“Şəkinin
səsi” qəzetinin yaranma tarixçəsi
“Şəkinin-səsi” qəzetini
təsisçi baş redaktoru Salis
Məmmədov 1966-cı ildən indiyə kimi həm
də “İpəkçi”
qəzetinin redaktorudur.
Təvəllidlü 1932-ci ildir. O, SSRİ
dövründə “Şərəf nişanı”
ordeninə, “Lenin Yubiley” medalına və
Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına,
Azərbaycanın müstəqillik illərində isə
“Əməkdar jurnalist” fəxri adına və “Tərəqqi” medalına layiq
görülmüşdür.
Salis Məmmədov öz cəsarətli jurnalistlik
fəaliyyətinin nəticəsi kimi, istər Sovet,
İstərsə də müstəqillik illərində
təzyiqlərə məruz qalmışdır. O,
Azərbaycanda Sovet dövründə nəşr olunan
qəzetlər arasında 1-ci olaraq, redaktorluq etdiyi
“İpəkçi” qəzeti üçün,
ənənəvi “Bütün ölkələrin
proletarları birləşin” şüarından və
Azərbaycan KP Səki İpək İstehsal birliyi PK-nin təsisçiliyindən imtina
etmişdir! Kim belə bir işə cəsarət edə
bilərdi?!
Lakin 1992 -1993-cü illərdə – Xalq
Cəbhəsinin dövründə Salis
Məmmədova qarşı təzyiqlər daha da
artmışdır. Hətta o vaxtkı
Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı
2 dəfə televiziyada çıxış edərkən
“İpəkçi” qəzetinin ünvanına kəskin
fikirlər söyləmişdir. “İpəkçi”
dövlət müəssisəsinin qəzeti idi.
İstəyirdilər ki müəssisə rəhbərliyinin əli ilə Salis
Məmmədovu “təqaüdə” göndərsinlər.
Məhz, bu zaman müstəqil bir qəzetin “Şəkinin
səsi”nin yaradılması ideyası meydana
çıxdı. Amma necə?
Sabir Rüstəmxanlı imkan verərdimi
ki o, yeni qəzet təsis eləsin? Ystəlik,
təsis üçün dövlət rüsumu da Salis Məmmədovun maddi imkanı ilə
müqayisədə çox böyük məbləğ idi.
Salis Məmmədov “Şəkinin səsi”nin, Mətbuat
və İnformasiya Nazirliyində qeydiyyatdan keçməsi
üçün o vaxtkı Respublika
Prokuroru İxtiyar Şirinova müraciət etdi. Baş prokurorun işə
qarışması nəticəsində yeni qəzetin
yaradılması yolunda əsas maneə aradan qalxmış
oldu. “Şəkinin səsi”
üçün dövlət rüsumunu isə Ali sovetin o vaxtkı deputatı, dostumuz Kazım
Məmmədov ödədi...
1993-cü ilin iyun ayının 15-də, Azərbaycanda
ictimai-siyasi vəziyyət xeyli kəskin idi. Axşam Milli
Məclisdə, Milli Məclisin həm də prezident
səlahiyyətlərini icra edəcək sədri
seçilməli idi. Belə bir gündə, günorta
vaxtı “Şəkinin səsi” qəzetinin 1-ci sayı Şəki
mətbəəsində nəşr olunurdu. “Şəkinin
səsi” qəzeti artıq Azərbaycan ictimaiyyətinə
məlumat verirdi ki:
“Heydər Əliyev Milli Məclisin sədri
seçilmişdir!”
Bəli, Salis Məmmədov
əmin idi ki məhz, Heydər Əliyev Azərbaycan Milli
Məclisinin sədri olacaqdır!
İndi həmin gün, qurtuluş günüdür.
Baxmayaraq ki Salis Məmmədov,
Vəzirov, Mütəllibov, Xalq Cəbhəsi
dövründə mərhum, sabiq prezident Heydər Əliyevi
cəsarətli məqalələri ilə müdafiə
etmişdir, halbuki həmin vaxtlar o, dövlət
müəssisəsi qəzetinin redaktoru idi və bu
yazılarına görə onu hər an vəzifəsindən
uzaqlaşdıra bilərdilər, Əliyevlərin
hakimiyyəti dövründə isə onlardan 2 təbrik
teleqramı və bir də "dəmir"
"Tərəqqi" medalından qeyri heç nə
almamışdır. Heydər Əliyev, Salis
Məmmədovu şəxsən tanıyırdı. Bir
dəfə, o, Azərbaycan Ali Sovetinin deputatı kimi, Ali
Sovetin sessiyasında iştirak edərkən,
Şəkidən seçilmiş deputat Çingiz
Əfəndiyevlə görüşüb, onu
dəstəklədiyinə görə Salis
Məmmədova minnətdar olduğunu bildirmişdir.
Lakin Salis Məmmədov,
Əliyevlərin hakimiyyət illərində bir jurnalist kimi
daha çox çətinliklərlə
qarşılaşdı. 1994-cü ildə mərhum, sabiq
prezidentin adından sui-istifadə edən Nuşirəvan
Məhərrəmli - indiki Milli Televiziya
və Radio Şurasının sədri, Şəki İH başçısına "Səkinin səsi"nin nəşrini dayandırılması
barədə saxta göstəriş vermişdi, baxmayaraq ki bu
qəzet bəzi KİV kimi heç vaxt yalan və
böhtana görə
məhkəmə tərəfindən cərimə
edilməmiş, Azərbaycanın suverenliyini,
qanunlarını daima müdafiə etmiş və s.
Məsələni şəxsən araşdıran Salis Məmmədov, Nuşirəvan
Məhərrəmlinin saxtakarlığa yol verdiyini, prezidentin
adından sui-istifadə etdiyini, prezidentin isə əslində
bu məsələdən xəbərdar
olmadığını öyrənir və nəticədə
"Şəkinin səsi"nin
nəşrinə qoyulmuş saxta qadağan öz
"qüvvəsi"ni itirmiş olur!