yedi. Və birdən onun
  başında iki uzun, haçalanmış buynuz bitdi! O
  başladı daha çox ağlamağa və kədərlənməyə:
  az idimi onun başıma gələn bəlalar? Və budur,
  daha bir bəla, bəli, özü də daha
  böyüyü! Hara gedəcək o, bu buynuzlarla? O, birtəhər
  aralandı ağacın yanından və davam etdi yoluna.
  Gördü öz qarşısında başqa bir ağac,
  hansı ki üstündə vardı qozalar. O dərdi bir
  qozanı və yedi. Və budur, qopdu onun əcaib
  buynuzları və düşdü onun ayağının
  altına. Gənc şad oldu bu hadisəyə. «İndi mən
  padşah və padşah qızından heyfimi
  çıxaram!» – düşündü o, çoxlu alma və
  qoza dərdi və gətirdi evə. Evdə o seçdi ən yaxşı almaları və
  göndərdi padşah qızına hədiyyə.
  Padşah, xanımı və qızı ilə almaları
  yeyən kimi, onlardan hər birinin başında iki buynuz
  çıxdı! Padşah mat-məəttəl qaldı bu
  qəribə hadisəyə və bu biabırçı bəzəkdən
  qurtulmaq üçün yığdı bütün öz
  həkimlərini və cərrahlarını. Həkim və
  cərrahlar fikirləşdilər, fikirləşdilər və
  bir çarə tapa bilmədilər. Onda, gənc gəldi
  padşahın yanına və dedi ki o, onları sağaldar,
  bu şərtlə ki padşah öz qızını versin
  ona. Nə etməli. Padşah öz qızını verdi
  ona, o da verdi onların hərəsinə bir qoza; onlar yedilər
  bunları və qopdu onların buynuzları. Bundan sonra, gənc,
  padşah qızından tütəyi aldı və
  çaldı onu; onda, toplaşdı bütün adamlar, seçdilər
  onu padşah, bu yolla da, padşahın bütün dövlət
  və sərvəti keçdi xoşbəxt gəncin əlinə. 7. Kimi Allah saxlasa o məhv olmazKeçmiş zamanlarda bir yoxsul yaşayırdı.
  Onun bir arvadı və bir kiçik oğlu var idi. Hər
  gün, bu yoxsul gedərdi meşəyə, gətirərdi
  belində bir şələ çırpı, satardı onu
  və qazandığı pulla saxlayardı öz ailəsini.
  Bir dəfə, o, meşəyə gedəndə, bir adam onun
  yolunu kəsib soruşdu: – Qoca, hansını götürmək istəyərsən:
  qanuni, halal qazanıl-mış bir
  manatı, ya qeyri-qanuni on manatı? Qoca cavab verdi ki halal qazınılmış bir manat
  haram yolla əldə olunmuş on manatdan yaxşıdır.
  Onda, tanımadığı şəxs cibindən bir manat
  çıxardı və verdi qocaya. Şad olmuş yoxsul,
  döndü geri və üz tutdu bazara; burda o gördü ki
  bir quş satırlar, qoca öz manatına aldı onu və
  gətirdi evə ki, oğluna hədiyyə versin və onu
  sevindirsin. Həmin gün, onlar ac qaldılar, niyə ki qoca
  meşəyə getmədi və
  çır-çırpı satmadı; amma oğlan
  aclıq hiss etmirdi, niyə ki çox məşğul idi
  öz quşu ilə. O biri gün, səhər, onlar
  gördülər ki quş qanadlarını
  çırpdı və ağzından bir qızıl pul
  saldı. Yoxsul ailə bu xoşbəxtliyə sevindi, quş
  isə hər gün onlara bir qızıl pul bəxş etməkdə
  davam etdi. Beləliklə, məlum oldu ki bu quş «Dövlət-Quşu»
  – xoşbəxtlik və var-dövlət quşu imiş.
  Yoxsullar varlandılar və başladılar
  qayğısız yaşamağa. Bir müddət keçdi, qoca öldü, qaldı
  arvadı və oğlu. Bir dəfə, ana bazarlıq etmək
  üçün getmişdi bazara; orada, o, cavan bir kişi ilə
  tapışıb ona ürəkdən vuruldu. O, cavan kişini öz evinə dəvət etdi və
  onunla evlənməsini təklif etdi. O, məşuquna, hətta,
  «Dövlət-quşu»nu göstərdi və
  başa saldı ki, bu quş hər gün onlara bir
  qızıl pul verir. Cavan kişi getdi öz dostunun, dərvişin,
  yanına və ona möcüzəvi quş barədə
  danışdı. Dərviş dedi ki kim yesə bu quşun
  başını, o, padşah olmalıdır. Aşiq
  qadın, gənc oğlanı öz yanına gətirmək
  üçün onun yanına bir də gedəndə, o, buna
  dedi ki onun yanına gəlməyəcək və onunla evlənməyəcək,
  ta o vaxta qədər ki o hələ quşu kəsməyib və
  ona yeməyə verməyib. Axmaq qadın quşu kəsdi və
  onu bişirib öz evində qonağını gözlədi.
  Oğlu məktəbdən qayıtdı, gördü ki onun
  quşunu kəsiblər, o dəqiqə başladı
  ağlamağa. Uşağın keçmiş dayəsi, bu
  səbəbdən onu çox sevən qonşu qarı, həmin
  vaxt, onlarda idi və anasından tələb etdi ki o,
  oğluna bir az quş əti versin ki, bu bəlkə uşağı sakitləşdirdi. Amma
  anası qəti surətdə imtina etdi və ona heç nə
  vermədi. Onda, qarı quşun kəsilmiş
  başını axtarıb tapdı, onu odda qızartdı və
  verdi uşağa. Uşaq başı yedi və sakitləşdi. Qonaq gəlir; qadın quşu süfrəyə
  qoyur. – Bəs başı hanı? – deyə qonaq
  soruşur. – Başını oğluma verdilər,
  çünki, o quşdan ötrü ağlayırdı, –
  deyə cavab verdi qadın. Bu sözləri eşidəndə, cavan kişi durdu
  ayağa və getdi evə, dedi ki onunla evlənmək istəmir.
  O biri gün, qadın yollandı onun yanına ki öyrənsin
  niyə imtina etdi. Cavan kişi dedi ki, əgər arvad
  quşun başını yeyən uşağın
  başını kəsməsə və ona verməsə,
  onda, o heç vaxt onunla evlənməyəcək. Cavan
  kişiyə bəslədiyi məhəbbətin təsirindən
  ağlı qaçmış ana, şeytanın təhrikinə
  qulaq asdı və qərara gəldi öz bircə
  balasının başını kəssin... Bunu dayə
  bilir; o, oğlanı oğurlayır və onunla
  qaçır başqa ölkəyə. Səfeh qadın, məhrum
  olur öz oğlundan da, öz məşuqundan da, öz qiymətli
  quşundan da. Bu arada, qarı ilə uşaq gəlib
  çatdılar bir şəhərə və orada qarı
  bir bağbanın yanında işə düzəldi. Onlar
  uşaq böyüyənə, güclü və
  ağıllı gənc olana qədər orda
  yaşadılar. Bir dəfə, bu şəhərə
  çox yaxşı ox atan bir bahadır gəldi; amma onun
  yayı o qədər möhkəm idi ki, onun özündən
  başqa, heç kim onu darta bilmirdi. Bu bahadır, o yerin
  padşahına müraciət edib belə dedi: – Kim çəksə mənim yayımı, mən
  ona min manat verəcəyəm; amma, əgər, heç kim
  onu darta bilməsə, onda, mən şəhərdən on
  min manat tələb edəcəyəm. Onda, padşah yığdı şəhərin
  bütün güclülərini, lakin onlardan heç biri,
  yayı çəkə bilmədi. Bu zaman, bağbanın
  köməkçisi padşaha xəbər göndərdi ki
  o, bahadırın yayını çəkə bilər.
  Padşah baxdı oğlana və inanmadı ona,
  çünki o hələ çox gənc idi. Amma gənc
  ona dedi ki o, yayı çəkə bilər və bunu edəcək
  əvəzində nəsə almaq
  üçün yox, edəcək uzun müddət
  çörəyini yediyi şəhər üçün,
  bir də, onun üçün ki, lovğa yadellinin təkəbbürünü
  azaltsın. Padşah onun yarışa çıxmasına
  razılıq verdi. Bütün şəhər
  yığıldı meydana. Bahadır öz yayını və
  oxunu verdi gəncə; gənc onu elə
  möhkəm dartdı ki, yay da, ox da parça-parça oldu;
  pəhləvan pərt oldu və çıxıb getdi.
  Bundan sonra, bağbanın nökəri padşahın
  sevimlisi oldu: padşah gətirdi onu öz yanına və o,
  sarayda yaşamağa başladı. Bir müddət keçdi. Bir gün padşaha xəbər
  verirlər ki, onun ölkəsində əjdaha peyda olub və
  o yolu üzərində hər şeyi dağıdıb məhv
  edə-edə şəhərə tərəf gəlir. Bu xəbər
  padşahı sarsıtdı və buna görə o dedi ki,
  kim onun təbəələrini bu əjdahadan xilas etsə,
  öz qızını ona verəcək. Padşahın
  sevimlisi, bağbanın sabiq nökəri bildirdi ki o, əjdahanın
  qabağına çıxmaq istəyir. Amma padşah ona
  qıymadı və dedi ki o hələ çox gəncdir, nəhənglə
  bacarmaz və məhv olar və bu halda, onun doğmaları
  padşahdan narazı qalar. Amma gənc cavab verdi ki onun
  heç bir doğması yoxdur və əgər, o, əjdaha
  ilə mübarizədə təsadüfən həlak olsa,
  heç kim padşaha irad tutmayacaq, buna görə o,
  padşaha yazılı iltizam verdi. Əvəzində də,
  padşahın dilindən kağız aldı ki, əgər,
  o, əjdahaya qalib gəlsə, padşah öz
  qızını ona verəcək. Bundan sonra, o, padşahdan
  onun şəxsi kəhər atını və xəzinə
  saxlanılan yerdə saxlanılan zəhər hopdurulmuş
  şəxsi qılıncını istədi. Padşah götürdü iyirmi minlik ordu,
  arvadını və qızını və getdi tamaşa
  etməyə, öz sevimlisinin əjdaha ilə
  vuruşmasına. Bir müddətdən sonra, onlar
  gördülər ki əjdaha onlar tərəfə gəlir;
  onda, gənc çıxdı onu qarşılamağa. O, əjdahaya
  yaxınlaşaraq ox atdı; əjdaha özünü itirdi.
  Gənc çapdı onun lap yanına və gördü ki
  ox girib onun sağ gözünə; o cəld atdan
  düşdü, üzdü əjdahanın
  başını və bunu, qorxudan ora yaxın gələ
  bilməyən orduya xəbər verdi. Qalib, əjdahanın
  başını dörd atın üstündə göndərdi
  padşaha; padşah onu görüb, dövlətinin
  böyük bəladan xilası üçün Allaha
  şükürlər etdi. O, yoxsullara çoxlu pul
  payladı və xeyli qurban kəsdirdi. Hamı gəncin
  igidlik və qorxmazlığını təriflədi,
  padşah isə ona xələt verdi. Bundan sonra, öz vəzirlərini
  və başqa əyanlarını yığdı və
  onlara dedi ki, vəd etdiyinə görə, o öz
  qızını verməlidir gəncə;
  hamı padşahın qərarından razı qaldı və
  hazırlaşdılar toya. O arada, padşahın münəccimi
  dedi ki, bu adam nə vaxtsa «Dövlət-Quşu»
  quşunun başını yeyib və padşah olacaqdır.
  Təmtəraqlı toy çaldılar və padşahın
  qızını verdilər gəncə.
  Bundan sonra padşah yığdı öz təbəələrini
  və onlara dedi: – Mənim oğlum yoxdur; özüm də
  qocalmışam, öz işimin öhdəsindən gələ
  bilmirəm; bu gənc, mənim kürəkənim isə, əjdahanı
  öldürdü və sizi ondan xilas etdi, mən istəyirəm
  onu öz yerimə padşah qoyum; razılaşın buna! Hamı razılaşdı və gənc, padşah
  oldu. Bir müddətdən sonra, yeni padşah, öz
  anasını və onun məşuqunu axtarıb tapdı.
  Öz oğlunu tanıyan ana, öz hərəkətindən
  xəcalət çəkdi və
  bağışlanmasını istədi, onun məşuqunu
  isə asdılar.                                  Nuxa rus – sünni-tatar uçilişinin
  müəllimi               S. Abdurrəhman
  tərəfindən qələmə
  alınmışdır. Rus
  dilındən tərcümə etdi:
  Aydın Məmmədov        |  | 
[1] yerli tatarlara (–şəkililərə, A.S.) görə insan şəklində olan div, yaxud dev –nəhəng boya və hədsiz gücə malikdir; amma onun buğa buynuzu və buğa quyruğu var; Adəm övladı ilə isə daima ədavət saxlayır, Cоб.