(Mətnı rus dilindən Aydın Məmmədov
tərcümə edib)
Dominikanlı müəllif 9 mart 1377-ci ildə Roma papası tərəfindən
“Naxçıvan yepiskopu”,
26 avqust 1398-ci ildə isə Sultaniyyədə oturmaq şərti ilə, “Bütün
Şərqin arxiyepiskopu” təyin edilmişdir. O, 1403-cü ildə
Avropaya qayıtmış və 1404-cü ildə orada “Qafqaz
xalqları haqqında məlumat”ları
qələmə almışdır.
İ. Qalonifontibus həmin əsərində
ötəri də olsa, Şəki ölkəsinin ərazisi,
etnik tərkibi v s. xüsusiyyətləri barədə də
məlumat verir.
Söz gedən əsərin
T. Layoş tərəfindən
macar və ingilis dillərinə edilmiş tərcümələri,
müvafiq olaraq 1977 və 1978-ci illərdə Budapeştdə nəşr edilib. Rus dilinə isə mərhum
akad. Z. Bünyadov çevirmişdir
ki, bu da 1980-cı
il-də Bakıda çap olunmuşdur.
MƏTN
(Şəkiyə dair iqtibaslar)
… [Gürcüstandan] şərqə, düz
Kaspi dənizinə, Dəmir qapı şəhərinə çatanadək,
hansı ki var Şəki, müxtəlif dinlərdə
olan çoxlu xalqlarla qarşılaşmaşmaq
olar.
Bura – suyu, çörəyi,
heyvanları, ipəyi və düyüsü olduqca bol bərəkətli
və gözəl bir ölkədir. Onların
qoz-fındıqdan əldə etdikləri yağ nəinki, kulinariya,
hətta [yanacaq kimi]
işıqlandırmanın da təlabatını
təmin edir[1]...
Burada hakimiyyət müsəlmanların
əlindədir. Burada həm gürcülər[2] (– oxu: pravoslavlar), saratsinlər[3] (– oxu: müsəlmanlar), darginlər[4] və ləzgilər[5] yaşayır. Bu yerlə
dağlar arasında (Şəki
ölkəsi ölkəsinin hüdudlarından kənarda,
onun şimal sərhəddi boyunca?) iki
xalq yan-yana sakin olub: – laklar[6] və darğinlər. Ölkənin bütün
şimal hissəsində uca dağlar var, hansı ki onlar da
Kaspi, yaxud Bakı dənizinə doğru uzanır.
Necə ki mən artıq qeyd
elədim, düzənliklərdə və dağların ətəklərində
müxtəlif xalqlar yaşayır və hər birinin öz dili
var. Onların (– əslində,
onların xristianlarının) məzhəbləri gürcülərlə eynidir, amma artıq qeyd
edilənlərdən başqa, [həm də əlavə etməliyəm
ki,] onlar özlərinin bir neçə xüsusi [dini]
mərasimlərini də icra edirlər.
Bu yerdən şərqə doğru
ləzgilər[7] yaşayır. Onların öz
dilləri var. Onlar dağlarda yaşayırlar[8] və burda qoq
və maqoq xalqlarından qorunmaq
üçün Böyük Aleksandrın tikdirdiyi divarlar hələ
də olduğu kimi durur.[9]
[1] İoann de Qalonifontibus sözünə belə davam edir: Amma ölkə bütünlüklə
səhhət üçün yararlı deyil,
bundan başqa əhali bağırsaqlarına
qaz yığılmasından və
sağlamlıqlarının zəifliyindən əziyyət
çəkir,
kənar yerdən gələnlər burada
çox yaşaya bilmirlər. Əlbəttə,
bunları ciddi qəbul etmək mümkün deyil!
[2] Gürcüstanla həmsərhəd
olan Şəki ölkəsində də az-çox
sayda gürcünün yaşaması təbii bir haldır.
Lakin
4 cəhətə
– hansılar ki
aşağıda göstərirk,
diqqət yetirsək belə bir nəticə
çıxara bilərik ki,
İ. D.
Qalonifontibus “gürcü” deyərkən, həm də məxsusi
dini mərasimləri olan provoslav məzhəbli
albanları,
yaxud provoslav məzhəbli oğuzları nəzərdə
tuturmuş:
1. O
vaxtlar bu “gürcü”ləri Şirvanşah Şeyx İbrahim “tatar”
adlandırırdı (Bax: );
2. Qeyri-türklər
tərəfindən oğuzların “tatar”
adlandırılması fakına 2 dəfə
“Kitabi Dədə Qorqud”da
da təsadüf edirik: IV boyda “kafirlər”
Qazan xan oğlu Uruz bəyə
“tatar oğlu” (Kitabi Dədə
Qorqud, səh. 80), X boyda isə “təkurun
arvadı” Qazan xanın
özünə “tatar” deyir (Yenə orada,
s. 144).
3. Necə
ki İ. D. Qalonifontibus Şəki ölkəsi əhalisinin etnik tərkibini təsnif
edərkən daha çox dini amilə üstünlük verir
(məsələn, “...burada həm gürcülər, saratsinlər,
müsəlmanlar...yaşayır), Şəki əyaləti əhalisinin 1824-cü il
siyahıyaalınması aktlarında da belə edilmişdir (Məsələn,
Vartaşen kəndində yaşayan pravoslav udinlər gürcü, qriqoryan udinlər isə erməni kimi qeydə alınıblar( ).).
4. İ.
D. Qalonifontibus bu Şəki ölkəsidə
yaşayan gürcülər barəsində həm də bildirir ki “Onların məzhəbləri
gürcülərlə eynidir, amma ...onlar özlərinin bir
neçə xüsusi mərasimlərini də icra edirlər.
[3] Mənbədə:
Saraceni.
[4] Yenə
orda: Thurigi.
[5] Yenə
orda: Lazi.
[6] Yenə
orda: Laggi.
[7] Mənbədə: Lagzi
[8] İoann de Qalonifontibus daha sonra ləzgilər barədə əlavə edir: Bu ləzgilərin
həyatı, gərək
ki, mövcud
olan qanunlarla
nizamlanır. Onlardan bir qismi müsəlman, başqaları gürcü (– oxu: provoslav), bir qismi
isə xristiandır ( – oxu: katolikdir). Onlar çox iti
yeriyirlər və yaxşı ox atanlardırlar. Bax: Иоан де Галонифонтибус, səh.
151.
[9] ИОАНН ДЕ ГАЛОНИФОНТИБУС,
25