Aydın Salisoğlu
Həsən sultan 1524-cü ilin may
ayına qədər Şəki hökmdarı olmuşdur. Hakimiyyətə gəldiyi vaxt məlum deyil, amma bu bu qeyri-müəyyənlik 1497 – 1519-cu illər çərçivəsində məhdudlaşır. Belə ki, bunlardan
birincisi, əvvəlki Şəki hökmdarı
Şahhüsüyn öldürülən, ikinci isə tarixi xronologiyada Həsən sultanın adına ən tez təsadüf edilən ildir. Əsli-nəcabətinə gəlincə, 19-cu əsr Şəki tarixçiləri onu nuxalı Qara keşişin nəslinə, bir 16-17-cı əsr Səfəvi tarixçisi isə Şirvanşahlar xanədana mənsub hesab edib...
1524-cü ilin baharında Səfəvilər dövlətinin banisi olan Şah İsmayıl
(1501-1524) “cərgə üsulu” ilə ov etmək üçün böyük qoşunla Qarabağa gəlir. Qarabağ çöllərində vəhşi halda yaşayan sahibsiz atları Kür çayının sahilinə – Şəki hökmdarlığının sərhəddinə qədər qovurlar. Bu yerdə Şəki hökmdarı Həsən sultan “layiqli hədiyyələrlə” Şah İsmayılın yanına təşrif buyurur.
Şah İsmayıl eşitmişdir ki, Şah dağda (Şəki əhalisi hələ lap bu yaxınlaradək, Böyük Qafqaz sıra dağlarını “Şah dağ” adlandırırdı) – Şəki hökmdarlığına məxsus olan hansısa yerdə ( – heç şübhə etmirik ki, bu yer Kiş çayı dərəsidir!) vəhşi at sürüləri, digər çoxlu ov heyvanları dolaşmaqdadır. O, həmin yerdə şikara
çıxmaq istəyir. Hələ
ova qədər, bu xəbər
hamıya bəlli olan kimi, Şah İsmayılı fikrindən
daşındırmaq üçün yerli adamlardan bir
neçə nəfər onun yanına gəlmiş və xəbərdarlıq
etmişlər ki, orada həmin
vaxta qədər heç kim, hətta padşahlar belə, ova çıxmağa cəsarət etməmişdir. Lakin Şah İsmayıl inadından
dönmür və ovun başlanmasına qərar verir…
O, Şəkidən qayıdan kimi
Gürcü çarı Levon, Şəki
hökmdarlığı ərazisinə qoşun çəkdi. Həsən
sultan onu Padar kəndinin yaxınlığında ( – indiki Zakatala – Balakən rayonları arasında) qarşıladı. Gürcülər geri çəkildilər. Lakin buna qədər, tərəflər
arasında baş vermiş toqquşmada, artıq, Həsən sultan şəhid olmuş idi. Şəki tarixçisi H. S. Əbdülhəmidə
görə onun nəşini gətirib ““Daş-yüz” adı ilə məşhur olan
yerdə” torpağa tapşırmışlar. Həsən sultanın
ölümündən heç bir-iki gün keçməmiş, 36 yaşında ikən Şah İsmayıl özü
də dünyasını dəyişdi…
Görünür, “müqəddəs yer”ə
sığınan heyvanları kütləvi şəkildə
ovlayan,
ovlatdıran Şah İsmayıl və
həmin işə icazə verən Həsən sultan
Allahın qəzəbinə gəliblərmiş! Lakin indi bizim məqsədimiz bu barədə
yox, məqalənin sərlövhəsindən
məlum edildiyi kimi Həsən sultanın qəbri barədə
söhbət açmaqdır.
Bir az
yuxarıda qeyd olundu ki, Həsən sultan Daş-yüzdə dəfn edilib. İndi isə həmin yer haqda bir neçə kəlmə: Hazırki Şəki rayonunun tən
ortasını əhatə edən Daş-yüz heç də kiçik ərazi
deyil. Bəs, Həsən sultanın nəşi
konkret olaraq oranın harasında torpağa
tapşırılıb? Bu sualın cavabı isə 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərinə aid və Azərbaycan
MEA Əlyazmaları İnstitunda B-6134 şifrə altında saxlanılan əlyazmada rast gəldiyimiz
anonim katib tərəfindən edilmiş qeydin əsasında
bizə qismən məlum olur. Orada göstərilib ki, həmin vaxt Həsən sultanın qəbri Cəfərabad
kəndinin yaxınlığında, «Arvatan» deyilən
yerdə, yolun kənarında
imiş. Anonim katibin
yazdığından bu da aydınlaşır ki, qəbrin üzərindəki
günbəz yalnız o ərəfələrdə
dağılıbmış.
Bəs
Aravatan haradır və hardadır? Biz bu toponimə bir də İ. L. Seqalın 1902-ci ildə Tiflisdə çap olunmuş
kitabında təsadüf etdik. Müəllif göstərib ki, Arvatan, Nuxa qəzasındakı Göybulaq və Cəfərabad
kəndləri arasında olan ərazidir. Deməli, o, Cəfərabad kəndinin
şimalında imiş.
Həsən
sultanın qəbrinin sorağı ilə Şəki rayonunun
Cəfərabad kəndinə üz tuturuq. Buranın sakinlərindən bir kimsə
Aravatanı tanımır, lakin onlar yekdilliklə şəhadət verirlər ki, kəndin şimalındakı
böyük bir sahə “Həsən soltan” adını
daşımaqdadır. Belə
başa düşmək olar ki, 20-ci əsrin əvvəllərinə qədər
“Aravatan” kimi tanınan əraziyə indi “Həsən soltan”
deyirlər.
Və nəhayət, orada Cəfərabad Kənd Bələdiyyəsinin
sədri İmran Alməmmədovla təsadüfən
rastlaşmağımız, söz gedən məsələnin öyrənilməsi
işində irəliyə doğru daha bir mühüm
addım atmağımıza səbəb olur. Müsahibimiz bildirir ki, 5-6 il əvvəl “Həsən soltan”
deyilən yerdə, şose
yolunun kənarında kabel xətləri basdırmaq
üçün xəndək qazılarkən, traktor sənduqə
tipli bir sinə daşına ilişmişdi. Onun oğlu Xəqani isə
tapıntını qorumaq məqsədi ilə evə gətirib.
Baxmayaraq ki, bu hadisədən 5-6 il keçib, təəssüflər olsun ki, bizə qədər heç kim həmin
daşla ciddi şəkildə maraqlanmayıb və o, nə yerinə qaytarılmış, nə də hansısa muzeyə təhvil
verilmişdir. Beləliklə
də İmran müəllimin həyət qapısının
qabağında, yağış, qar, qızmar
günəş şüası, şaxta və s. təbii amillərin
təsiri ilə öz varlığının son həddinə
yetişmək üzrədir. Elə fikirləşməyin ki, İmran müəllim onu qəsdən
gizlədərək elmi tədqiqatdan kənarda qoyub. Yox, əksinə, adı çəkilən şəxs həmin
sənduqə-sinə
daşı barədə vaxtında bir çox əlaqədar
yerlərə məlumat verib. Amma…
Göründüyü
kimi, qarşımızdakı bu
yarısı olmayan sənduqə-sinə daşı xeyli zədələnmiş vəziyyətdədir. Elə ona görə də üzərindəki
yazıları oxumağa cəhd göstərmədik. Lakin mümkündür ki, epiqrafiq abidələrin oxunuşu
üzrə mütəxəsislər, xüsusilə də hörmətli Meşədixanım
Nemət bu işdə, nəsə, bir müsbət nəticə əldə
edə bilsin.
Biz
tapıntını bir neçə istiqamətdən lentə
aldıqdan sonra əldə etdiyimiz foto şəkilləri
anoloji abidələrin təsvirləri ilə (– M. S. Nemət, Şəki – Zakatala
bölgəsinin ərəb – fars – türkdilli
kitabələri – Azərbaycan
epiqrafiq abidələri korpusu, II cild, Bakı – 2001) tutuşduraraq
onun görünüşünü digərləri ilə
müqayisə etdik və nəticə çıxartdıq ki, bu sənduqə-sinə daşı formasına və
naxışlarına görə Həzrə kəndinin (Qəbələ rayonu) köhnə qəbristanlıqdakı 16-cı əsrə aid sənduqə-sinə daşlarını
xatırlatmaqdadır. Qeyd etmək
yerinə düşər ki, bizdən əvvəl oxşar bir halda M. Nemət özü də eyni nəticəyə
gəlmişdir. Daha təfsilatı
ilə desək, 20-ci əsrin 70 – 80-cı illərində Şəki
rayonunun Cəfərabad kəndi ilə Göybulaq kəndləri
arasındakı sahələrində alma bağları
salınarkən, şosse
yolunun kənarında da torpaq altından xeyli sənduqə
tipli sinə daşları tapılmışdır. Lakin təəssüf ki, əksəriyyəti o vaxt
amansızcasına dağıdılmış, yalnız, neçə yerə parçalanmış birisinin iki
yazılı hissəsi Şəki şəhər 17 saylı orta məktəbin müəllimi
Paşa Paşayev tərəfindən elmi tədqiqata təqdim
olunmuşdur. M. Nemət o vaxt yazıları oxumuş və həm
də aşkar etmişdir ki, onlar məlum Həzrə qəbrüstü abidələrinin
mətnləri ilə üst-üstə düşməkdədir…
O ki, qaldı birinci söhbət
açdığımız sənduqə-sinə daşına, güman edirik ki, o, Həsən sultana aid ola
bilər. Əgər belə deyilsə, onda, eyni xanədana mənsub hansısa mərhumunkudur və
Həsən sultanın qəbrini isə onun
tapıldığı yerin yaxınlığında axtarmaq
lazımdır!
Sonda daha bir müəmmaya
da aydınlıq gətirmək niyyətindəyik ki, nəyə görə Həsən
sultanın qəbri, məhz, həmin yerdədir? Məlumdur ki, hazırkı Şəki şəhəri əslində
Nuxa şəhəridir və 1969-cu ilə qədər, elə, beləcə
də,
Nuxa adlanmışdı. Biz bu qənaətə gəldik ki, köhnə Şəki, yəni koordinatları indiyə qədər
dəqiqləşdirilməmiş tarixi Şəki şəhəri, elə, indiki “Həsən sultan” deyilən yerlə indiki
Çapağan kəndi arasında mövcud olub. Belə ki, 19-cu əsrdə yaşamış Şəki şairi və
Şəki tarixlərindən birinin müəllifi olan Mustafa
ağa Şəkixanovun yazdığına görə Qara
keşiş nəsli əvvəlcə yalnız Kiş və
Nuxada hakimiyyətdə imiş və bunlardan 4-cü nəslin nümayəndəsi, yəni Qara keşişin nəticəsi – «Şəkixan» adı ilə tanınan Qutul xan oğlu,
Aravatanı ələ keçirmiş və paytaxt etmişdir. Heç şübhəsiz, Mustafa ağa «Aravatan» yazarkən əslində
köhnə Şəki şəhərinin vaxtilə
mövcud olduğu ərazinin 19-cu əsrdəki adını göstərib. O ki qaldı yuxarıda adını
çəkdiyimiz Çapağan kəndinə, Cəfərabaddan bir neçə km. şimal-şərqdə olan həmin kənd barədə bunu
da əlavə edək ki, o, 19-cu əsrin əvvəllərində tərtib
edilmiş siyahıyaalma aktlarında Nuxa şəhərinin tərkibində
olaraq göstərilib, baxmayaraq ki, oradan xeyli uzaqda idi. Çox güman ki, söz gedən
kənd əvvəllər
Şəki şəhərinə bitişik olmuş, bu şəhərin 1745-ci ildə ildə Nadir şah Əfşar
tərəfindən yandırılmasından, yaxud onun aqibəti ilə bağlı
bizə konkret məlum olmayan hansısa digər bir faciəvi
hadisənin baş verməsindən sonra sakinlərinin
oranı tərk etmələri və yəqin ki, məhz, Nuxada məskunlaşmaları ilə əlaqədar, bu dəfə Nuxa şəhərinin bir
hissəsi hesab edilmişdir.
Nə isə… Hər halda Həsən sultanın qəbrinin
yerinin dəqiqləşdirilməsi, qəbir daşısının aşkar edilməsi Azərbaycan
tarixi üçün maraqlı bir töhfə ola bilərdi. Biz həmin məsələnin həlli
üçün bacardığımız qədər səy
göstərdik, onun nəzəri
tərəfini öyrəndik, bunlardan başqa, üstəlik, köhnə Şəki şəhərinin
yeri barədə də, nəsə, bir nəticə çıxartdıq. İndi isə söz epiqrafiq abidələr
üzrə mütəxəssislərin, arxeoloqların, arxeoloji tədqiqatlar üçün vəsait
ayırmaq iqtidarında olan fiziki yaxud hüquqi şəxslərindir!
İSTİFADƏ
EDİLMİŞ ƏDƏBİYYAT
:
1. İ. P.
Petruşevski, Qosudarstvo
Azerbaydjana v XV v.
– Sbornik statey po istorii Azerbaydjana, ² vıpusk, Baku-1949,
2. O. Əfəndiyev, Azərğaycan Səfəvilər
dövləti, Bakı-1993
3. Şəki
xanlığının tarixindən, Bakı-1993
4. اسكندربيك
تركمان‘ تاريخ عالمآراي
عباسي
، جI،
تهران- ١٣٣٤
(İsgəndər
bəy Türkman , Tarix-i aləm ara-yi Abbasi, 1-ci cild, Tehran-h.ş.
1334)
5. M. Abbaslı, Şah
İsmayılın Ömür yolu miniatürlərdə, ( Anonim
müəllifin Cahanara-yi Şah
İsmayıl əsərindən
iqtibaslar), Bakı-1981
6. رشيد
بك افندىاوف،
نوخا
قضاسينده
اولان آثار
عتيقه لر
حاقينده،
باكى - 1925 (Rəşid
bəy Əfəndiyev, Nuxa qəzasında
olan asar-iətiqələr
haqqında, Bakı-1925)
7. (Əlyazma,) Azərbaycan
MEA Əlyazmaları İnstitutu,
şifrə B-6134
8. M. S.
Nemət, Azərbaycan
epiqrafiq abidələri korpusu - II cild, Şəki – Zakatala bolgəsinin ərəb – fars –türkdilli kitabələri (rusca), Bakı – 2001
9. İ. L.
Seqalğ, Elisavetpolğskaə
quberniə, Tiflisc-1902
10.
Kameralğnoe opisanie jiteley qoroda Nuxi i
Şekinskoy provinüii za
1824 qod…, Kazennaə
gkspediüiə verx. Qruz. Prov., Dövlət Tarix Arxivi,
fond 24; 1; ¹162
|
|
Sayğaclar:
1. 2. 3. 4. 5.
AZERİNTER.NET dən daha ətraflı:
6. 7.
Bu reklamlara baxsanız bizə də xeyir vermiş olarsınız! * *
* *