Ïîäïèñü: Hadı Rəcəbli – televizor ekranlarında vaxtaşırı gördüyümüz xoşsifət sima. Dövlət xadimi. Son üç Mili Məclis seçkisində deputat mandatı qazanmış və hər dəfə də həmin Qanunverici orqanın Sosial-siyasət daimi komissiyasının sədri olmuş şəxs. İşgüzar, istedadlı. Hamıya təmənnasız yaxşılıq etməyə çalışan, ələlxüsus da sadə adamların problemlərin həllində yardımçı olmağa  can atan adam. Mehriban. Diqqətli. Sözündə dəqiq. Şəkililərin dostu, ümidgahı. Lənkəranın oğlu, dayağı.  

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               

                                   

                                             Hadı Rəcəbli -60     

 

                            

                                                            

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ïîäïèñü: 1947-ci il oktyabr ayının 25-də Lənkəran rayonundakı Veravul kəndində bir uşaq dünyaya göz açdı. Adını Hadı qoydular. Hadı, yeni ailə qurmuş iki gəncin ilk övladı idi. Atası Musa Rəcəbov ixtisasca mühasib, anası Firuzə Bəylərova isə kimya–biologiya müəllimi idi. Hadı dünyaya gələndə ata-anası, ata babası Mirzə Əlinin evində yaşayırdılar. Mirzə Əlinin isə 4 arvadı və neçə-neçə uşağı, başqa gəlinləri və nəvələri var idi var idi. Deyirlər o zəhmli bir adam idi və həmin səbəbdən də belə böyük bir külfəti dolandıra, idarə edə bilirmiş. 
  Hadının 5 yaşın olanda, ata-anası ayrıca yaşamağı qərara aldılar və başqa bir evə – alman memarlığı üslubunda inşa edilmiş qəsrə köçdülər. Kəndin kənarında, mənzərəli bir yerdə ucalan həmin mülkü, vaxtilə Talışı tədqiq etmiş  Müller adlı bir alman alimi tikdirmişdi.
Lakin bura gözdən-könüldən iraq idi, gənc ailə üçün münasib deyildi. Həmin səbəbdən də Hadının ata və anası başqa bir yerdə –  Hadının ata nənəsinin ata torpağında ev tikdilər.
Hadının 9 yaşı olanda atasını rayon Təhsil şöbəsinə baş mühasib qoydular. Buna görə onlar Lənkərana köçdülər. Onlar burada Hadının ana babası, yəni Firuzə müəllimənin ata evində yaşamağa başladılar. Həmin mülk Firuzə müəllimənin atası Kərbəlayi Yunis tərəfindən 1908-ci ildə tikdirilmişdir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda onun bütün mülkləri, əmlakı ilə birlikdə müsadirə edilmiş, özü isə məcburi qaydada Lənkərandan çıxarılıb Bakıya göndərilmişdi. Amma sonralar həmin malikanə onun özünə qaytarıldı və  onun Lənkəranda yaşamasına icazə verildi...
Necə ki Hadının atası Lənkəranda işə düzəlmişdi, anası da həmin şəhərdəki 2 ¹-li orta məktəbdə işləməyə başladı. Amma hələlik tam öz ixtisası üzrə yox, ibtidai sinif müəllimi kimi. Çünki həmin məktəbdə daha çox,  ibtidai sinif müəlliminə ehtiyac vardı. Yaşadıqları evin yaxınlığında olan həmin məktəbin 3-cü sinfində isə Hadı təhsilini davam etdirirdi. 
Onlar xoşbəxt yaşamaqda ikən, böyük bir bədbəxtliyə düçar oldular: Hadının atası dolaşığa düşdü və saxta, qərəzli ittiham əsasında həbs olundu. Guya o, işdə səhlənkarlığa yol veribmiş?! Deyilənə görə isə onun həbs olunmasının əsas səbəbi rayon prokurorunun, qardaşı – Lənkəran rayon tədarük kontorunun müdiri vəzifəsində işləyən Sənan Rəcəbov ilə ədavəti olmuşdur. 
Atası həbs ediləndən sonra, Hadının anası Firuzə müəllimə altı uşağı dolandırmaq üçün məktəbdə 2 növbə dərs dedi. Ailənin böyük oğlu olan Hadı gündüzlər məktəbə gedir, cəmi 3-4 saat yatır sonra isə çörək zavodunda, gecə növbəsinə işə gedirdi. O vaxt onun 15 yaşı  var idi. Orta məktəbi bitirdikdən sonra qiyabi yolla ali təhsil almaq üçün sənədlərini Moskva Yeyinti Sənayesi İnstitutuna təqdim etməsinin əsas səbi də məhz, çörək zavodunda işləməsi idi. Axı o, yeyinti sənayesi sahəsində işlədiyi üçün, yalnız yeyinti sənayesi üzrə qiyabi təhsil ala bilərdi. Azərbaycanda isə belə bir institut yox idi... 
ardı>>>





























<<<ana səhifə

 

 

 

 

 

 

 

 

 

 

 

                                               

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Hosted by uCoz

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GOOGLE PR indiqatorları (Ana səhifənin PR dərəcəsi) : 1. 2.3.Free PageRank Checker 4.

Sayğaclar:1. ILK-10 Azeri Website Directory 2. 3.

AZERİNTER.NET dən daha ətraflı:

4. 5.6.

GOOGLE REKLAMI:

(Bu reklama baxsanız bizə də xeyir vermiş olarsınız!)

Bizimlə əlaqə: shekininsesi@gmail.com