|
Ədalət Tahirzadə. Şəkinin
tarixi qaynaqlarda, Bakı, 2005 Azərbaycan
Milli Elmlər Akademiyası Şəki
Regional Elm Mərkəzi Ədalət
TAHİRZADƏ ŞƏKİNİN TARİXİ QAYNAQLARDA «Master» nəşriyyatı Bakı – 2005 Allah
yolunda, Haqq,
Ədalət, Qurtuluş yolunda bütün
tarix boyunca şəhid
olmuş ş
ə k i l i l ə r i n müqəddəs
ruhlarına ərməğandır. Naşir: Nazim İBRAHİMOV, Şəki Şəhər
İcra Hakimiyyətinin başçısı Bilgisayar tərtibçisi: Emil
SADIQOV Bilgisayarda yığanlar: Oğuztoğrul TAHİRLİ, Məzahir CƏMİLLİ Ədalət Şərif oğlu
TAHİRZADƏ. Şəkinin
tarixi qaynaqlarda. Bakı,
«Master» nəşriyyatı, 2005, ……. səh. Kitabda
Şəkinin tarixinə dair başlıca olaraq XIX yüzil
qaynaqları toplanıb. Bu mənbələrin çoxu indiyədək
oxuculara bəlli deyil, bilinənlərsə indiyədək
araşdırılmamış daha bitkin və daha doğru əlyazma
nüsxələri əsasında ortaya qoyulub. Salnamə-xronikaları
yazanların yaşayış və
yaradıcılığı haqqında ilkin və geniş
bilgi verən Ə.Tahirzadə qaynaqların məzmununu daha
asan mənimsəməkdən ötrü həm çoxlu
qeydlər və aydınlatmalar edib, həm də zəngin
maddeyi-tarixlər toplusu hazırlayaraq qaynaqlara artırıb.
Kitabda
Şəkinin yetirməsi olan məşhur şairlərin
Şəkiylə, onun tarixiylə bağlı şerləri
də verilib. Əsər
Azərbaycan tarixiylə maraqlanan bütün oxucular
üçündür. E-mail:
adalet_tahirzade@yahoo.com Tel.:
[050] 569-68-12 © Ədalət
TAHİRZADƏ ŞƏKİNİN
TARİXİ QAYNAQLARDA: YAZILANLAR, YAZANLAR MUSTAFA AĞA ŞUXİ. KƏRİM
AĞA FATEHİN TƏRCÜMEYİ-HALI KƏRİM AĞA FATEH. ŞƏKİ
XANLARININ İXTİSAR ÜZRƏ TARİXİ. MİRABBAS MİRBAĞIRZADƏ. ŞƏKİ QƏZASINDA
HÖKMRANLIQ TARİXİ HAQQINDA MÜXTƏSƏR MƏLUMAT. MİRABBAS
MİRBAĞIRZADƏ. ŞƏKİ QƏZASI. ƏLƏŞRƏF
KƏRİMOV/İSMAYILOV. ŞƏKİ
KEÇMİŞDƏ VƏ İMDİ. Mustafa ağa
ŞUXİ. Kərim ağa Fatehin
tərcümeyi-halı
(Seçmə parçalar) Kərim ağa FATEH. Şəki
xanlarının ixtisar üzrə
tarixi Şəki qəzasında
hökmranlıq tarixi haqqında müxtəsər məlumat HACI ƏBDÜLQADİR
XANIN HÖKUMƏTİ KOR MƏHƏMMƏDHƏSƏN
XANIN YENƏ XANLIĞA BAŞLAMASI ŞƏKİDƏ
XANLIQ ZAMANINDA MƏMLƏKƏT İDARƏSİ Mirabbas
MİRBAĞIRZADƏ. ŞƏKİ
QƏZASI Şəki qəzasında
tarixi və maraqlı bəzi kənd adları Şəki qəzası
dairələrində əhali məşğuliyyəti və
təsərrüfat halı Şəki qəzasının iqtisadi əhvalında
ümumi vəziyyət Dünya ticarətində
Şəki ipəyinin iqtisadi mövqeyi Ələşrəf
KƏRİMOV /İSMAYILOV. Şəki keçmişdə və
imdi Məhəmmədəmin
oğlu SALMAN MÜMTAZ ŞƏKİNİN
TARİXİ QAYNAQLARDA:
YAZILANLAR, YAZANLAR
Böyük
imperator Nadir şah Əfşar (22.10.1688 - 20.6.1747)
öldürüldükdən sonra Azərbaycanda Şəki, Şirvan
(Şamaxı), Bakı, Quba, Dərbənd (bu ikisi sonralar
birləşdirildi), Gəncə,
Qarabağ, İrəvan, Naxçıvan, Talış, Təbriz,
Xoy, Sərab, Qaradağ, Ərdəbil, Marağa, Urmiya,
Makı xanlıqları yarandı. Nüfuz dairələrini
genişləndirmək uğrunda onların arasında
başlanmış iç savaşları torpaqlarımızı
qamarlamağa uyğun vaxt gözləyən gənc
xaçpərəst imperiyası Rusiyadan ötrü göydəndüşmə
oldu. 10 mart 1735-də Nadir şahın Gəncə
yaxınlığında silah gücünə
imzalatdırdığı müqaviləylə Dəli Petro’nun 13 il qabaq
tutduğu bütün Azərbaycan torpaqlarını geri
qaytarmağa məcbur olmuş Rusiya Nadir şahın dəhşətli
şapalağından sonra yavaş-yavaş özünə
gələrək yenidən işğalçılıq
niyyətinə düşdü. Onun onilliklər boyu çəkən
hərbi yürüşləri anamız ulu Azərbaycanı
və qədim millətimizi iki yerə parçalayan
amansız Gülüstan (1813)
və Türkmənçay
(1828) andlaşmalarıyla başa çatdı. Şəki, Şirvan, Bakı,
Quba, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan,
Talış xanlıqlarını Rusiya işğal etdi, Təbriz, Xoy, Sərab,
Qaradağ, Ərdəbil, Marağa, Urmiya, Makı
xanlıqlarısa yenilmiş Qacar dövlətində
qaldı. Yurdumuzun və elimizin bütün tarixi boyunca bundan
daha sarsıntılı hadisə olmayıb. Azərbaycan
torpağının yetirdiyi tarixçilər, şairlər
və sənətkarlar bu parçalanmaya kəskin etiraz
bildirdilər. Tarixçi Həsi Abdullayev yazır: «…XVIII yüzildə tərtib edilmiş
Azərbaycan salnamə əsərləri indiyədək
üzə çıxarılmayıb. Azərbaycan
tarixi-salnamə əsərləri yalnız Azərbaycanın
XIX yüzildə Rusiya tərkibinə daxil olmasından (?! – Ə.T.) sonra bizə gəlib çatıb»[1]. Gerçəkdən də belədir.
Ancaq bu, Rusiyanın «maarifləndiriciliyi»nin yox, müstəmləkə
siyasətinin nəticəsiydi. Belə ki, Azərbaycanın
üçdə birini caynağına keçirmiş
yağmaçı Rusiyanın Tiflisdəki canişin dəftərxanası
yenicə çarizm boyunduruğu altına
düşmüş xanlıqlarımızın gerçək
yiyələrinin keçmişini öyrənmək və
çar hakimiyyətinin onlara bəsləyəcəyi
siyasi-iqtisadi münasibəti bu bilgi üzərində
qurmaqçün dünənki xan və bəylərin,
bölgədəki ən ad-sanlı uruqların
soykötüyünü (nəsil ağacını, şəcərəsini)
hazırlamağı, bu torpaqların yaxın
keçmişini qısa da olsa təsvir etməyi
inandığı yerli aydın-məmurlara
tapşırdı. (Güney xanlıqlarıyla bağlı
belə tarixi araşdırmaya ehtiyac yoxuydu, çünki o
torpaqlarımızda kimin kim olduğunu Qacar dövləti
gözəlcə bilirdi). Beləliklə, artıq Rusiya
torpağı sayılan Quzey Azərbaycanda XIX yüzildə
təkcə Qarabağ tarixiylə bağlı Mirzə
Adıgözəl bəy’in (təx.1780-9.9.1848) «Qarabağnamə» (1845), Mirzə
Camal Cavanşir Qarabaği’nin (1773-1853) «Qarabağnamə» (1847), Əhməd
bəy Cavanşir’in (2.3.1828-9.1.1903) «Qarabağ xanlığının siyasi vəziyyətinə
dair» (1883), Mir Mehdi Xəzani’nin (təx.1819-1894) «Kitabi-tarixi-Qarabağ» (təx.1866)…
əsərləri kimi 7 salnamə-xronika qələmə
alındı. Həmin yüzildə Kərim ağa Fateh’in
(1788-13.1.1859) «Şəki
xanlarının ixtisar üzrə tarixi» (24 may 1829), Abbasqulu
ağa Bakıxanov’un (1794-1847) «Gülüstani-İrəm» (1841), İsgəndər bəy
Hacınski’nin (1809-1878) «Qubalı
Fətəli xanın həyatı» (1847), Mirzə
Həsən əfəndi Əlqədari’nin (1834-1910) «Asari-Dağıstan» (1890),
Mirzə Cəbrayıl Süpehri’nin (?-1.2.1902) «Dərbəndnamə» (1891)
kimi tarix əsərləri, onlardan başqa da yenə xeyli
xronika yazıldı. Sözsüz,
hansı niyyətlə ortaya qoyulmasından asılı
olmayaraq, adı çəkilən və çəkilmyən
bütün bu əsərlərin Bütöv Azərbaycan
tarixinin öyrənilməsində müstəsna önəmi
var və onları qələmə almış hər bir
yazarın əməyini yalnız ən xoş sözlərlə
anmağa borcluyuq, çünki bu gün Azərbaycan tarixinə
dair araşdırmalar hər şeydən öncə məhz
bu dayanıqlı özül üzərində qurulur.
Çox sevindiricidir ki, bu özülü qoyan ustaların,
Azərbaycan tarixşünaslığının ən
şanlı səhifələrinə imza atanların
içərisində Şəki tarixçiləri
mühüm yer tutur. Şəki bilginlərinin, alimlərinin
tarix kitabları yazmaqda böyük təcrübə və
bacarığı var. Son 200 ildə xanzadə Kərim
ağa Fateh’dən (1788-1859) tutmuş professor Mahmud
İsmayıl’adək (1920-2001) çoxsaylı Azərbaycan
tarixçiləri bu ulu torpağımızın
yetişdirməsidir. Şəkidə doğulmuş, uzun
müddət yüksək ruhani vəzifələrində
çalışmış görkəmli alim, Qur’anın
dilimizə ilk tərcüməçisi (ikicildlik «Kitab əl-bəyan fi təfsir əl-Qur’an»,
Tiflis, 1908) Axund Hacı Məhəmmədhəsən
İsmayıl oğlu Mövlazadə Şəkuyi qiymətli
«Tarixi-müqəddəs. Ənbiya
əhvalatı» (Tiflis, 1913) kitabının müəllifi,
«Əmirəlmöminin əleyhissəlamın
Misir hakimi Malik Əştərə yazdığı əhdnamənin
tərcüməsidir» (Tiflis, 1910), Nəsuh Həsənin
2 cildlik «Tərcümeyi-töhfeyi-Nəsuhiyyə
fi əhvali-kürrətül-ərziyyə və hiyə
coğrafiyə ümumiyyətüd-düvəlül-aləm»
(Bakı, 1904) əsərlərinin tərcüməçisidir.
Bu əsərlərin hər biri öz çağında
xalqımızın ictimai düşüncəsinə yetərincə
güclü təsir göstərib və onlar öz yüksək
elmi dəyərini bu gün də saxlamaqdadır. Şəkidə[2], Gəncəli
məhəlləsində doğulduğuna görə
özünə «Gəncəvi» nisbəsi
götürmüş[3]
şeyxülislam Hacı Şeyx Həsən
Mollazadə Gəncəvi (1853-1932) doğma türk
dilində 4 cildlik «Zübdətüt-təvarix»
(«Tarixlərin seçməsi») adlı möhtəşəm
bir tarix əsəri yaradıb (I cild, Tiflis, 1905; II cild, Gəncə,
1909; III cild, Gəncə, 1913; IV cild, Gəncə, 1912) ki, həmin
kitab istər müsəlman tarixini, istərsə də
Ön Asiya, Qafqaz və Azərbaycan tarixini öyrənənlərçün
indinin özündə də ən dəyərli qaynaqlardandır.
Onu da bildirək ki, bu əsər Mövlazadənin
çoxlu kitablarından yalnız biridir. Üzərində
«Azərbaycan tarixi»
yazılmış ilk kitabı (Bakı, 1923) Şəkidə
doğulmuş[4]
Rəşid bəy Əsəd
bəy oğlu İsmayılov’un (1877-1941)
yazdığını bildirmək də çox fərəhlidir. Onun qələmindən
çıxmış «Müxtəsər
Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur
türk ədib və şairlərinin müxtəsərən
tərcümeyi-halları» (Tiflis, 1904) əsəri də
yüksək elmiliyiylə seçilir. Görkəmli alim, Azərbaycan
MEA-nın müxbir üzvü, professor, MEA Tarix
İnstitutunun direktor müavini Mahmud Əlabbas oğlu
İsmayıl’ın (1.9.1920-16.8.2001) bütün əsərləri
bir yana, «Şəki»
(Bakı, 1982), «Sənin ulu
baban» (Bakı, 1989), «Azərbaycan
tarixi» (Bakı, 1993) monoqrafiyaları çağdaş Azərbaycan
tarixşünaslığının qızıl fondunu bəzəyir.
Bu baxımdan yanaşdıqda XIX yüzil salnaməçiləri
içərisində də ilk yeri Şəki müəlliflərinin
tutması tam qanunauyğundur. Maraqlıdır ki, bu çağ Azərbaycan
tarixçilərinin öndəgedəni məhz Kərim
ağa Fateh Şəkixanov’dur – onun «Şəki xanlarının ixtisar
üzrə tarixi» xronikası Abbasqulu ağa Bakıxanovun
möhtəşəm «Gülüstani-İrəm»indən
12 il, Mirzə Adıgözəl bəyin «Qarabağnamə»sindənsə 16 il qabaq
yazılıb. Söz yox, iş əsərin gec, ya tez
yazılmasında yox, onun elmi dəyərindədir.
Sevindiricidir ki, istər Fatehin, istərsə də başqa
Şəki müəlliflərinin qələmindən
çıxmış salnamələri çağdaş Azərbaycan
tarixşünaslarının ən görkəmli nümayəndələri
yüksək dəyərləndirib. Şəkidə bir atalar sözü
var: «Dərin su bulanmaz»[5]. Olduqca hikmətli kəlamdır!
Yazılı tarixi qaynaqlarımız nə qədər
çox olsa, tariximizi nə qədər dərindən
öyrənsək, araşdırmaları nə qədər
dərinə aparsaq keçmişimiz daha da durular, arınar,
düşmənlərimiz tariximizi «bulandırmağı»
bacarmaz! 1970-inci illərin sonunda aspiranturada
oxuduğumuz zaman Şəki bölgəsi dialekt və
şivələrinin materialları üzərində
qurduğumuz namizədlik dissertasiyasını yazanda, təbii
ki, yazılı qaynaqlardan da dil faktları götürməli
olmuşduq. Şəki müəlliflərinin qələminə
məxsus, indiki Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları
elə o çağda ərəb qrafikasından kirilə
çevirərək üzünü
köçürmüş, bu zaman əlyazmalarda
gördüyümüz bir çox maddeyi-tarixləri də
toplayaraq sistemləşdirmiş, bütün bunları
makinadan da çıxararaq nəşrə hazır
saxlamışdıq. Artıq Əlyazmalar İnstitutunda
çalışdığımız zaman iş
yoldaşımız, tarix elmləri namizədi Akif
Fərzəli «Qarabağnamələr»i
tərtib edərək «Yazıçı»
nəşriyyyatında buraxdırdı (1989). O, bildirdi ki, Azərbaycanın
başqa xanlıqları haqqındakı salnamələri də
beləcə basdırmaq istəyir. Bu məqsədlə indi
bu kitabda verdiyimiz bir sıra əsərlərin əlyazmasını
bizdən götürdü, ancaq hansı nədənləsə
həmin nəşr gerçəkləşmədi. Aradan
bir müddət ötdü, Akif bəy köçüb
Sankt-Peterburqa getdi, biz də Akademiyadan çıxdıq.
Bakıya gəlişlərinin birində həmin əlyazmaların
taleyini Akif bəydən soruşduq; kitabı nəşr
etdirə bilmədiyini, verdiyimiz əlyazmalarısa itirdiyini
söylədi… Aradan
çox illər keçsə də həmin əlyazmaları
nəşr etdirməyə özümüz nə vaxt, nə
də imkan tapa bildik. Ulu Tanrıya min şükür ki, indi
həmin vaxt və imkan əlimizə düşüb. O zaman
nəşrə hazırladığımız əlyazmaların
üzərində son bir ildə yenidən xeyli işlədik,
oğlu Mustafa ağa Şuxi’nin
Kərim ağa Fateh’in ömürlüyü
haqqında yazısını, Mirabbas
Mirbağırzadə və Ələşrəf
Kərimov/İsmayılov’un indiyədək tarixçilərimizin
gözündən yayınmış əsərlərini də
ərəb qrafikasından çevirərək buraya
artırdıq, onların hamısına çoxlu
aydınlatmalar və qeydlər verdik. Söz yox
ki, buradakı qaynaqları ideal saymaqdan, onların
bütün mühüm hadisələri əhatə etdiyini
söyləməkdən uzağıq. Əksinə, hətta
bəzi başqa əsərlərdə oxuduğumuz bir
sıra tutarqalarla bunlarda üzləşmirik. Məsələn,
bir sıra tarix əsərlərində Şəki hakimləri
İsa
xan (1578-in hadisələriylə
bağlı), Şahəmir xan (1593-1601-inci illər), Əli
sultan Saxuri (Zaxurlu Əli sultan) (1720-ci illər) kimi
gerçək şəxslərin adları dönə-dönə
çəkilsə də «bizim» müəlliflərdə
onlar, demək olar ki, unudulub. Belə iradların
sayını yəqin ki, yenə artırmaq olardı. Ancaq
biz bu kitaba salınmış xronikaların elmi dəyərini
aşağı salmağın da qəti əleyhinəyik və
inanırıq ki, onlar həm Şəki bölgəsinin, həm
də bütövlükdə Azərbaycanın sənədli
tarixini hazırlamaq, indiyədək ortalıqda olan mətnlərə
tənqidi yanaşmaq işində tarixçilərimizə əvəzedilməz
yardımçı olacaq. Bu
salnamələri yazanların kimliyinin üzə
çıxarılması da tarixşünaslıq
baxımından çox önəmlidir. Aşağıda
bu vacib məsələyə, eləcə də
qaynaqları haradan götürdüyümüzə və
onların üzərində necə işləməyimizə
aydınlıq gətirməyə
çalışacağıq. Qaynaqlar
MUSTAFA
AĞA ŞUXİ. KƏRİM AĞA FATEHİN TƏRCÜMEYİ-HALI
Fətəli xan Möhnəti’nin
oğlu Kərim ağa Fateh’in oğlu Mustafa ağa Şuxi’ni (?-oktyabr
1895) çar hökuməti hicri 1274-də (miladi 1857/58-də)
atasından alaraq Peterburqa girov aparıb. Orada hərbi təhsil
alan Mustafa ağa kornet[6] çininə
yüksəlib. Şəkili alim Böyük Salman Mümtaz
(1884-1941) yazır: «Kərim
ağanın babası şair olduğu kimi, atası və
oğlu Mustafa ağa da şair idi. Fəthəli xanın
qollandığı məxləs[7] ''Möhnəti'', Mustafa
ağanınkı da ''Şuxi''dir»[8]. Salman Mümtaz başqa bir qaynaqda
Mustafa ağa haqqında belə qısa bilgi verir: «Mustafa ağa dört il kanvoyluq[9] eləyib. 1857-ci tarixdə
kanvoyluğa apar[ıl]ıb, [18]61-də karnet [çini]
alıb qayıtdı. Karnetdən qayıtdığı
zaman Şəkidə murov pamoşnikliyi elədi. Təxminən
beş il bu xidmətdə qaldı. Mustafa ağa əvaxiri-ömrüsünü
Qaraqosı[10] adnalı kəndisinə məxsus kəndində
keçirmiş və orada da fücətən[11] vəfat etmişdir. Sonra cənazəsini
Şəkiyə gətirib Hüseyn xan məscidinin həyətində
Kərim ağa Fatehin qəbrinin yanında dəfn
etmişlər» [12]. Mustafa ağa Şuxinin də şerlərinə
həyat vermiş S.Mümtaz onun bir neçə şerini
özünün «Azərbaycan ədəbiyyatı»
silsilə kitablarının 12-ci sayına (ss.120-122)
salıb. Hacı Seyid Əbdülhəmidin «Şəki xanları və onların nəsilləri»
əsərində (Bakı, 1930, s.9) Mustafa ağanın «türkcə divanı qeyri-mətbudur»
deməsi S.Mümtazın həmin divanla[13]
tanışlığını göstərir. Azman araşdırıcımız Firidun
bəy Köçərli (1863-1920) də
özünün məşhur «Azərbaycan
türklərinin ədəbiyyatı» kitabında (bu əsər
sovet dövründə «Azərbaycan
ədəbiyyatı»
adıyla buraxılıb) Mustafa ağa Şuxiyə
ayrıca yer ayırıb[14], onun
şerlərindən örnəklər verib. Mustafa ağanı «validi-büzürgüvarı kimi mərifət və
kamal sahibi, möhtərəm bir şəxs», «ziyadə
dindar və millət təəssübü çəkən
bir vücud» kimi dəyərləndirən Firidun bəy
göstərir ki, Mustafa ağa «əksər
övqat məclisini ürəfavü şüəralar ilə
təzyin edərmiş[15]. Zindəganlığının
ibtidasında dövlətmənd olub, axır vaxtlarda bir az
kasıb düşübdür və özünə mütəəlliq
olan əmlakın mədaxili ilə güzəran edərmiş»[16]. Firidun bəy onun Şəki şəhərində
cəmadiyül-əvvəl
1312-də (oktyabr 1895-də) vəfat etdiyini bildirir[17] və
biz bu tarixə inanırıq. Daha çox böyük şair kimi
tanıdığımız görkəmli alim Seyid
Əzim Şirvani (1835-1888) də özünün «Təzkirə»sində
Şuxinin türkcə 6 qəzəlini və Şəki
şəhərinin tərifi haqqında 20 beytlik dəyərli
qəsidəsini verib[18]. Şuxinin yazdığı «Kərim ağa Fatehin tərcümeyi-halı»nı
Əlyazmalar İnstitutunda saxlanılan əlyazmadan
götürmüşük. Yazılma tarixi bəlli olmasa da
əsərin 1861-dən sonra qələmə
alındığını deyə bilərik. KƏRİM
AĞA FATEH. ŞƏKİ XANLARININ İXTİSAR ÜZRƏ
TARİXİ.
Şəki xanı Fətəli
xanın oğlu Kərim ağa Fateh Şəkixanov
(h.1202-8.6.1275/m.1788-13.1.1859) haqqında ilk ən
geniş və doğru məlumat azman ədəbiyyatşünasımız
Firidun
bəy Köçərli’nin (1863-1920) məşhur
«Azərbaycan türklərinin ədəbiyyatı»
kitabındadır. Kərim ağa Fatehə ayrıca məqalə
həsr edən Firidun bəy burada onun 2 qəzəlini də
verib[19]. Firidun bəy yazır: «Kərim ağa ibn Fətəli xan ''Fateh'' təxəllüs
Şəki şairlərinin bərgüzidələrindən
birisi hesab olunur. Kərim ağa Şəki xanlarının
xanədanından olmağa görə, nəcib və alitəb
bir zat imiş; familiyiası – Şəkixanov. Mirzə Fətəlinin
müasiri olubdur və onun xatirini əziz tutarmış və
hər dəm ləyaqətli töhfələrlə Mirzəni
yad edərmiş. Fətəli
xan Şəkidə xanlıq edən zamanı hicrətin
1235-ci salında[20] Şəki vilayəti Rusiyanın təhti-təsərrüfünə
keçdi və Fətəli xan rus dövləti tərəfindən
təsdiq olundu. Fətəli
xanın fərzəndi-ərcüməndi Kərim ağa
atasının təhti-himayəsində nəşvü
nüma tapıb, gözəl təlim və tərbiyə
almışdır. Fars və ərəbcə yaxşı
savadı var imiş. Təbi-səlim sahibi imiş. Özləri
əhli-kəmal və sahibi-hal olduğu üçün
üləma sinfini, üdəba və şüəranı
ziyadə dost tutarmış və müdam məclisini
onların vücudu ilə müzəyyən qılıb həqiqi
xan tərzində güzəran edərmiş. Kərim
ağa Fateh hicrətin 1274-cü tarixində[21] Nuxa şəhərində yetmiş
beş sinlərində vəfat edibdir[22]. Fatehin
öz əsərlərindən cəm olunmuş mükəmməl
bir divanı vardır və lakin təb
olunmamışdır. Əsərlərinin çoxu fars
dilindədir, türkcə olanı bunlardır ki, dərc
olunur»[23]. Kərim ağanın türkcə 2 qəzəlini
verdikdən sonra Firidun bəy yazır: «Mərhum Kərim ağa Fatehin burada təstir
olunmuş hər iki əsəri onun alim və sahibi-təbi-səlim
olduğunu göstərir. Əvvəlinci kəlam – ki, Fateh
peyğəmbəri-valatəbarımızın şəni-aliləri
vəsfində deyibdir – Nabi əfəndinin[24]
kəlamına bənzəyir. Onun ikinci kəlamı
müasiri olan Qasım bəy Zakirin kəlamına
oxşayır. Əfsus ki, Fateh türk dilində başqa əsərlər
vücuda gətirməyibdir; gətiribsə də onlardan
bizim əlimizə düşən olmadı»[25]. Kərim ağa Fateh haqqındakı
bir cızma-qaramızda[26] onun
türkcə başqa əsərlərinin olduğunu
göstərmişik. Bu əsərlər içərisində,
söz yox ki, ən dəyərlisisə tərtəmiz
türkcə yazdığı «Şəki xanlarının
ixtisar üzrə tarixi»dir. 24 may
1829-da qələmə alınmış bu «Tarix»i (əsəri qısaca
belə adlandıracağıq) ilk dəfə müəllifin
öz sağlığında – 1858-də Sankt-Peterburqda akademik
Bernqard Dorn (1805-1881) əlyazmadan
götürərək «Auszüge
aus muhammedanischen Schriftstellern…» kitabında verib[27]. Əsər
burada 515-531-inci səhifələrdə «Şəki
xanlarının ixtisar üzrə tarixi. Qazi Əbdüllətif
əfəndi təsnifidir» başlığıyla təqdim
olunub. Dorn yazır: «Bu qısa tarixi nəşr etməyi ona görə qərara
aldım ki, bilmirəm onu yaxın gələcəkdə
6-cı hissəsini 1854-üncü ildə “Tarixi-filoloji jurnal”a təqdim etdiyim ''Qafqaz'' adı
altında sonadək işləyə biləcəyəmmi»[28]. Söz yox ki, B.Dornun əməyi dəyərlidir.
Bununla belə, onun nəşrində ciddi əyintilər də
var. Onlardan birincisi və ən böyüyü akademikin əsərin
yazarını düzgün aydınlaşdırmayaraq «Qazi Əbdüllətif əfəndi
təsnifidir» göstərməsidir. Bu
yanlışlığın səbəbkarı N.V.Xanıkov (1819-1878) olub.
Dorn yazır: «…Xanıkov
1858-inci ildə mənə bu əsərin tərtibçisi
haqqında aşağıdakıları yazdı: “Şəkinin kiçik tarixinin
müəllifi mənim dostum, Nuxa şəhərinin irsən
qazisi Hacı Əbdüllətif əfəndi Hacı Səlim
oğlundan başqa heç kəs ola bilməz. Bu, indi
altmış yaşlı bir adamdır. O, ərəb dilini
yetərincə yaxşı bilir və fars poeziyasıyla
çox məşğul olub. 1845 və 1846-cı illərdə
İstanbul, Misir və Məkkəyə ziyarət edib,
Suriya, Bağdad, Qezbelu, Həmədan, Tehran, Təbriz və
Şuşadan keçərək öz yurduna dönüb…”»[29]. Deyilənə bütünlüklə
inanan Dorn, görünür, ya türk dilini bilməyib, ya da
əsəri oxumayıb; axı əsərin sonunda Çələbi
xanın soykötüyünə (şəcərəsinə)
baxan kimi müəllifin kimliyi öz-özünə
ortalığa çıxır. B.Dorn nəşrinin ikinci əyintisi əlyazmanın
düzgün oxunmaması üzündən çoxlu
yanlışlığa yol verilməsidir. Məsələn,
bir neçə yerdə «əmma»)
sözünün üstündə qoyulan təşdid iki
nöqtəyə bənzədilib və söz «ağa»)
kimi oxunub. Bundan başqa, nöqtəylə seçilən hərflərin
qarışdırılması üzündən «bunları qovubdurlar» yerinə
«yolların qurubdurlar», «Hacı
Şıxəli» yerinə «Hacı
Şıxqulu», «deyər mənim» yerinə «vermənəm»… kimi
çoxlu qaba yanlışlıqlar özünə yer
tapıb. Azərbaycanı Öyrənən
Cəmiyyət (Tədqiq və Tətəbbö Cəmiyyəti)
əsəri 1926-da Dornun həmin nəşrindən
götürərək dəyişmədən (ancaq bir
neçə dolaşıqlıq da artırmaqla) prof. N.İ.Aşmarin’in (1870-1933)
giriş sözüylə türkcəmizdə və rusca
yayınlayıb[30]. Bu nəşr
Dornunkundan heç bir üstünlüyüylə
seçilmir. MUSTAFA AĞA ŞUXİ. NUXU XANLARININ KEÇMİŞ ƏHVALATININ HEKAYƏTİ (HEKAYƏTİ-ƏHVALATİ-SABİĞEYİ-XƏVANİNİ-NUXU) Mustafa ağa Şuxinin «Hekayət»də məhz Kərim
ağa «Tarix»indən
yararlanmasına gəlincə, bu fikri hər iki əsərdəki
bir çox cümlələrin az qala üst-üstə
düşməsi də təsdiqləyir. Məsələn,
«Tarix»də
yazılır: «…Şahın
qabağında pişxidmətin ururlar». «Hekayət»dəsə deyilir: «…Şahın pişgahında pişxidmətin tüfəng
ilə atıb urubdurlar». Örnəklərin
sayını artıra bilərik. Kərim
ağa Fatehin «Tarix»indən
sonra yazılmış «Hekayəti-əhvalati-sabiğeyi-xəvanini-Nuxu»
əsəri Hacı Seyid Əbdülhəmidin «Şəki xanları»ndan
qabaq yazılıb və «Tarix»
«Hekayət»çün, «Hekayət»sə
«Şəki xanları»yçün
ilkin qaynaq olub. Bu gerçəklik üç əsəri
tutuşdurarkən istər-istəməz ortaya
çıxır. Tutuşdurmadan həm də
aydınlaşır ki:
Sözümüz havadan asılı
qalmasın deyə aşağıdakı örnəklərə
baxaq. «Tarix»: «…Tarixi-islamyyə
min yüz əlli altıda olanda Hacı Çələbini
özlərinə hakim edib, Gələsən-görəsən(d)ə
gedib sığnaq elərlər».
«Hekayət»:
«Səneyi-islamiyyə 1156[-cı] ildə Hacı Çələbi Nuxuda xan
olubdur». «Şəki
xanları» (tarix göstərilmədən): «Bədə xəlayiq Çələbini
xan nəsb edibdirlər»). «Tarix»: «Hacı Çələbi xan on iki il
hakimlik edib, tarixi-islamiyyə min yüz altmış səkkizdə
olanda mərhum olubdur». «Hekayət»:
«Hacı Çələbi
öz əcəliylə, azarlayıb
Nuxuda vəfat edibdir səneyi-islamiyyə
1168 sənədə». «Şəki
xanları»: «Ondan bir müddət sonra Hacı
Çələbi xan azarlayıb
vəfat edibdir 1168-inci sənə». «Tarix»: «Hacı
Çələbi çoq böyük olub. Təbriz vilayətinə
kibi buna qulluq edibdirlər». «Hekayət»:
«Hətta
Hacı Çələbi Nuxudan qoşun götürüb Təbriz
vilayətinədəkin gedibdir». «Şəki
xanları»: «Hacı Çələbi xan da
qoşun götürüb İrana - Təbrizədəkin gedibdir…». «Tarix»: «Məhəmməd
xan Nuxuya gəlib. Hacı Çələbinin çoq
pulunun və xəzinəsinin yerini [ona] deyibdirlər, yerdən
çıqarıb. Nuxuda çoq zülmlər edib». «Hekayət»:
«Ağaməhəmməd
xan məzkur bir neçə vaxt Nuxuda hökumət edib,
Nuxuda xanların dəfn olunan
pullarını çıxartdırıb, nuxululara
çox zülmlər edibdir». «Şəki
xanları»: «Gəlib Nuxunu zəbt edib və
Hacı Çələbi xanın mədfunat pulların çıkardır». «Hekayət»: «Dəvəli
SərdarMustafa xan da gəlib Xaçmaz
mahalında Padar qəryəsi həvaləsində
Hacı Pirəhməd çəməniylə
mövsüm olan yerdə nüzul
edibdir». «Şəki
xanları»: «Bu
halda da İran sərdarı Dəvəli Mustafa xan külli
qoşunla Şəkiyə gəlib, Xaçmaz
mahalında Hacı Pirəhməd
çəməniylə mövsüm yerdə
nüzul
edib mütəməkkin olubdur». «Hekayət»: «Şıxəli bəy
məzkur Nuxuya varid olmamış yolda Fətəli
xanın Nuxuda xan olmağın
eşidib yoldan qayıdıb. Şirvana gedib, Fətəli
xanın Nuxuda xan olmağı əhvalatın Mustafa xana məlum
edibdir». «Şəki
xanları»: «Məzkur
Şeyxəli bəy Fətəli xanın Nuxuda
xan
olmağın eşidib, yoldan qayıdıb
Şamaxıya gedib, o əhvalatı
Mustafa xana məlum edibdir». Bizcə, bu örnəklər
sözügedən üç əsər arasındakı
varisliyin ardıcıllığını izləməyə
yetərlidir. HACI
SEYİD ƏBDÜLHƏMİD. ŞƏKİ XANLARI VƏ
ONLARIN NƏSİLLƏRİ (DƏR BƏYANİ-ƏHVALAT
VƏ SİLSİLEYİ-XƏVANİNİ-SƏLƏFİ-ŞƏKİ).
«Şəki xanları və onların
nəsilləri» (qısaca: «Şəki xanları») əsərinin
yazıldığı tarix bilinməsə də, artıq
yuxarıda sübut etməyə
çalışdığımız kimi, bizcə, «Hekayət»dən (oktyabr 1866) sonra
yazılıb. Bu fikri irəli sürərkən biz
yuxarıda verdiyimiz örnəklərdən başqa bu
tutarqalara da söykənirik: 1) «Şəki
xanları» məzmunca «Hekayət»i
dabanbasma izləyir; «Hekayət»də
olmayan yerlər (məsələn, Çələbi
xanın Məlik Nəcəflə münasibətləri və
Nadir şahın sarayında başına gələnlər)
bu əsərə də düşməyib. 2) «Hekayət»də
«İsmayıl xandan sonra Nuxuda
xan olmayıb, qəməndatlar olubdur» cümləsindən
sonra əsər üç abzasla yekunlaşırsa H.S.Əbdülhəmid
«Bundan sonra Nuxuda komendant təyin
olundu, xan olmadı» deyəndən sonra Şəki
xanlarının övladlarını geniş
ölçüdə incəliklə sadalayır. 3) H.S.Əbdülhəmid öz əsərinin
hətta adını («Dər bəyani-əhvalat
və silsileyi-xəvanini-sələfi-Şəki») da «Hekayəti-əhvalati-sabiğeyi-xəvanini-Nuxu»ya
bənzətməyə çalışıb. Kərim ağa Fatehin «Tarix»indən xəbərsiz
olan H.S.Əbdülhəmid hadisələrin təsvirini
məhz Mustafa ağa Şuxi «Hekayət»indən
götürərək onları öz istəyinə
uyğun dəyişdirib. Ancaq maraqlıdır ki, «Şəki xanları» daha gec
yazılsa da ondakı bəzi tarixlər yanlışdır
(mətndə verdiyimiz qeydlərə baxılsın);
görünür, müəllif, nədənsə, Mustafa
ağa Şuxi «Hekayət»inə
çox da güvənməyib. MİRABBAS
MİRBAĞIRZADƏ. ŞƏKİ QƏZASINDA
HÖKMRANLIQ TARİXİ HAQQINDA MÜXTƏSƏR MƏLUMAT.
Şəkinin tarixiylə
bağlı qaynaqlar toplusundan ibarət bu kitabı nəşrə
hazırladığımız zaman Mirabbas Mirbağırzadə’nin «Şəki qəzasında hökmranlıq tarixi
haqqında müxtəsər məlumat» adlı
yazısını da bura salarkən əməlli-başlı
«işə düşəcəyimizdən» xəbərsizdik… Mətni nəşrə
tam hazırlayıb müəlliflər haqqında məlumat
üzərində işləyəndə birdən
aydınlaşdı ki, M.Mirbağırzadə haqqında
heç nə bilmirik. Öncə qətiyyən
daralmadıq – düşündük ki, eybi yox, ensiklopediyalardan,
başqa sorğu kitablarından, dost-tanışlardan… onun
haqqında tezliklə məlumat toplayarıq. Ancaq nəinki
ensiklopediyalarda, tərcümeyi-halların verildiyi heç
bir nəşrdə «Mirabbas
Mirbağırzadə» adını tapa bilməyəndə
xeyli təəccübləndik – axı bu cür kamil bir əsəri
ortaya qoymuş şəxs izsiz-soraqsız yoxa çıxa
bilməzdi. Nə yazıqlar ki,
düşündüyümüzün gerçəklik
olduğuna tezliklə inandıq! İnandıq və 75 il
bu insanın adını da yad etməmiş, onun kimliyini
öyrənməmiş, bununla da fikir tariximizə zərbə
vurmuş Azərbaycan araşdırıcısının
«acığına» bu kişini özümüz üzə
çıxarmağa qərar verdik… …Artıq Şəki
tarixi haqqındakı kitabın nəşrini
yarımçıq saxlayaraq Mirabbas Mirbağırzadənin
kimliyini öyrənməkçün ölkənin, demək
olar ki, bütün arxivlərində gərgin işə
başladıq. Öncə Milli Elmlər
Akademiyamızın Mərkəzi Elmi Arxivinə üz tutduq
və nə yazıqlar ki, buradan əliboş
qayıtdıq. Düşündük ki, bu adamı çox
güman ki, 1937-də güllələmiş olarlar, ona
görə Milli Təhlükəsizlik Nazirliyinin arxivinə
də baş vurduq. Oradan bizə Mirbağırzadə
Mirabbas Seyid oğlu’nun şəxsi işini verdilər.
Ancaq İsmayıllının
Basqal kəndi’ndən olan bu şəxs həm 1928-də
Şəki tarixinə dair əsər yazacaq qədər
yaşlı deyildi, həm də savadsızdı
(görünür, Sovet hakimiyyətinə müqavimət
göstərdiyinə görə bir neçə qohumuyla
birgə tutularaq qolçomaq kimi güllələnmişdi).
MTN-də başqa bir Mirabbas Mirbağırzadə haqqında
məlumat tapılmadı. Beləliklə, Şəki
tarixini yazmış M.Mirbağırzadənin repressiya olunmadığı
düşüncəsi üzərində dayanmalı olduq. İlk dəfəydi ki,
axtardığımız şəxsin ömür yolunu
heç yerdən öyrənə bilmirdik. Araşdırmaya
başlayandan aylar keçsə də M.Mirbağırzadənin
haçan və harada doğulduğunu, ata-anasının
kimliyini, harada oxuduğunu, hansı vəzifələrdə
işlədiyini, yaxud hansı peşəylə məşğul
olduğunu… göstərən yarımca cümlə belə
tapa bilmirdik. Günlərin bir
günü M.Rəsulzadə adına BDU-nun professoru olan
dostumuz, tarix elmləri doktoru İsmayıl
Musayev’in yanında ondan söz saldıq.
M.Mirbağırzadənin adını eşidən kimi
hörmətli professor onun İrəvandan olduğunu, 1919-da
Naxçıvana – Araz Türk
Respublikası’na xüsusi missiyayla getdiyini və orada
çox mühüm işlər gördüyünü
bildirdi. Sən demə, hələ bir neçə il öncə
professor İ.Musayev öz kitabında «Mirbağırzadə
missiyası»nın fəaliyyətindən geniş
yazıbmış. Beləliklə, ilk ipucu ələ
keçdi və uğurlu oldu. Tezliklə AR Dövlət
Arxivində (MDTA), AR Siyasi Partiyalar və İctimai Hərəkatlar
Mərkəzi Dövlət Arxivində (SPİHMDA), Əlyazmalar
İnstitutunda, AR Milli Kitabxanasında
apardığımız sonrakı araşdırmalarda
Mirabbas Mirbağırzadənin iqtisadçı,
tarixçi, etnoqraf, coğrafiyaçı, sənətşünas,
ədəbiyyatşünas, dilçi… alim, pedaqoq, ictimai
xadim, yazıçı, jurnalist… kimi qoyub getdiyi olduqca zəngin
irsi üzə çıxardıq. Onun qələminin məhsulu
olan 7 kitabı (bir neçəsinin adı çoxcildlik «Azərbaycan kitabı»na düşməyib) və
200-dən artıq sanballı məqaləni
aşkarladıq, həm Mirabbas Mirbağırzadə şəxsiyyətinin
nəhəngliyinə, həm də bu nəhəngin
ömür yolu haqqında niyə heç yandan heç nəyin
tapılmadığına heyrətləndik. Bu heyrət eyni
zamanda dəhşətli təəccübə çevrildi
– necə ola bilər ki, insan yüzmərtəbə bir
binanın yanında dayansın, ancaq onu qətiyyən
görməsin?!! Azərbaycan
araşdırıcısının bu ensiklopedik zəka yiyəsini
indiyədək görməməsini, duymamasını,
unutmasını başqa heç nəyə bənzətmək
olmaz!.. «Unutqanlıq» demişkən,
M.Mirbağırzadənin
elmi-publisist irsi yalnız ana dilimizdə və əsasən ərəb
qrafikasında olduğundan, təkcə rus dilini və
kirillitsanı bilən çağdaş alimlərimiz onun
yaradıcılığından bütünlüklə xəbərsiz
qalıb. Bu baxımdan akad. Əlisöhbət Sumbatzadənin
«XIX-XX yüzillər Azərbaycan
tarixşünaslığı» kitabı istisnadır – o,
M.Mirbağırzadə əsərlərindən ötəricə
söz açaraq (bir çoxunun yerini düzgün göstərməsə
də) tarix və etnoqrafiyaya dair 8 məqaləsinin
adını çəkib[39]. Bu qeydlərindən
aydınlaşır ki, Sumbatzadə onun tarix kitablarından
yerli-dibli xəbərsiz olub. Ancaq hətta bu məhdud təsəvvürüylə
belə Ə.Sumbatzadə M.Mirbağırzadəni geniş
profilli peşəkar alim sayıb[40]. Beləliklə,
əlinizdə tutuduğunuz bu kitabdan Şəki tarixi
haqqında ən dəyərli qaynaqlardan birinin yazarı Mirabbas Mirbağırzadə’nin tərcümeyi-halı və
fəaliyyəti haqqında Azərbaycan
elm tarixində ilk dəfə məlumat
alırsınız… Mirbağırovlar
qədim
türk şəhəri İrəvanın ən
say-seçmə seyid nəsillərindəndi. Bu seyidlərin
şəhərin mərkəzində, Pənah xanın bulvarı deyilən yerdə
böyük imarətləri vardı. Bu soydan
çıxmış Hacı Mircəfər Hacı
Mirbağır oğlu (o, 1907-də İrəvan şəhər
dumasına qlasnı seçilmişdi; bax: İrəvan xəbərləri.
– “İrşad” qəzeti, 7
iyun 1907, ¹106, s.3) və onun oğlu, görkəmli
iqtisadçı alim Mirhüseyn Mirbağırov
(1896-1970), nəvəsi (Mir)cavad (Mir)bağır oğlu
Mirbağırov (1907-1978), onun qızı, görkəmli
tibb alimi Cülyetta Mirbağırova (1937) və bir
çox başqaları Azərbaycanın elm və maarif
tarixində önəmli iz buraxmış şəxslərdir.
(AKP MK birinci katibi olmuş Kamran
Bağırov’un, ADU-nun keçmiş rektoru Faiq Bağırzadə’nin də
bu köklə bağlılığı deyilir). Qəti
inamımıza görə, Mirabbas
Mirbağırzadə’nin atası Mirhüseyn ağa
yuxarıda adlarını çəkdiyimiz Hacı Mirbağır ağa’nın oğlu, Hacı
Mircəfər ağa’nın qardaşı, Mirhüseyn Mirbağırov’unsa
əmisidir. Mirhüseyn ağanın nəsli haqqında
olduqca az şey bilirik. Təkcə bu bəllidir ki, onun
Mirabbasdan başqa Mirabdulla adlı oğlu da
olub. Naxçıvanın
görkəmli maarif xadimlərindən olan ağsaqqal Lətif Hüsyenzadə bizimlə
2004-dəki telefon söhbətində bildirdi ki, mən
1919-da Naxçıvana gəlmiş Mirabbas Mirbağırzadəni
görəndə onun 35-40 yaşı olardı. Bu hesabla
Mirabbas ağanın 1880-85 arasında doğulduğunu
deyə bilərik. 1906-1907-ci illər mətbuatında da
M.Mirbağırzadənin adı «İrəvanın gənc
ziyalıları» içərisində çəkilir; bu da
həmin tarixin doğruluğuna bir tutarqadır. Aşağıda Mirabbas
Mirbağırzadənin ömür yolu haqqında indiyədək
öyrənə bildiklərimizin bir bölümünü
tarixi ardıcıllıqla ortaya qoyuruq. Kitabçı Mirabbas Mirbağırzadənin
uşaqlıq və ilk gəncliyinin necə keçməsindən,
harada oxumasından heç nə bilmirik (çox güman
ki, İrəvan gimnaziyasını bitirib). Ancaq
yazılarından onun yüksək savad yiyəsi olduğu
öz-özünə üzə çıxır. Alverlə məşğul
olan M.Mirbağırzadə daha çox kitab ticarətinə
üstünlük verib. İrəvanda
açdığı kitab mağazasını «Umud
kütübxanası» adlandırmışdı (o
çağlarda «kütübxana/kitabxana»
kitab mağazası anlamındaydı; kitabxanayasa «qiraətxana» deyilirdi). Bu
mağazada o yalnız kitab və dəftərxana ləvazimatları
yox, özünün nəşr etdirdiyi divar təqvimini də
satırdı. Bu haqda «İrşad»
qəzetində yazır: «Keçən
1907-nci sənə üçün “Molla Nəsrəddin” məcmuəsi
(əslində: «Qeyrət» mətbəəsi – Ə.T.) vasitəsiylə nəşr
olunan divar kalendarı, özümüzə məlum olan
qüsuratımız və özgələrə hər bir
barədə möhtacatımız cəhətindən
çox qüsurlu olmuşdu… […] Lakin bu sənə – 1908-nci
sənə üçün «Qeyrət» mətbəəsində
ürfanpərvərimiz vasitəsiylə nəşr olunan
divar kalendarı qiyas olunmamalıdır. […] İşbu
kalendarlar xüsusunda İrəvan quberniyasının hər
tərəfindən hər qisim xahişiniz olursa İrəvanda
“Umud” kitabxanasına rücu buyurmalıdırlar»[41]. Bu çağda Qafqazda, o sıradan
İrəvan və Bakıda kitab ticarəti, çətinliyi
çox və qazancı az işlərdən
sayılırdı. Məsələ burasındaydı ki,
Qafqazda türkcə kitablar çox az nəşr olunduğuna
görə əksər ədəbiyyat Türkiyədən
gətirilirdi. Türkiyədən Rusiyaya malların
(kitabların da) gətirilməsindəsə ciddi çətinliklər
mövcuddu. Ancaq kitabçılar xalqı
savadlandırmağı özlərinə milli borc
saydıqlarına görə bu işin bütün məhrumiyyətlərinə
dəyanətlə dözürdülər. «İrşad» qəzetinin
26
və 28 fevral 1908 tarixli 24 və 26-cı
saylarındakı «İrəvandan.
İxtar və izahat. İrəvanda “Umud” kitabxanası tərəfindən»
başlıqlı yazısında Mirabbas ağa kitab ticarətinin
nə qədər ağır olduğunu öz başına
gələnlərlə açıqlayıb. Məqalədə
oxuyuruq: «Təqribən beş ay bundan əqdəm
kitabxana üçün gedib
İstanbuldan xirid etdiyimiz[42] kitablar ancaq bu günlər gəlib
kitabxanamıza vüsul ola bildi…». Niyə belə gec?
Bəlli olur ki, İstanbuldan kitablar paraxodla Batuma, oradan dəmiryolla
Tiflisə aparılıb. «“Kitablarımızı
sansor zəbt etdimi? Yaxud dəmiryol məfzəllərində[43] qeyb oldumu?” malxulyası bizi cana gətirdi.
Daha teleqram, məktub göndərməkdən usanıb və
filaxir keyfiyyəti-halı anlamaq və kitabları cəsticu
edib ələ gətirmək üçün Tiflisə
getdik». Tiflisdəsə aydınlaşır ki, buradan
İrəvana – Mirbağırzadəyə göndəriləcək
kitablar… Bakıya – A.Kazımzadə’yə[44],
Bakıya göndəriləsilərsə İrəvana yola
salınıb. Tiflisdə kitablar senzordan keçirilib (təbii
ki, bu zaman alt-üst edilib), İrəvanda və Bakıda
alınan kitablara gömrük haqqı tutulub, onlar bir də
geri qaytarılıb, bir də gömrük haqqı verilib.
Beləliklə, hərənin öz kitabına yiyələnməsi
böyük vaxt, əmək və xərc itkisi hesabına
başa gəlir… Məsələyə ictimai problem kimi
yanaşan M.Mirbağırzadə bütün bu
müşkülün səbəbini belə
açıqlayır: «Biz
müsəlmanların ticarət aləmində bu qədər…
dalı qalmağımızın səbəblərindən
birisi də ətrafda ticarət işinə aşina,
gözüaçıq və zirək, huşmənd
adamlarımızın olmamağıdır». Bu
çatışmazlığı qismən aradan
götürmək – «gözüaçıq və zirək»
adamların sayını artırmaq istəyiylə o,
özünü belə adamlardan birinə çevirməyə,
Türkiyəylə Qafqaz arasında ticarəti genişləndirməyə
çalışır, bu məqsədlə tez-tez xilafətin
paytaxtına gedib-gəlir, orada işgüzar əlaqələr
qurur. «İrşad»ın 10 və
20
mart 1908 tarixli 30 və 36-cı saylarındakı
elanlarda «Umud» kitabxanasına İstanbuldan gələn
kitabların siyahısı, onların satış qiymətləri
və şərtləri verilib. 27 addakı kitabdan yalnız
4-ünün müəllifi türkdür (Əhməd Midhət, Səlanikli Tofiq), qalanlarısa
Qərbi Avropa yazıçılarıdır. Türkcəyə
çevrilmiş bu əsərlərin müəllifləri Jül Vern, Aleksandr Düma, Pol
Dokük, Berdelkor, Jül Klars, Kisavye dö Montanyen, Andre
Turbe, Artur Arnol, Emil Reşburq, Somen Heddin, Hektor Melo, Fortune
dö Buğvaye, Jorj Bradel və başqalarıdır. M.Mirbağırzadənin «Tərəqqi» qəzetinin 15
fevral 1909 tarixli 36-cı sayından başlayaraq dərc
edilən «Tarixi-islamdan parlaq bir
səhifə» (müəllifi İbrahim
Rifət’dir) tərcüməsinin sonunda «“Umud” kütübxanəsi sahibi Mirabbas» imzası
qoyulub. Deməli, bu mağaza M.Mirbağırzadə 1909-da
Bakıya köçənədək işləyib. Mirabbas Mirbağırzadə Bakıya
gələndən sonra da kitab ticarətiylə məşğul
olub. Ticarətini genişləndirən Mirbağırzadə
kitab və başqa nəşrlər gətirməkçün
dəfələrlə İstanbula gedib-gəlməli olub. 1914-ün fevralında o,
Bakıda da yeni kitab mağazası açdı. 20 fevral 1914
tarixli (¹583) «İqbal» qəzetindəki
«Bakıda təzə kitab
mağazası» başlıqlı elanda oxuyuruq: «Nikolayevski küçədə
«Kaspi» qəzetəsi idarəxanasının qabağında Mirabbas Mirbağırov’un idarə
etməsiylə təzə açılan kitab
mağazasında hər cürə məktəb və
mütaliəyə dair Qafqaz kitabları mövcuddur. Və
İstanbuldan ən məşhur (tarix, roman, ədəbiyyat,
hekayə, məzhəkə, fənn, fəlsəfə, hikmət,
hifzi-səhhət, lüğət, qamus qəbilindən)
Osmanlı kitabları dalbadal gəlib satılmaqdadır. Baku, Nikolaevskaə
ul. Knijn. maqaz. Mir Baqirova». Nikolay (indiki İstiqlaliyyət)
küçəsində «Kaspi»
qəzeti redaksiyasıyla (Sabirin indiki heykəlinin yerindəydi)
üzbəüzdə (indi orada Monolit
binasıdır) yerləşən həmin mağazada M.Mirbağırzadə
həm milli şüuru inkişaf etdirən və milli
duyğuları qüvvətləndirən kitabları, həm
də istər Azərbaycanda, istər Rusiyada, istərsə
də Türkiyədə və b. ölkələrdə nəşr
olunmuş qəzet-jurnalları satırdı. «Cənab Yusif və macərayi-məşhuru»
(1914) kitabının titul səhifəsində mağazada
satılan həmin kitabların siyahısı verilib. Çox keçmədən
başqa mətbəələr də öz çap məhsullarını
onun kitab mağazasında satdırmağa başladı. Məsələn,
«İqbal»ın 24 fevral 1914
tarixli 586-cı sayında oxuyuruq: «İsa bəy Aşurbəyli cənablarının
nəşriyyatı. (Sonra
kitabların adları və qiymətləri sadalanır – Ə.T.). Bu kitablar külliyyətli surətdə satılır
Bakıda Nikolayeviski küçədə Mirabbas
Mirbağırovun idarə etməsiylə təzə
açılan kitab mağazasında. İsa bəy cənablarının
nəşriyyatından irani və avropai təzə ilə məxsus
masa (istol) təqvimi dəxi satışa qoyuldu. Qiyməti 25
qəpik. Ətrafdan külliyyətli istəyənlərə
güzəştimiz vardır. Adres: Baku,
Nikolaevskaə u. Knijnıy maqazin MİRBAQİROVA». Başlıca mövzusu
tarixə həsr edilmiş əsərləri yazmaqda, tərcümə
etməkdə M.Mirbağırzadənin, sözsüz ki,
kommersiya maraqları da vardı. Bu maraqsa təkcə onda
deyildi – həmin vaxtlar bir çox aydınlarımız həm
də öz maddi durumlarını
yaxşılaşdırmaqçün geniş oxucu kütləsini
maraqlandıran əsərlər yazaraq nəşr etdirməyə
üstünlük verirdi və onlardan biri, bəlkə də
birincisi görkəmli türkçü şair və
jurnalist Əlabbas Müznib Mütəllibzadə’ydi
(1883-1938). O, M.Mirbağırzadənin tarix kitablarını
özünə yaxın qəzet-jurnallarda
amansızcasına tənqid edirdi. Əqidəcə
qatı türk millətçisi olan Mirabbas ağa yeni kitab
mağazasında dəftərxana ləvazimatı
çıxılmaqla, öz kitabları daxil, yalnız
türk milli qürurunu coşduran, Azərbaycan – Türkiyə
münasibətlərini daha da qardaşlaşdıran,
Türkiyəyə sevgi aşılayan ədəbiyyat
satırdı. «Sədayi-həqq»
qəzetinin 25 may 1914 tarixli 119-uncu sayındakı reklam
elanı (təkrarı: ¹¹ 121, 125, 130, 131, 146, 173 və b.)
bunun ən gözəl sübutudur: «İstanbul qəzetələri və
jurnalları. Satılır Bakıda Nikolayeviski
küçədə “Kaspi” qəzetxanasının
qabağında Mirabbas Mirbağırov’un idarə
etdiyi təzə kitab mağazasında. Tək-tək
satılan qiymətlər: «Tənin» qəzetəsi-
7 q. «Təsfiri-əfkar»
qəzetəsi - 7 q. «İqdam» qəzetəsi - 7 q. «Pəyam» qəzetəsi
- 7 q. «Şəhbal»
jurnalı - 60 q. «Türk yurdu»
j. - 20 q. «İslam» məcmuəsi
- 20 q. «Türk
sözü» q. - 7 q. «Osmanlı Rəssamlar
Cəmiyyəti qəzetəsi»
- 40 q. «Osmanlı ziraət
və ticarət qəzetəsi»
- 15 q. «Sərvəti-fünun»
jurnalı - 30 q. «Sabah» qəzetəsi
- 7 q. «Rəsmli kitab»
jurnalı - 60 q. «Türk sədası»
(Bolqarıstanda çıxır) - 5 q. «Hürriyyəti-fikriyyə»
jurnalı - 15 q. «Türk eli» - 5
q. Bu
qəzetələr və jurnallar kitabxanamızda həm tək-tək
satılır, həm də bir illik, altı aylıq abunə
qəbul edilir. […] Baku,
Nikolaevsk. ulü. Knijn. maqaz. Mir Baqirova». «Sədayi-həqq»in 15 iyun 1914 tarixli 137-ci sayındasa
aşağıdakı məzmunda elanda (təkrarı: ¹¹145,
154 və b.) oxuyuruq: «Bakıda
Nikolayeviski küçədə “Kaspi” qəzetxanasının
qabağında Mirabbas
Mirbağırov’un idarə etdiyi kitab mağazasında
satılır hər cürə İstanbul şəkilləri: Sultan Məhəmməd
Rəşad, böyük qitədə[45],
rəngli - Ənvər
paşa, böyük qitədə, rəngli (paşalıq
paltarında) – Vəliəhd
Yusif İzzəddin, böyük qitədə, rəngli - İranın
cavan şahı Əhməd şah, böyük qitədə,
rəngli - Osmanlı
padşahlarının hamısı bir yerdə, rəngli,
böyük qitədə - Dörd komandan
bir yerdə - 60 q. Ədirnəyə
Osmanlı qoşunlarının girməsi – 50 q. Hürriyyət
meydanında keçid rəsmi[46] - 40 q. Ayasofya məscidində
islamlıq rəsmi - 40 q. Dənizdə
Osmanlı-yunan davası - 40 q. Səlanikdə
Osmanlı sultanı - 40 q. Ayasofya məscidində
islamlıq rəsmi - 40 q. Ədirnə
civarında Osmanlı manevrası - 40 q. Osmanlı-bolğar
davası - 40 q. Osmanlı-Qaradağ
davası - 30 q. Osmanlı-İtaliya
davası - 30 q. […] Adres budur:
Baku, Nikolaevsk. ul. Knijn. maqaz. Mir Baqirova». İki il sonrasa «Açıq söz» qəzetinin
1916
tarixli saylarında tez-tez təkrarlanan
aşağıdakı elandan qardaşlarıyla birgə
işlətdiyi (onlardan hələlik yalnız Mirabdulla’nın adı bəllidir) bu kitab mağazasında
hansı kitabların satıldığını dəqiqləşdirə
bilirik: «Bakıda Nikolayevski
küçədə «Açıq söz» idarəsi
qabağında Mirabbas
Mirbağırov və qardaşlarının kitab
mağazasında satılmaqda olan təzə kitablar. Adları
cild manat qəpik Fransızcadan
türkcəyə qamus 1-6 10
Türkcədən
fransızcaya qamus 1-6 10 Fransa ixtilali-kəbir
tarixi 1-2 4 Elmi-hesab
(Salyani)
60 «Füyuzat» [dəsti]
(Ə.B.Hüseynzadə) 15 Məşahiri-islam 1-4 5 Luğati-coğrafiyyə
və tarixiyyə 1-6 15 Tarixi-Cövdət 1-12 30 Səyahətnameyi-Övliya
Çələbi 1-6 20 Hifzi-səhhət 1 50 Şeytanın
yadigarları 1 8 Qamusi-Osmani 1-4 8 Müxtəsər
tarixi-ümumi 1 1 50 Dava[47]
xəritəsi (müsəlmanca) 1 50 Cənab Yusif və Züleyxa
1 50 Misir əhvali-coğrafiyyə və
tarixiyyəsi 40 Vətən və millət nəğmələri
1 35 Süzənək kitabı[48] 1-2 12 Müxtəsər
Qafqaz tarixi 1 30 Arvad
ağısı 1 10 Ana [H.Cavid] 1 20 Keçmiş
günlər [H.Cavid] 1 12 Hophopnamə 1 1 50 Təfsiri-Qur’an 1-2 5 50 Tarixi-ənbiya 1 1 20 Rusca öyrənmək 1 60 Rusca-firəngcə-türkcə
öyrənmək 1 50 Coğrafiyayi-ümumi 1 1 35 […] Adres: Baku,
Nikolaevsk. ul. Kn. maq. Mirbaqirova». («Açıq söz» qəzeti,
¹82, 11.I.1916, s.1; təkrarı: ¹¹83, 84, 87, 88, 93…). Görünür,
Mirabbas ağanın Osmanlıları, Qacarları təbliğ
etməsi, ümumtürk millətçiliyini dəstəkləməsi
bir çoxlarına, o sıradan «Molla
Nəsrəddin» məcmuəsinə də xoş gəlməyib.
Bu jurnalın M.Mirbağırzadəyə
sataşmasını başqa cür yozmaq mümkün deyil. Mirabbas ağa «Sədayi-həqq» qəzetinin
23 iyun 1914 tarixli 144-üncü sayındakı «“Molla
Nəsrəddin” məcmuəsinə»
başlıqlı yazısında deyir: «Bununla
iki dəfədir məcmuəniz vasitəsilə bizə
şəxsi hücumlar ediyorsunuz. Aləmi-ədəbdə
bu kibi hallar bulunmaz… […] Keçənlərdə
birinci şəxsi hücumunuzda yazdığınız bir
neçə sözlərdən başqa, acizlərinin «Bakıda oturub tarix
kitablarını qabağına qoyub yövmi[49]
qəzetələrə məqalə yazmaqda olduğumu»
sevgili məcmuənizə keçirtmişdiniz. O zaman mən
bunun cavabını yazıb xüsusi məktub vasitəsilə
sizin ünvanınıza göndərmişdim, kopyası
yanımda durur. Fəqət o vaxtdan bəri bu halınız
hər yadıma düşdükcə heyrətimi
artırmaqda idi. Düşünürdüm:
yazılarını oqumaqda olduğumuz ən böyük və
həqiqi yazıçılar belə yazılarını
özlərindən daha böyük alimlərin, fazillərin
yazılarıyla qüvvətləndirməmiş bir
yazı yazamıyorlar – qorquyorlar. Əcəba, - dedim, - mənim
bu üsula tabe olmağım başqalarını nə
üçün sızıldadır, ürəklərini
göynədir? Yazıçılıq aləmində bundan
məqbul, bundan gözəl və camaata ən doğru
sözü göstərici başqa bir üsul daha
varmı?.. Heyrət
ediyor və «əcəba, - diyordum, - bu xüsusi nüktələri,
dutalım ki, məcmuəyə məktub yazıb göndərən
hərif anlamadı, əcəba, «Molla Nəsrəddin» məcmueyi-möhtərəməsinin
indiki idareyi-ərkanıdamı bunları dərk edəmədi?.. İkinci
olan budəfəki hücumunuzda genə şəxsimizi qəzetənizə
nişan edib diyorsunuz: filan[kəs], «kitabların qiymətlərini artırıb satır».
Filvaqe, heyrət ediləcək söz!.. A
canım, siz mənim ticarətimin «revizor»umusunuz? Siz
mənim zərərlərimi ödəyəcək bir səxavətkarmısınız? Siz
mənim tsenzor idarəsində qalan kitablarımı
çıqarıb göndərə biləcək bir məharət
sahibimisiniz? Satılmayıb
qalanları genə bizə pul edib verə biləcək dərəcədə
iqtidar və mərifətə malikmisiniz? Rica
ediyorum, əgər bu saydığımız hallar sizdə
mövcud isə lütfən «taksa»nızı yazıb bizə
göndərin, yoq isə bilməm ki, nə haqq ilə başqalarının hətta
alış-veriş işinə belə qarışmağa
özünüzü haqlı görürsünüz?
Cürət ediyorsunuz? İmdiyədək
İrandan iranlılar gətirdikləri «Sələbiyyə»[50],
«Gürbə-muş»[51]
kitablarına (qiymətləri beş qəpik, səkkiz qəpik
olduğu halda) və imdi genə bəzi kitablara öyləcə
artıq qimətlər verib almağa öyrəşmiş
hörmətli camaatımız qoy imdi də bizim acizanə
vasitəmizlə Balkan hərbinə dair kitablara, «Qamusül-əlam»lara, «Qamusi-türki»lərə[52],
lüğəti-Nacilərə[53],
«Tarixi-islam»lara, «Rübabi-şikəstə»lərə
və qeyri bu kibi əsərlərə bir az artıq –
öz alicənablıqları, maarifpərvərlikləri
sayəsində pul vermiş olsunlar. Zənn ediyorum ki, bunun
sizə heç bir toqunacaq yeri yoqdur və olamaz. Baqi
təqdimi-ehtiram. Kitabçı
Mirabbas Mirbağırov. Bakı». Mirbağır ağa bu
mağazada da Azərbaycan dövri mətbuatının
satışıyla məşğuldu. Məsələn, «Tuti» məcmuəsində belə
bir elan dəfələrlə oxucuların diqqətinə
çatdırılır: «“Tuti”
məcmuəsini almaq olar: Bakıda - Mirbağırov və Ələkbərovların
kitabfüruş mağazalarından…» («Tuti», 27.XII.1914, ¹1, s.8 və b. saylar.)””” Kitabçı-qəzetçi Mirabbas Mirbağırzadədə
yazıb-yaratmaq həvəsi çox güclüydü.
Ürəyindəki milli çırpıntıları,
beynindəki mütərəqqi düşüncələri
yurddaşlarına çatdırmağa yer axtarırdı,
buna görə də «Həyat»ın
– bütün Qafqazda XX yüzilin ilk türkcə qəzetinin
açılması onu çox sevindirdi. İlk mətbu
yazısı da «Mirabbas Mirbağırzadə» imzasıyla
elə «Həyat» qəzetinə
göndərdiyi, qəzetin 19 iyun 1905 tarixli 11-inci
sayında dərc edilmiş «İdarəyə
kağız. 21 rəbiül-axir 1323 hicri.[54]
Təbrik»dir. «Təbrik»də oxuyuruq: «…İslam camaatı, xüsusən
İrəvan müsəlmanları xarici millətlərin əlində
mövcud olan qəzetələrin müsəlmanlar
haqqında olan iftira və böhtanlarının altında
az qalmışdı ki, isim və namusları əzilib bərbad
ola. Lakin belə vaxtda tovfiqi-rəbbani ilə[55]
“Həyat” qəzetəsi nəşrə başlayıb
öz müsəlman qardaşlarına kömək edib və
bunlar xüsusunda olan iftira və böhtanları həqqaniyyət
ilə rədd və təkzib etdi. Yaşasın “Həyat” qəzetəsi!
Yaşasın “Həyat” müəssisləri olan ərbabi-həmiyyət
Bakı müsəlmanları!». «Həyat»dan sonra «İrşad»la və nəşrə
başlayan başqa qəzet və jurnallarla yaxından əməkdaşlıq
edən M.Mirbağırzadənin 1905-1929-uncu illər
arasında elmi yazılarından başqa 200-ə yaxın
publisist məqaləsi, xəbəri, bədii tərcüməsi…
işıq üzü görüb. Bu yazılar «Mirabbas
Mirbağırzadə», «M.A.Mirbağırzadə»,
«M.A.Mir-Bağırzadə», «Mirbağırzadə», «Hacı
Miriş Mirbağırzadə», «Mirabbas Mirbağırov»,
«Hacı Abbas Hacı Bağırov», «Ağdamdan Cəbrayıla
gələn», «Millət nökəri Mirabbas
Mirbağırov», «M.A.Mirbağırov»,
«M.A.Mir-Bağırov», «Mirabbas», «“Umud” kitabxanası sahibi
Mirabbas», «Kitabçı Mirabbas Mirbağırov», «Mirabbas
Mirbağırlı», «Mir Abbas Mir Bağırlı»,
«M.A.Mir-Bağırlı», «M.A.Mir Bağırlı»,
«Mir-Bağırlı», «Mir Bağırlı», «M.Nadi»,
«M…Nadi», «Nadi», «Nida»[56],
«M.», «Müslim», «Rahil», «Qaib», «Elçi», «M.B.», «M.A.» imzalarıyla
dərc edilib. İlk çağlar «Həyat» və
«İrşad» qəzetiylə sıx əlaqələr
quran M.Mirbağırzadə sonralar «Təzə Həyat», «Tərəqqi»,
«Yeni İrşad», «İqbal», «Sədayi-həqq»… qəzetləriylə
də yaxından əməkdaşlığa başladı.
«Həyat»dakı
«Təbrik»dən sonra Mirabbas ağanın bu qəzetin 2
və 18 oktyabr 1905[57]
və 8 fevral 1906 tarixli saylarında da yazıları dərc
edildi. 5 fevral 1906-dan «Mirabbas
Mirbağırov» imzasıyla «İrşad» qəzetində çıxış
edən[58]
müəllif o ilin martında «Mirbağırzadə/Hacı
Miriş Mirbağırzadə» imzasıyla həmin qəzetdə «Ağdamdan»
başlıqlı xəbərlər verməyə
başladı – görünür, ticarətiylə
bağlı Ağdama tez-tez gedib-gəlirmiş. (14 fevral
1907-dən o, «İrşad»da
artıq xüsusi müxbir kimi çıxış edir). «İrşad»ın 7 aprel 1906 tarixli 84-üncü
sayından Azərbaycan mətbuatında yeni bir daimi imza
göründü – M.Nadi (sonralar sadəcə:
«Nadi»).
M.Mirbağırzadə bu imzayla bir çox qəzetlərdə
«İrəvan xəbərləri»
və «İrəvandan»
başlıqlı saysız-hesabsız xəbərlər dərc
etdirib. Çəkinmədən deyə bilərik ki, İrəvanın
oçağkı tarixini öyrənməkçün bu
yazılardan daha əhəmiyyətli ikinci bir qaynaq tapmaq
çətindir. Bakıdakı bir
sıra mətbuat orqanlarının İrəvanda vəkili
olan Mirabbas Mirbağırzadə həm onlara bu şəhərdə
abunə yazdırır, həm də onları öz kitab
mağazasında satırdı. Məsələn, Azərbaycanın
mətbuat tarixində ən şərəfli yerlərdən
birini tutan Əli bəy Hüseynzadə’nin (1864-1940) «Füyuzat» məcmuəsinin
(1906-1907) mart 1907 tarixli 11, 13 və b. saylarındakı
elandan öyrənirik ki, M.Mirbağırzadə həm
«Füyuzat»ın, həm də «Kaspi» qəzetinin (1881-1919) İrəvanda vəkilidir. (Yeri gəlmişkən,
onların Şamaxı vəkili də Məşədi Ələkbər
Sabir Tahirzadə’ydi). «Təkamül»
(1906-1907) qəzetindən danışan X.Rəfiyev yazır:
«Qəzetin işində S.M.Əfəndiyev,
M.Əzizbəyov, Z.Zeynalov, M.A.Əliyev, Mirabbas Mirbağırov, Məmməd, Əlibala… və
başqaları iştirak edirdilər. Qəzetin
redaksiyasında o dövrdə partiya sıralarında olan
cığırdaşlardan – sonralar qatı millətçi-müsavatçı
olan Mə[hə]mmədəmin
Rəsulzadə və onun qardaşı Mə[hə]mmədəli
də vardı»[59]. Müəllif bir
çox həqiqətləri kommunist prinsiplərinə
uyğun biçimdə saxtalaşdırsa da (qəzetin
başlıca redaktorlarından olan Məhəmmədəmin
Rəsulzadənin fəaliyyətinin əslində
danılmasını və b. nəzərdə tuturuq) bu
doğru bilgini də verir: «Qəzetin
Yerevanda (İrəvanda – Ə.T.)… yayılmasında Mirabbas Mirbağırov… xüsusi
rol oynayırdı…»[60]. «Umud»
kitab mağazasının yiyəsi M.Mirbağırzadə
ticarətindən qalmamaqla mətbuatda da ən müxtəlif
mövzularda maraqlı yazılarla çıxış
edirdi. «İrşad» qəzetinin
7
və 9 fevral 1908 tarixli 16 və 17-ci saylarındakı
«İrəvandan. “Vətən”
teatrosu» məqaləsində Namiq
Kamal’ın (1840-1888) «Vətən,
yaxud Silistrə» (1873) faciəsini könüllü gənclərin
19 yanvarda İrəvan şəhər klubunda səhnəyə
qoymasından danışır. İrəvandakı «Məktəbi-islamiyyə»
naziri (müdiri) Haşım bəy Nərimanbəyli
məşqləri aparmaqçün öz evini verib,
«istudent» Mirhidayət Ordubadi tamaşanın
hazırlanmasında çox iş görüb, bilet satmaq və
paltar hazırlamaq işinin ağırlığısa Haşım bəy, Mirabbas Mirbağırzadə,
gənc aydın Abbasəli Hacıkərimzadə
və bəzzaz Rəhim bəy’in üzərinə
düşüb. («…O teatro
pulundan boğazımıza bir təam da yemədik.
Biçarə rol götürənlərimiz elə
ac-acına rollarını ifa etdilər»). Rollarısa
bunlar oynayıb: «İslam bəy
rolunu uçitel Mirzə
Mustafa Rəcəbov, Zəkiyə xanım rolunu Mircəfər Seyidzadə, Hənifə
– Mirhüseynzadə[61],
Sidqi bəy – Mehdi Qurbanzadə,
Rüstəm bəy – Həsən
bəy Qazıyev, Abdullah çavuş – Məhəmmədağa Şeyxülislamov, qaimməqam
– Mirhüseynzadə,
birinci zabit – Hacı Səfərzadə,
ikinci zabit – uçitel İbrahim
Qədimov, üçüncü zabit – Aslan Məhəmmədbəyzadə, birinci
könüllü – Əli bəy
Rüstəmbəyzadə, 2-nci könüllü – Əsgər Hacıheydərzadə,
3-ncü könüllü – Həsən
Salmanzadə». Yazıdan öyrənirik ki, son iki ildə
könüllü gənclər İrəvanda dörd dəfə
teatr tamaşası veriblər. Son tamaşanın pulu
yarımçıq qalmış məktəbə sərf
edilib. Bu məlumatdan bir qədər sonra – 10
mart 1908-də «İrşad»
qəzetində görkəmli maarif xadimi Haşım bəy Nərimanbəyli’nin «İrəvandan. İzahat»
başlıqlı yazısı dərc edilib. «Vətən» faciəsinin həmin
tamaşasından yazan müəllif deyir: «…Əlavə olaraq bunu da izhar ediyorum ki, məsarifat və
surəti-hesab Mirabbas
Mirbağırov’da olduğuna görə hesab
görülən axşamı bəndə və faciəmizin
ümdə artisti bulunan Mirzə
Mustafa [Rəcəbov] cənabları
kəmali-diqqət ilə məsarifat hesabını
müşarileyh Mirbağırovdan aldıq. Fövqdə[62] adları zikr olunan alihimmət
ağalara, könüllü cavanlara, bu xüsusda hər
növ ilə bizə kömək edən cənablara və ələlxüsus
Mirbağırov cənablarına onun həddən ziyadə
çəkdiyi zəhmətlər əvəzinə həm
öz tərəfimdən və həm də bu halda və gələcəkdə
məktəbdə oxuyan məsum balalar tərəfindən səmimi
təşəkkürümüzü izhar etməklə sənabi-Həqdən
o cənabların ali himmətlərinin və milli qeyrətlərinin
daha da ucalmasını istirham edirəm». Bəli, gənc Mirabbas
Mirbağırzadə bir maarifpərvər kitabçı
kimi İrəvanın ictimai işlərində çox
yaxından iştirak edib, həm özünün də
qatıldığı tədbirlərdən, həm də qədim
türk şəhəri İrəvanın mədəni həyatından
mətbuata xüsusi müxbir kimi müntəzəm şəkildə
xəbərlər göndərib. Onun «İrşad»ın
6
mart 1908 tarixli 27-ci sayındakı «İrəvandan. İaneyi-maarifpərvəranə»
başlıqlı yazısında oxuyuruq ki, «şəhərimizin seyid və nəcib bir sülaləsindən
olub da iki ildən bəri
gedib Şvetsariyada Lozan şəhərinin
Tibb Darülfünununda[63] təhsili-elmə məşğul
olan irəvanlı istudent
Miryusif Mirbağırov[64] cənabları» İrəvanın
tanınmış ziyalılarından mühəndis Xəlil
bəy Qasımbəyov’a məktub göndərərək
təhsilini davam etdirməkçün hər ayda ona 15
manatlıq maddi yardım göstərməyi İrəvan
camaatından xahiş edib. Xəlil bəysə Mirabbas
Mirbağırzadəni yanına çağıraraq
(görünür, Miryusifin qohumu olduğuna görə) ona
və qardaşı İbrahim bəy Qasımbəyov
cənablarına bu tələbədən ötrü ianə
toplamağı tapşırıb. Tez bir zamanda camaatdan 140
manat yığılıb. İanə verən Abbasqulu xan İrəvanski (20
manat), Ağa xan İrəvanski ( Daha sonra müəllif toplanmış
pulun hesabını qəpiyinəcən verib. (Ümumiyyətlə,
o dönəmdə müxtəlif tədbirlərdə
yığılan pulların hesabını mətbuatda
hamıya açıqlamaq ənənəsi geniş
yayılmışdı; bu, artıq söz-söhbətin
yayılmasının qarşısını alırdı). İrəvanda yüksək savadlı
türk gənclərinin çoxalmasını ürəkdən
istəyən Mirabbas Mirbağırzadə başqa tələbələrə
də yardım edilməsinə
çalışırdı. «M.A.»
imzasıyla yazır ki («İrşad»,
10.6.1908, ¹84), «əvvəlcə
İrəvan seminariyasını qurtarmış və
neçə ildən bəri İrəvan seminariyasında və
russki-tatarski uşqolada böyük bir məharətlə
müəllimlikdə bulunmuş, axır vaxtlarda isə təkmili-elmə
olan ciddi şövq və həvəsi sayəsində həmi
müəllimlik edib, həmi hazırlaşıb, İrəvan
gimnaziyasının səkkizinci klasına tərifli və təhsinə
layiq imtahan verdikdən sonra gedib şimdi Adessa
Darülfünununun “yuridiçeski fakültet”ində təhsili-elmə
məşğul olan istudent Həmid
bəy Şahtaxtinski cənablarının Adessada məişət
cəhətindən sıqıntı çəkməkdə
olduğun eşitdiyimə görə» onun
üçün də ianə topladım və bu haqda ona məktub
göndərdim. Cavabında Həmid bəy təşəkkür
edərək yazdı ki, mənim ehtiyacım çox
böyük deyil; yığılmış pulu ya başqa tələbəyə
göndərin, ya da başqa bir xeyir işə sərf edin.
Bundan sonra, yığılmış 46 manat 55 qəpik pulun
ianə verənlərin razılığıyla
İsveçrədə («Şvetsariyada») oxuyan Miryusif
Mirbağırov’a göndərilməsi qərara
alındı… «İrşad»ın
İrəvandakı xüsusi müxbiri bu şəhərin
türk (müsəlman) əhalisinin problemlərini də
vaxtında mətbuata çatdırır, ictimai rəyi
vacib məsələlərə yönəldirdi. Qəzetin 29
mart 1908 tarixli 41-inci sayındakı böyük
yazısında M.Mirbağırzadə (M.Nadi) həyəcan təbili çalıb: «Otuz
sənəyə yavuq bir müddətdən bəri şəhərin[65] kənarı[nda] “Toxmaxan” deyilən yerdə min növ zəhmətlərlə
abadanlıq və yurt salıb da şimdiyə qədər
şəhərə artıq bir mədaxil verməkdə
olan kənd əkinçi camaatı – həştad iki evdən ibarət bu Toxmaxan kəndlilərini
martın 6-sında şəhər upravasının[66]
təhrikiylə və
hökumət əmriylə zor ilə yurtlarını
uçurub biçarə kəndliləri yersiz-avara
buraqdılar». Göründüyü kimi, Mirabbas
ağa heç nəyi ört-basdır etmədən
barmağını birbaşa hadisənin səbəbkarına
– hökumətə tuşlayıb və onun siyasətinə
etiraz edib. Məhz bu yazıdan sonra «Toxmaxan faciəsi»ndən
xəbər tutan başqa mətbuat orqanları da onun
haqqında geniş materiallar verməyə
başladı. Bir
neçə gün sonra – 1 apreldə «İrşad»dakı (¹43) «İrəvandan. Cəmiyyəti-xeyriyyə təsisi və
lüzumu» yazısında açıq imzayla («Mirabbas Mirbağırov»)
başqa bir ciddi problemə – İrəvanda müsəlman
xeyriyyə cəmiyyəti yaratmağın vacibliyinə
toxunub. Tez-tez Rusiyanın və Türkiyənin (başqa
ölkələr haqqında məlumatımız yoxdur) ən
müxtəlif şəhərlərinə gedən,
dünyanın böyük mədəniyyət mərkəzlərində
bulunan, ümumən müsəlmanların, o sıradan Qafqaz
türklərinin dünya inkişafından necə və nə
qədər geri qaldığını öz gözləriylə
görərək bunun səbəblərini də
özüyçün aydınlaşdırmış
Mirabbas ağa yazır: «Biz
müsəlmanların arasında bu kibi ehsanat cəmiyyətinin
lüzumunu Qur’ani-şərifimiz “təavanu bi-l-bərri”[67]
əmri-rəbbanisiylə[68]
təbliğ buyurduğu halda, biləks, Qur’ani-şərifin
mötəqidi[69]
biz müsəlmanlar bu əmri, bu kibi asari-xeyriyyəni əncama
və vücuda gətirməyib durur ikən dünyanın
bütün xaçpərəstləri, bütpərəstləri,
yəhudiləri bu əmri-rəbbanidən məxəz
götürüb hər tərəfdə millətləri
arasında “cəmiyyəti-xeyriyyə”lər təsis edib –
daha bizim kimi hər fəqirə bir qəpik-iki qəpik,
yaxud artıq verməklə füqəramızı
azaltmaqdan isə, biləks, bu kibi verməyimizlə
gün-gündən füqəramızın ədədləri[ni][70]
artırıb millətimizin abrusuna xələl yetirdiyimiz
kibi yoq. Onlar isə hər kəsin xırda-xırda verməkdə
olduğu ianə və ehsanatı bir yerdə, yəni bu kibi
“cəmiyyəti-xeyriyyə”lərə toplayıb bir sərmayə
etməklə millətlərini gözəl bir səadətə
və möhtaclarını dəxi rifahiyyətə yetirməkdədirlər».
Daha sonra müəllif hələ
başqa yerləri yox, Qafqazın özünü örnək
gətirərək Bakı, Gəncə,
Tiflis, Dağıstan və başqa yerlərdə
artıq xeyriyyə cəmiyyətlərinin
yaradıldığını xəbər verərək
deyir: «…Bizim İrəvanımız və İrəvan
quberniyamız bu möhtaclığa hər tərəfdən
artıq möhtac olduğundan və İrəvan müsəlmanlarımız
da daima hər kəs öz bildiyi qədər il
başına kibi nə qədər əfvahi[71],
heç bir şeyə mənfəəti olmayan ehsanatı
verməkdə olduqlarından, bu kibi cəmiyyətin
vücudi-təsisi daha münasib bizim İrəvana lazımdır; onu da ki, həmd
olsun, şəhərimizin nücəba və əyanından
hörmətli Abbasqulu xan
[İrəvanski] və Əkbər
ağa Qasımov cənabları bu halları nəzərə
alıb şəhərimizdə bu kibi cəmiyyəti-xeyriyyənin
təsisi məqsədindədirlər». Xüsusi müxbir sonda bildirir ki,
yaranması nəzərdə tutulan xeyriyyə cəmiyyətinin
bütün işçiləri (başçı, katib və
xəzinədar) camaatın seçdiyi şəxslər
olacaq. Böyük türk mütəfəkkiri
İsmayıl
bəy Qaspıralı’nın (1851-1914)
yaratdığı «Tərcüman»
qəzetinin 2 may 1908-dəki
25 illik yubileyi Azərbaycanın da hər yerində
böyük bayram kimi qeyd olundu, məscidlərdə, cəmiyyətlərdə
yığıncaqlar keçirildi, Bağçasaraya –
İsmayıl bəyin adına onlarca təbrik teleqramı
göndərildi[72].
M.Nadi’nin «İrşad»ın 13 may 1908 tarixli 67-inci
sayındakı «İrəvandan.
İrəvanda İsmayıl bəyin “Tərcüman” yubileyini
təbrik!!» yazısından öyrənirik ki, bu şəhərimizdə
də qəzetin 25 illiyi bayrama çevrilib. Mayın 1-ində
«İrəvan cavanları» Bağçasaraya
İ.B.Qaspıralının ünvanına bu məzmunda
teleqram yollayıblar: «Ədibi-şəhirimiz![73] Camaatımız
haqqında ənvayi-məşəqqətlərə
qatlanıb ibraz buyurduğunuz təşəbbüsati-fövqəladələrə
qarşı səmimiyyəti-qəlblə minnətdar olub ərzi-şükran
edəriz. Mayın 2-sində olacaq yubileyinizə iştirakən
biz də İrəvanda övraqi-“Tərcüman”ı[74]
əldə dutaraq zati-ədibanənizə dualar edəriz. Xədəmat
və təşəbbüsatınızın iyirmi beş
illik bu gününü kəndimiz üçün
böyük bir eydi-səid[75]
edərək Sizi və “Tərcüman”ınızı
sürəkli alqışlar ilə alqışlıyoruz, təbrik
ediyoruz! Mirabbas Mirbağırov, Abbasqulu Sadıqov, İsfəndiyar bəy
Sultanov, Abbasəli Kərimov, Məhəmməd Axundov, Abbas
Ramazanov, Yusif bəy Qazıyev, Əsəd Əliyev, Əli
Şağanov, Qaraxanov, Abbas Fərəcov, Heydərqulu bəy
Əlibəyov, Haşım bəy Nərimanbəyov,
İsmayıl bəy Şəfibəyov, Mirzə Məhəmmədəli
Qəmərlinski, Mirzə Şükür Aruşanov,
Paşa Bayramov». Teleqramda Mirabbas ağanın
adının birinci gəlməsini onun nüfuzunun göstəricisi
sayırıq. Bu fikri İrəvanın cümə məscidində
şəhər əyan-əşrafının
iştirakıyla 2 mayda keçirilən yubiley
yığıncağındakı
çıxışı da təsdiqləyir. Şəhərin
vaizi Mirzə Hüseyn Axundzadə’dən
sonra ilk söz Mirabbas
Mirbağırzadə’yə verilib və o, türk millətini
ittifaq və məhəbbətə çağırıb,
birliyin önəmindən danışıb. (Ondan sonra M.M.Qəmərlinski söz
alıb).
M.Mirbağırzadə «Tərəqqi»
qəzetinin 15 fevral 1909 tarixli 36-cı sayından
başlayaraq «Tarixi-islamdan parlaq
bir səhifə» (müəllifi İbrahim Rifət’dir) əsərinin tərcüməsini
nəşr etdirməyə başlayıb. 1909-da
Bakıya gələn M.Mirbağırzadə burada da
kitab ticarətiylə məşğul olub. O, ticarətini
genişləndirməkçün dəfələrlə
İstanbula gedib-gəlməli olur. Bu vaxt – 1912-də
artıq Balkan savaşı qızışmışdı və
xristian Avropası Osmanlı imperatorluğunu
parçalamaqçün əlindən gələni edirdi.
Beynəlxalq durumu öz gözləriylə görən
Mirabbas ağa «İqbal» qəzetinin
20 dekabr 1912 tarixli 241-inci sayındakı «Tarixi fəqərələr.
Bulğarların mazisi» adlı
yazısına belə bir maraqlı giriş verib: «İstanbuldan gəlirkən
Bakıya vürudumuza qədər Batumda, Tiflisdə və
şimdi də Bakıda təsadüf etdiyimiz bir çoq
dost və aşnalarımız Osmanlı aləminə və
müharibə əhvalına dair bizdən bəzi suallar
soruyordular. Məsələn, bəziləri: «Bolğarlar
kim? Serblər kim idi? Yunan məlum. Qaradağlılar nə
idi? Osmanlılar davanın[76] əvvəlindən bəri
neçün basıldılar? İmdi Osmanlıların
qüvvəti nasıldır? Sülhün, yainki müharibəyə
davam etməyin hankisi Osmanlılara xeyir ola bilir? O
böyüklükdə Osmanlı imperatorluğu nə səbəbdən
bu ad-sansız, ufaq hökumətlərə məğlub
olsun?..», daha bu kibi bir taqım mütəəddid[77]
suallar ki, bunların həpsinin sorulması və
anlaşılması lazım isə də, əlbəttə,
bir məqalə sətirləriylə bunlara bir cavabi-kafi vermək
müşküldür. Bunun üçün uzun-uzadı tətəbböat
və tədqiqatda səhifələr dolusu mütaliədə
bulunmaq icab edəcəkdir. Fəqət biz burada müxtəsərən,
məlumatımızın vüsəti dərəcəsində
və İstanbulda bulunduğumuz zamanlardakı
şahidatımızın müavinətiylə fövqəzzikr
sualların cavabını, bilməyən vətəndaşlarımıza
ərz etmək istəyirik. Və ilk dəfə olaraq
Osmanlı hökumətinin imdiki vuruşmada olduğu
dövlətlərin nə kibi qövmlər, nə kibi
hökumətlər olduğunu və nə kibi tarixə
malik bulunduğunu müxtəsərcə ərzə
çalışacağız. Və mümkün olursa
başqa məbhəslərə[78]
keçəcəyiz». Beləliklə, çox
keçmədən M.Mirbağırzadənin «İqbal» və «Sədayi-həqq» qəzetlərində
«M.B.»
və «M.A.» imzalarıyla
«Tarixi fəqərələr.
I. Bulğarların mazisi» («İqbal»,
20 dekabr 1912, ¹241), «Osmanlı – Balkan müharibəsi»
(«Sədayi-həqq», 21 dekabr
1912, ¹230), «Avstriya və müharibeyi-hazirə» («Sədayi-həqq», 23 dekabr
1912, ¹231), «Tarixi fəqərələr. II. Serblər və
mazisi» («İqbal», 23
dekabr 1912, ¹243), «Tarixi fəqərələr.
III. Qaradağlılar və əhvali-hazirələri. Trakya»
(«İqbal» qəzeti, 26
dekabr 1912, ¹246), «Albaniya (Arnaudluq) qitəsi» («Sədayi-həqq»
qəzeti, 27 dekabr 1912, ¹235), «Məlumati-mətnuə. Əfğanıstan
ordusunun ələmləri (bayraqları)» («İqbal» qəzeti, 27 dekabr
1912, ¹247), «Makedoniya və müharibeyi-hazirənin mənşəyi»
(«İqbal» qəzeti, 27
dekabr 1912, ¹247; 30 dekabr 1912, ¹249), «Türkiyədə rum
petrikliyi» («İqbal» qəzeti,
31 dekabr 1912, ¹1) kimi siyasi-tarixi baxımdan olduqca mükəmməl
məqalələri işıq üzü gördü. Bu
yazılar M.Mirbağırzadədə yazıb-yaratmaq həvəsini
qat-qat artırdı və o, tezliklə
bacarığını ən müxtəlif mövzulu
kitablar yazmaqda da sınadı. Kitablarının
nəşrini əvəzsiz mənəvi qazanc sayan
M.Mirbağırzadə bu işə 1913-dən ciddi
girişsə də heç bir maddi qazanc əldə etmədi,
çünki kitab basımı ağır xərc istədiyindən,
naşirlər buraxdırdıqları kitabları özləri
də satır, müəllifə, demək olar ki, heç nə
vermirdilər. Məsələn, 1913-də
çıxmış ilk kitabları: «Osmanlı hökumətinin qüdrətli günləri»
və «Osmanlı tarixinin
mühüm səhifələri» Orucov
qardaşlarının mətbəəsində və
onların vəsaitiylə nəşr edilib, elə
onların da mağazasında satılıb («İqbal» qəzetinin 1914 tarixli 629, 708-718 və b.
saylarındakı elanlara baxılsın). «İslamın mədəniyyət tarixi» tərcümə
əsərinisə Məşədi
Əyyub Ələkbərov öz xərciylə
buraxdıraraq öz kitab mağazasında da satıb («İqbal» qəzetinin 1914
tarixli 570, 573, 582, 590 və b. saylarındakı elanlara
baxılsın). Mirabbas Mirbağırzadənin
jurnalistlik fəaliyyəti sonrakı illərdə də
dayanmayıb. Azərbaycan Cümhuriyyəti dönəmində «Azərbaycan», sovet hakimiyyəti
çağında «Kommunist» (eləcə
də bu qəzetin əlavəsi olan «Əmələ darülfünunu»), «Yeni yol»… qəzetlərində, «Xalq maarifi», «Füqəra füyuzatı», «Maarif və
mədəniyyət», «Azərbaycan Ali İqtisad
Şurasının əxbarı», «Xalq müəllimi»,
«Qızıl qələm», «Əkinçi», «Maarif
işçisi», «İqtisadi xəbərlər»…
jurnallarında onun xeyli məqaləsi dərc edilib. Mövzumuzdan uzaq
olduğuna görə təhlilinə girişmədiyimiz bu
yazılar Mirabbas Mirbağırzadənin Azərbaycan mətbuatı
tarixində ən müqtədir qələm yiyələrindən
biri olduğunu təsdiqləməkdədir. Kitabçı-alim Qələmini artıq mətbuatda
uğurla sınamış Mirabbas Mirbağırzadə indi
də kitab yazmağa ciddi həvəs göstərirdi.
Ümumiyyətlə, hədsiz geniş
dünyagörüşlü bir şəxsiyyət,
çoxyönlü elmi meylləri olan M.Mirbağırzadə
bir-birindən çox uzaq ən müxtəlif mövzularda
eyni uğurla yazmağı bacarırdı. 1914-də
çıxmış «Tarix səhifələri»
kitabının 79-uncu səhifəsində verdiyi «Yazdığımız
kitabların sıraları»ndan[79]
aydınlaşır ki, o, öz əsərlərini hələlik
iki seriya («Tarixi kitablar» və
«Hifzi-səhhətə[80]
dair kitablar») üzrə buraxır. M.Mirbağırzadə öz türk
millətini dünyada hər şeydən yüksək dəyərləndirən
alovlu millətsevər və yurdsevər bir kişiydi. «Türk» deyərkən o qətiyyən
Azərbaycan türkü,
Osmanlı türkü, Rusiya türkü
bölgüsü aparmır, yalnız bir bölünməz
və parçalanmaz türk soyu tanıyır və
tanıdırdı. Bununla yanaşı, o, Osmanlı dövlətinə
(Türkiyəyə) xüsusi sevgiylə yanaşır, onun
tarixinin bütün Qafqazda, o sıradan Azərbaycanda öyrədilməsinə
daha çox çalışırdı, çünki o, bu
dövləti dünya türklərinin (biz də onların içində)
güvənc, umud yeri, dar ayaqda qurtuluşçusu
sayırdı. Bu üzdən də o, Türkiyəni
yaxından öyrənməkçün dəfələrlə
bu ölkədə olmuş, onun tarixiylə bağlı
kitabları toplayaraq Azərbaycana gətirmiş və
onlardan yararlanmaqla maraqlı Osmanlı tarixi kitablarını
yazmışdı (bu işdə, sözsüz, az-çox
kommersiya maraqları da vardı). Soydaşlarının
savadsızlıq üzündən kütləvi yoluxucu xəstəliklərə
tutulması da Mirabbas Mirbağırzadəni rahatsız edən
məsələlərdəndi. O, həkim olmasa da bir
savadlı aydın kimi öz yurddaşlarına bu yöndə
əl uzatmaq istəyirdi. Beləliklə, öz qeydlərinə
və başqa qaynaqlara[81] əsasən
Mirabbas Mirbağırzadənin
qələmindən çıxdığını
müəyyənləşdirə bildiyimiz kitablar
bunlardır: 1) Osmanlı
tarixinin mühüm səhifələri[82]. Osmanlıcadan
döndərib yazanı Mirabbas Mirbağırov.
Bakı: Nəşriyyati-bəradərani-Orucov. Orucov
qardaşlarının elektrik mətbəəsində təb
edildi. 1331/1913, 98 s. («Tarixi əhvalat sırası»ndan «birinci
sıra» əsərdir). «Yazan tərəfindən
bir neçə söz»də (ss. 2-3) oxuyuruq: «Bu dəfə İstanbuldan qayıdıb
Bakı şəhərinə gəldiyimdən sonra «Sədayi-həqq» qəzetəsində
«Osmanlı-Balkan müharibəsi»,
«Avstriya və müharibeyi-hazirə», «Arnaudluq qitəsi» məqalələrin
«M.A.» (.Í.Þ) imzasıyla və «İqbal» qəzetəsində «M. B.» (.² .Þ) imzasıyla «Bulğarların mazisi», «Serblərin mazisi»,
«Qaradağlıların hazirələri», «Makedoniya və hərbi-hazirənin
mənşəyi», «Türkiyədə rum petrikliyi» məqalələrimi
yazdım. Bunlardan məqsəd möhtərəm
camaatımıza bəzi əhvalat və məlumatı
yazıb ərz etmək idi. Bu yazılar Osmanlı şivəsində
idi. Qəzetələrin şivəsi də elə
olduğundan bən də o kibi yazmağa məcbur idim. Sonra
camaat arasında anlayıb gördüm ki,
yuxarı-aşağı siniflərimizdə olanlardan bir
çoğu kibi yazılardan bir şey anlıyamıyorlar,
halbuki qəzet, kitab oxumağa hörmətli
camaatımızın hamısında böyük bir həvəs
gördüm. Buna görə aciz bir qələm ilə
yazıb möhtərəm oxuculara təqdim edilən bu «Osmanlı tarixinin ən[83] mühüm səhifələri» adlı
kitabımızı mümkün olduğu qədər asan və
öz Qafqaz dilimizdə
yazdım ki, hər kəs oxuyub anlaya bilsin. İbarəpərdazlıq
tərəfdarı olan möhtərəm ustadımız
yazıçılar bizim bu kibi yazdığımıza diqqət
dutarlarsa dutsunlar; biz camaatımız ilə danışmaq
istədiyimiz üçün onların anlaya biləcəyi
dildə yazı yazmağı özümüzə məslək
dutduq. Millətimizin kökü yerində
olan avam[84]
camaatımız bu xüsusda bizdən razı qalarlarsa
dünyavü axirət bəsimizdir. BİLDİRMƏ.
Bu
yaxında çap olunacaq ikinci kitabımız «Osmanlı hökumətinin qudrətli
günləri» adındadır ki, birinci kitabımızdan
sonra çap olunmağa başlanır. Kitablarımıza
möhtərəm camaatımızın həvəs və rəğbətini
gördükcə biz də camaatımıza bilinməsi ən
lazım olan yazıları asanca yazıb təqdim edəcəyik. M.A.M.Bağırov». Bu
kitabın nəşriylə bağlı «İqbal» qəzetində (12 avqust 1914, ¹709, s.1; təkrarı:
¹¹710-718…) belə elan gedib: «OSMANLI TARİXİNİN MÜHÜM
SƏHİFƏLƏRİ. Yazanı: Mirabbas
Mirbağırov. Mündərəcatı: Osmanlı
padşahlığının başlanması, Osmanlı
padşahlarının sultan adlanması, xəlifəliyin
Osmanlı hökumətinə keçməsi, xəlifəlik
əmanətləri və ziyarətləri, Osmanlı sikkələri,
Osmanlı hökumətinin əlamətləri. […] Müraciət
üçün adres: Baku, Br. Orudjevım, poçt. əh.
258». Yeri gəlmişkən,
«İrşad» qəzetində
də (1914, ¹¹753, 756, 758, 760 və b.) bu kitabın nəşri
və satışı haqqında çoxlu elan verilib. 1913-ün
martında «İqbal» qəzetində
bu əsər haqqında görkəmli yazıçı və
jurnalist Hüseyn Sadiq (Seyid
Hüseyn) (1887-1937) tənqidi bir yazı çap
etdirmişdi. Mirabbas ağa buradakı tənqidləri
haqsız sayaraq həmin qəzetin 19 mart 1913 tarixli 310-uncu
sayında ona «Tənqidi tənqid,
yaxud məqaleyi-cavabiyyə» başlıqlı cavab ünvanlayıb.
Həmin cavabın kiçik bir bölümünü
oxucuların diqqətinə çatdırırıq: «17 mart
tarixli möhtərəm «İqbal»ın ikinci səhifəsində
«Osmanlı tarixinin
mühüm səhifələri» sərlövhəli və
«Hüseyn Sadiq» imzasıyla yazılmış bir məqalə
nəzərimizə çatdı. […] Əvvəla, məzkur məqaləni
yazılışının bəzi cümlələrindən
tolayı tənqid eləməyə biz də
özümüzdə haqq görürük, çünki məqaleyi-məzburədə
deyilir ki, «toqsan səkkiz səhifədən
ziyadə olmayan bu kitabda…». İştə bu cümlədən
aydın bir surətdə anlaşılır ki, möhtərəm
məqalə sahibi bizim kitabımızı müxtəsərcə
toplanılıb yazılmış və genə müxtəsər
bir kitab zənn etmiş, halbuki məsələnin
künhü[85] bütün-bütünə bunun əksinədir.
[…] Məsələn,
kitabımızda olan əhvalatlardan «Osmanlı
padşahlığının başlanması», «Osmanlı
padşahlarının sultan adlanması», «Xəlifəliyin
Osmanlı hökumətinə keçməsi», «Xəlifəlik
əmanətləri və onun Osmanlı hökumətində
ziyarətləri», «Osmanlı sikkələri» və
«Osmanlı hökumətinin əlamətləri» kibi keyfiyyətlərin
hansı biri oqunursa o barədə bütün məlumat
alınmış olur; dediyimiz kibi, daha təfsilatını
anlamaq üçün özgə kitaba baqmağa ehtiyac
qalmır. İşin
künhü böyləcə anlaşıldığı
halda, kitabımızı tənqid eləyən məzkur məqalənin
başdan yanılmış olduğu meydana
çıxır. Yainki bundan əlavə, o məqaləni
yazan möhtərəm qələmin səthi və
böyük bir xəta eləmiş olduğu
anlaşılır. […] Hakəza[86], «Osmanlı
sikkəsi barəsində bu qədər müfəssəl məlumat
vermək «Osmanlı tarixinin mühüm səhifələri»
kibi ufaq (?) bir kitabın vəzifəsi deyildir» cümləsində
olan sözlər məzkur məqalənin dutulmuş olduğu
zənn ilə yürüdüyüyçün
yuxarıkı izahatımızın qabağında
üstünə qələm çəkmək lazım gəlir.
[…] Üsul və
ədəb dairəsində olan tənqid gözəl və
istifadəli[87] bir şeydir; bu kibi üsul ilə
yazılan tənqidlərdən möhtərəm oxucular da
hissəmənd ola bilər. Vəlakin tənqid olunacaq
şeyi əvvəlcə dürüst və ətraf ilə,
bütün mənasıyla mütaliə etməli, ondan
sonra əziz olan qələmi ələ almalı». Hüseyn Sadiq «İqbal» qəzetinin 29 mart 1913 tarixli 319-uncu
sayında «Bir tənqidin zeyli»
adlı yazısıyla bu cavabı da tənqid edib, M.Mirbağırzadə
də öz növbəsində «İqbal»ın
31 mart tarixli 320-ci sayında yenə onu cavabsız
qoymayıb. 2) Osmanlı
hökumətinin qüdrətli günləri. Yazarı: Mirabbas
Mirbağırov.
İki cilddə. Birinci cild. Bakı: Orucov
qardaşlarının mətbəəsi, 1913, 216 s. Kitabın
nəşriylə bağlı «İqbal»
qəzetində (17 aprel 1914, ¹629, s.4; təkrarı: ¹¹708-711…)
bu məzmunda elan gedib: «OSMANLI HÖKUMƏTİNİN
QÜDRƏTLİ GÜNLƏRİ. Yazanı: Mirabbas
Mirbağırov. Bu kitab Osmanlı hökumətinin
parlaq vəqtlərini hekayə ediyor. Sultan Bayəzidin toyu,
Osmanlı dava geyimləri, Sultan Murad Xudavəndigar zamanı,
Trakya, Bolğarıstan və Makedoniyanın ilhaqı, Kosova
davası, Sultan Məhəmməd Fateh, İstanbulun
mühasirəsi (alınması), Serbistan, Arnaud, Trabzon
imperatorluğu, Zülqədər, Qaraman, İsfəndiyar
hökumətlərinin alınmağı kibi mühüm
vaqiələr bu kitabın mündərəcatındandır. 216 səhifədən ibarət olub
qiyməti bir manatdır. Posta xərciylə 1 manat 12 qəpik.
Naloj edilərsə Müraciət
üçün adres: Baku, Br. Orudjevım, poçt. əh.
258». Seyid Hüseyn də inadcıl
adammış – redaktoru olduğu «İqbal»ın
25 oktyabr 1913 tarixli 489-uncu sayındakı «İntiqad» və 30 oktyabr tarixli 492-ci
sayındakı «Bizdə tənqidçilik»
məqalələrində indi də «Osmanlı hökumətinin qüdrətli günləri»
kitabını amansızcasına tənqidə girişdi. «Seyid Hüseyn» adının
ucalıq və böyüklüyünə sonsuz
sayğımızla yanaşı, onun M.Mirbağırzadəni
«ədəbsiz»
adlandıraraq təhqir etməsini, kitabına «düşmənlik qələmi
ilə yazılmışdır» deyərək
açıq-aşkar düşməncəsinə
yanaşmasını, hətta belə əsərləri
yazmağın qabağını almağı təklif etməsini…
qəbahət və tənqidçi nüfuzuna xələl
sayırıq. Nə yaxşı ki, Mirabbas ağa bu
haqsız tənqidlərə dözümlə
yanaşıb: «Seyid Hüseyn cənabları!
25 oktyabr 1913 tarixli “İqbal”da mənə qarşı
yazdığınız söyüş üçün
razılığımı izhar edib “Allah atanızı rəhmət
eləsin” deyirəm. “Osmanlı
hökumətinin qüdrətli günləri”ni yazan: Mirabbas Mirbağırov.
Bakı, 25 oktyabr 1913». Ancaq M.Mirbağırzadənin əsərlərinə
ən düşməncəsinə yanaşan görkəmli
şair və publisist Əlabbas Müznib’di. O, «İqbal»ın 31 oktyabr 1913
tarixli 493-üncü sayındakı «Yazıçılarımız və
yazılarının əhəmiyyəti» məqaləsində
qəzəb püskürərək bütün etika sədlərini
aşır: «Nə vaxt iki
yazışanın yazılarına diqqət edilib ikisindən
birisinin nahaq olduğunu özünə söyləmişlər
və murdar ləkə kibi
səhifeyi-mətbuata yapışdırdığı vərəq
parasını cırıb atmışlar? Halbuki bu
yaqınlarda öylə bir şeylər yazıb təb
etmişlər ki, doğrudan da, ən
alçaq bir adam onu yazmaz. O cümlədən biri də
bir ildən bəri arabir mübahisəsi görünən “Osmanlı tarixinin mühüm səhifələri”
və “Osmanlı dövlətinin
qüdrətli günləri” kitablarıdır ki,
adlarını elanda oquyanlar bir şey bilib alırlar, lakin içinin malamal ciyər
parçalayan zəhər ilə dolu olduğunu
bilmiyorlar. Umudvaram arabir məzkur kitablar xüsusunda bir qədər
yazıb Qafqazın türk balalarına babalarının
qüdrətli günlərini oqudaraq bu yazılan “…qüdrətli
günləri”nin nə tövr rəzalət
olduğunu bəyan edərik». Ə.Müznib sözünün
üstündə durdu – eyni adlı məqaləsinin
davamında («İqbal»,
29.11.1913, ¹516) və sonrakı bəzi
çıxışlarında M.Mirbağırzadənin
kitablarına «ilişdi», heç bir ciddi qüsur tapmayandasa
onlara lağ etməyə başladı… Ə.Müznibin
yaradıcılığına və şəxsiyyətinə
bəslədiyimiz ən dərin ehtirama baxmayaraq, onun
Mirbağırzadəyə qarşı tənqidlərinin
başdan-ayağa qərəzli və haqsız olduğunu,
sırf kommersiya rəqabətindən doğduğunu bildirməyə
borcluyuq. (Ə.Müznib də Osmanlı tarixi,
Yusif-Züleyxa və b. ortaq mövzularda kitablar
buraxdırmışdı və Mirabbas ağanın onun
«bazarına girməsinə» dözə bilmirdi). Bu vaxt başqa bir nüfuzlu qəzetəçi
– Məhəmməd
Səid Ordubadi Mirbağırzadənin müdafiəsinə
qalxdı. Mirməhəmmədkərim’in
ərəbcədən çevirdiyi «Üzrayi-Qüreyş» əsərini tənqid
etmiş «Molla Nəsrəddin»in
yeni redaktoru Rzaqulu Nəcəfov’a
«Sədayi-həqq» qəzetinin
17 dekabr 1913 tarixli sayında üz tutan Ordubadi yazır: «Onu demək istəyirəm ki,
sizin Mirməhəmmədkərimi tənqidiniz Əlabbas
Müznib cənablarının öz «Muxtarnamə»sini,
«Hacı baba»sını qoyub Mirbağırov’un
əsərlərini tənqid etməyi kimidir…»[88]. 3) Mirabbas Mirbağırov. Tarix səhifələri.
I. İslam pulları. II. Misir ölkəsi və tarixi[89]. Birinci cild. Naşiri: Mirabdulla Mirhüseynzadə.
Bakı: İsa bəy Aşurbəylinin «Kaspi» mətbəəsi,
1914, 79 s. Naşiri
öz qardaşı Mirabdulla
Mirhüseynzadə (əslində: Mirbağırzadə) olan bu əsər 20 avqust
1913-də yazılmış «Bir
neçə söz»lə başlayır. Kitabın Əlyazmalar İnstitutunda
saxlanılan nüsxəsinin titul səhifəsində bu
avtoqraf var: «Kütübxanəmizin
sahibi-fəxrisi və «Şəlalə» məcmueyi-müsəvvərəsi
müəssisi-möhtərəmi İsa bəy Aşurbəyli cənabi-nəcabətpənahilərinə
mühərriri-aciz tərəfindən təqdimi-naçizanədir.
M.A.Mirbağırov. Bakı,
27 fevral 1914». «İqbal»
qəzetinin 587-ci sayında (25.02.1914) belə bir elan gedib: «Tarix
səhifələri. I. İslam pulları. II. Misir ölkəsi
və tarixi. Açıq
türk dilindədir. Çapdan təzə
çıxdı. Qiyməti 40 qəpikdir. Yüz [nüsxə]
ilən alanlara 25 qəpikdən hesab olunur. Adres: Bakı,
Nikolayeviski küçə, Mirabbas Mirbağırovun idarəsiylə
təzə açılan müsəlman kütübxanəsi». «Sədayi-həqq» qəzetindəsə (7 aprel 1914, ¹78,
s.3; təkrarı: ¹¹ 90, 95, 96) bu kitabla bağlı elan belədir:
«İslamiyyət zamanlarında
və daha sonra islam padşahlıqları vaxtında islam
sikkələrinin nə sayaq kəsildiyini, nə şəkil
və yazıda olduqlarını göstərmiş və
Misir ölkəsinin nə kibi bir ölkə olduğunu
yazmış və fironların əhvalatından bəhs
etmiş bir tarix kitabıdır. Açıq türk dilindədir. Çapdan
çıxdı. Müəllifi Mirabbas Mirbağırovdur.
Oqumağı hər kəsə mənfəətli bu
kitabın qiyməti yalnız 40 qəpikdir. […] İstəyənlər bu adresə
baxsınlar: Bakı,
Nikolayeviski küçədə Mirabbas Mirbağırovun
idarəsiylə təzə açılan kitab mağazası». «Sədayi-həqq»
qəzetinin 31 oktyabr 1914 tarixli 252-ci sayında (s.4)
yenə bu kitabla bağlı daha geniş məzmunlu elan var
(təkrarı: ¹¹ 253, 254). 4) Mirabbas Mirbağırov. Cənab Yusif və macərayi-məşhuru[90]. Məşhur alim olan həzrət
Yusif və Züleyxa əhvalatının müfəssəl
və aşiqanə tarixidir. Naşiri: Mirbağırov bəradərləri.
Bakı: İsa bəy Aşurbəylinin «Kaspi» mətbəəsi,
1914, 98 s. Bu, «Mirbağırov
qardaşları»nın nəşr etdirdiyi ilk kitabdır. Əsər
4 mart 1914-də yazılmış «Bir neçə söz»lə (ss. 3-4)
açılır. Burada yazar Yusif və Züleyxa əhvalatının
Tövrat, İncil və Qur’an’dan
tutmuş sonrakı tarixi qaynaqlaradək necə geniş əks
olunduğundan danışır və çoxlu tarixi ədəbiyyatdan
yararlanmaqla qələmə aldığı bu ciddi elmi əsəri
«hörmətli camaatımıza daha gözəl, daha xoş
oxuda bilmək üçün» yazıya roman rəngi verdiyini göstərir. Əlyazmalar
İnstitutundakı nüsxəsinin üstündə belə
bir avtoqraf var: «Ürfanpərvər
möhtərəm əsalətməab İsa bəy [Aşurbəyli] cənablarına təqdimi-qələmimdir.
M.A.Mirbağırov. Bakı,
10 may 1914». «Sədayi-həqq» qəzetində
(28 may 1914, ¹122, s.4; təkrarı: ¹¹ 128, 129, 239, 241, 242) bu
kitabla bağlı belə elan verilib: «Aləmin məşhuru olan həzrət Yusif və
Züleyxa əhvalatının ən müfəssəl, ən
həqiqi və aşiqanə surətdə, çoq asan dildə
yazılmış tarixidir. Kitabın içində həzrət
Yusifə, Züleyxaya, həzrət Yaquba dair üç yerdə
gözəl tarixi şəkillər vardır. Müəllifi:
Mirabbas Mirbağırov.
Qiyməti əlli qəpikdir. […] Bu kitabı oxuyub həqiqi
surətdə ləzzətlənmək istəyənlər
yalnız bu adresə yazmalı və təşrif gətirməlidirlər: Bakı, Nikolayeviski küçə,
«Kaspi» qəzetxanasının qabağında Mirabbas
Mirbağırovun idarə etdiyi
təzə kitab mağazası. Bu mağazada İstanbulda çıxan hər
cürə qəzetlər, jurnallar və şəkillər
də satılmaqdadır. İstanbul jurnal və qəzetləri
tək-tək satıldığı kibi, illik, altı
aylıq müştəri də qəbul edilir». 5) Osmanlı
marşları, Vətən və millət nəğmələri[91]. Tərtib edəni və
yazanı: Mirabbas Mirbağırov. Bakı: İsa bəy
Aşurbəyovun «Kaspi» mətbəəsi, 1914, 104+2 s. «Sədayi-həqq» qəzetində
(29 iyul 1914, ¹174, s.4; təkrarı: ¹¹ 175, 180, 191) bu kitabla
bağlı belə elan verilib: «Adından
məlumdur ki, kitabın içində nələr
yazılmışdır. 104 səhifədən ibarətdir.
Qiyməti 35 qəpik. […] Adres yalınız budur: Bakı, Nikolayeviski küçə,
«Kaspi» qəzetxanasının qabağında Mirabbas
Mirbağırov kitabxanası». 6) Süzənək
dutanlara və dutmamağa çarə[92].
Bakı: «Bakı» elektrik mətbəəsi, 1914, 32 s. Əsər
haqqında ilk məlumat «Cənab
Yusif və macərayi-məşhuru» (1914) kitabının
cildinin arxasındakı bildirişdə gedib. Öz kitab
mağazasında satışda bulunan «Süzənək dutanlara və dutmamağa çarə»
kitabı haqqında müəllif reklam səciyyəli bu
sözləri yazıb: «Osmanlı
doktorlarının və Avropa doktorlarının Osmanlı
dilinə tərcümə edilmiş əsərlərindən,
uzun-uzun tətəbböat nəticəsində
toplanmış və bir çoq təcrübələrdən,
doktorlarla görüşüb mübadileyi-əfkar etdikdən
sonra yazılmış, çoq mənfəətli və
arvad, kişi, oğlan, qız, böyük, uşaq – hər
kəsin oquması vacib bir kitabdır. Kitabxanamız tərəfindən forma-forma nəşr
olunur. 1-inci və 2-nci formaları çıxdı». «Sədayi-həqq» qəzetində
verilmiş (8 aprel 1914, ¹79, s.3; təkrarı: ¹ 93)
aşağıdakı elan deyiləni daha da dəqiqləşdirir:
«1-inci
və 2-nci forması çıxdı. Hamısı 5
formadan ibarət olacaqdır. Bir neçə məşhur
professor və doktorların əsərlərindən
toplanılmış, çapa verilməmiş, bu dərdin
həkimi olan məşhur doktorlara göstərilmiş, həkimlər
komitəsinə təqdim edilmişdir. Açıq və
asan türk dilində yazılmışdır. Qız,
oğlan, arvad, kişi, cavan, qoca – hər kəsin alıb
oxuması vacib bir kitabdır. Hər formasının qiyməti
altı qəpikdir. […] İstəyənlər bu adresə
baxsınlar: Bakı,
Nikolayeviski küçədə Mirabbas Mirbağırovun
idarəsində təzə açılmış kitab
mağazası». 7) İslamın
mədəniyyət tarixi[93]. Siyasi, ictimai, iqtisadi,
coğrafi, dini, mədəni, ədəbi, fəlsəfi
islamiyyət tarixidir. Müəllifi:
Misirdə məşhur «əl-Hilal»
məcmuəsinin sahibi və mühərriri, hazırkı əsrin
namdar fazillərindən Cürci Zeydan.
Osmanlıcaya mütərcimi: «İqdam»
qəzetəsinin müqtədir mühərrirlərindən
Zəki Müğamiz. Qafqaz
türkcəsinə təbdil edəni: Mirabbas Mirbağırov.
Naşiri: M[əşədi] Əyyub Ələkbərov.
Birinci cild. İkinci hissə. Bakı: «Bakı» mətbəəsi,
1913, ss.129-256. «İqbal» qəzetinin 8 dekabr 1913 tarixli
523-üncü sayındakı reklam elanında (sonrakı bir
çox saylarda da təkrarlanıb) deyilir: «Bütün müsəlmanların ən sevə-sevə
oquyacağı və oquduqca yürəklərini həqiqi
surətdə şadlandıracaq tarix kitabı: İSLAMIN MƏDƏNİYYƏT
TARİXİ. Bu kitab siyasi, ictimai, iqtisadi, coğrafi, dini, mədəni,
ədəbi, fəlsəfi islamiyyət tarixidir. Müəllifi:
Misrin ən məşhur ərəb alimlərindən Cürci Zeydan. Osmanlıcadan
Qafqas türkcəsinə təbdil edəni: Mirabbas Mirbağırov. Birinci
cildinin birinci hissəsi 128 böyük səhifədən
ibarət olmaqla çapdan çıxıb satışa
qoyuldu[94]. Gözəl
kağızda və ziynətli qabdadır. Qiyməti 70 qəpikdir.
[…] Satış
mərkəzinin adresi: Bakı, Parapet, Ələkbərov» (s.4). Bu elan «İqbal»ın
sonrakı bir çox saylarında qısaca verilib. *** Gördüyümüz kimi, Mirabbas
Mirbağırzadənin qələmindən 6-sı orijinal,
1-i (sonuncusu) tərcümə olmaqla 7 kitab
çıxıb. Yeri gəlmişkən, bu tərcümə
kitabından başqa da onun tərcümələri var. «Tərəqqi» qəzetinin
1909-uncu il 15 fevral (¹36), 20 fevral (¹41) və 4 mart (¹48)
saylarında «“Umud”
kütübxanəsi sahibi Mirabbas»ın
İbrahim Rifətdən tərcümə etdiyi «Tarixi-islamdan
parlaq səhifə» felyetonu
yer alıb. (Görünür, sonralar onu kitab şəklində
buraxmaq fikrində olub). Bizcə,
«Elçi»
imzası altında 1912-ci ildə “İqbal” (¹44) və «Yeni
İrşad» (¹47) qəzetlərində getmiş «Tale»
yazısı və yenə «İqbal»
qəzetinin 27 aprel – 30 iyul 1912-dəki 25 sayında getmiş «Eşq
və namus» felyetonunun «tərcümə və təbdil»i
də onundur. Görünür, mətbuatdakı ona
qarşı haqsız hücumlar Mirabbas ağanı xeyli
ruhdan salıb, buna görə də o, 4 il yarım qələmi
yerə qoyub. Yoxsa «kitabçı
Mirabbas Mirbağırov»un «Sədayi-həqq»
qəzetinin 23 iyun 1914 tarixli sayında «Molla Nəsrəddin»
məcmuəsinə yazdığı cavabdan sonra 1918-in
dekabrınadək mətbuatdan gen gəzməsini və daha
kitablar buraxdırmamasını (hər halda, indiyədək
apardığımız araşdırmalar bunu göstərir)
başqa cür izah etmək çətindir. Alovlu vətənpərvər-diplomat Azərbaycan Cümhuriyyəti
(1918-1920) çağında Mirabbas Mirbağırzadənin
bu hakimiyyəti ürəkdən sevdiyini, müstəqil
dövlətimizlə qürur duyduğunu, buna görə də
sıravi bir vətəndaş kimi onunla səmimi əməkdaşlıqda
bulunduğunu görürük. Dediklərimizi «Azərbaycan» qəzetindəki
çoxlu yazıları və başqa sənədlər təsdiqləyir. Bütövlükdə Cümhuriyyət
dövrü Mirabbas ağanın ömürlüyündə
daha çox iki şeylə yadda qalıb: 1) soyadını «Mirbağırzadə»yə dəyişdirməsiylə;
2) «Mirbağırzadə
missiyası»na başçılıq etməsiylə. Nədir «Mirbağırzadə
missiyası»? Gəlin öncə «Azərbaycan» qəzetində «M.B.» imzasıyla çap etdirdiyi, əslində
missiyanın hesabatı sayıla biləcək «Naxçıvan:
Şərur məsələsi» silsilə məqaləsinin
son bölümlərinə[95] göz yetirək. «[…] Aras Türk Cümhuriyyəti
ətrafından deleqat[96]
olaraq lazımi müavinətlər istəmək
üçün Azərbaycan hökuməti yanına
göndərilmiş Paşa Bayramovun təşəbbüsüylə,
Bakıda yaşayan İrəvan quberniyası müsəlmanlarının
həmtopraqlılar cəmiyyəti təşəkkül
etdi. Cəmiyyətin idarə üzvləri də
həmin quberniyanın hökumət yanında nüfuz və
etibar sahibi məmurlarından intixab edildi. Bu cəmiyyətin təşəbbüsləri
nəticəsində Naxçıvan və ətrafı
müsəlmanlarının xahişinə əməl
olunmağa hökumət tərəfindən yardım edildi.
Özlərini Azərbaycanın ayrılmaz bir hissəsi məqamında
təqdim edən Arasboyu həvalisi müsəlman arasına
qaçıb dolmuş olan qaçqınlara sərf olunmaq
üçün bir milyona baliğ qaçqın pulu
və məhəlli müsəlmanların
ehtiyaclarını öyrənmək üçün də
bir deleqat
Azərbaycan tərəfindən
Naxçıvan və həvalisinə göndərildi. Qaçqınlara pul aparmaqda olan Paşa Bayramov
və Yusif
bəy Qazıyev pul ilə bərabər
Tiflis-İrəvan dəmir yoluyla [getmişdilər]. Bu əsnalarda
Naxçıvan xanlarından Bəhram xan o həvalidə təyin
edilən bitərəf məntəqə barəsində
İngiltərə heyəti ilə müzakirədə
bulunmaq üçün Naxçıvan hökuməti tərəfindən
Tiflisə göndərilmiş idi. Bəhram xan Tiflisdə naxçıvanlı
Qasım
Camalbəyov ilə
görüşmüş, Azərbaycan hökumətinin hal
və fəaliyyətindən məlumat almış və məzkur
hökumət tərəfindən qaçqınlar nəfinə
Paşa Bayramov vasitəsiylə bir milyon [manat] pul göndərilməkdə
olduğundan xəbərdar olmuşdur. Binainəleyh Bəhram xan, Camalbəyov
ilə bərabər Paşa ilə
görüşmüş və Aras Türk Cümhuriyyəti
pozulmuş olduğunu, imdi isə Naxçıvan
Türk Hökuməti təşkil edildiyini,
özünün də Naxçıvan hökumətinin
xariciyyə komissarı bulunduğunu, buna
görə oraya aparılmaqda olan pulun kəndisinə təslim
edilməsinin lazım gəldiyini söyləmişdir. Digər tərəfdən də, Camalbəyov parlaman üzvü olmaq münasibətilə
Azərbaycan hökumətinə teleqraf çəkərək
Naxçıvan ətrafındakı qaçqınlara
göndərilməkdə olan pulun geri istənilməsini təklif
etmişdi. Camalbəyov və Bəhram xan tərəfindən
vaqe olan bu kibi maneələrə görə Paşa Bayramov
və Yusif
bəy Qazıyev pulu Naxçıvana
aparmadıqları kibi, Bəhram xan və Camalbəyova da
verməyib, təkrar götürüb Bakıya gətirmişlər.
Həhayət, hökumət xəzinəsinə təslim
edib, qəbzül-vüsul almışlardı. Bəhram
xanın və Camalbəyovun məzkur pul barəsində
ortaya çıqardıqları maneələr, Bayramovun və
Qazıyevin də onların sözünə uyub pulu
Naxçıvana aparmamaları Naxçıvan və ətrafı
müsəlmanlarının imdi gördüyümüz fəlakətli
hallara düşməsinə səbəbiyyət
vermişdir. Zavallı Ordubad, Naxçıvan ətrafı
müsəlmanları umudsuz, köməksiz halda,
sıqıntılar, böhranlar içində
qaldıqlarından, bir-birinin arqasınca Azərbaycan
hökuməti yanına qasidlər, deleqatlar, ərzi-hallar
göndərib müavinətlər, çarələr
xahişində bulunmaqda idilər. Naxçıvan ətrafı müsəlmanları
bu qədər möhtaclıq halında ikən Camalbəyov
Naxçıvan və ətrafı müsəlmanları
xüsusunda edilən hər bir iqdamata ənvayi-vəsilələrlə
əngəllər çıqarıb ortalığı səs-küylə
doldurmaqda idi. Naxçıvan tərəfi
qaçqınlarına birinci dəfə pul aparmaqda olan
deleqatlar məzkur maneələr səbəbiylə vəzifələrini
tamama yetirəməyib yarımçıq geri
qayıtdıqları halda, deleqat Mirbağırzadə
yigirmi gün zəhmətli yolları gedib Ordubad və
Naxçıvana çatmışdı (1919 fevralın
20-də). Yolları
bağlı, ətraf ilə əlaqələri
olmadığından əhval və hadisati-aləmdən[97]
xəbər dutmayan, köməksizlik, umudsuzluq ilə intizar
içində yaşayan Ordubad və Naxçıvan ətrafı
müsəlmanları deleqat Mirbağırzadəni və
yoldaşlarını Azərbaycan naminə hörmətən
böyük məhəbbət və hörmətlə,
şahanə bir təntənə ilə
qarşılayıb istiqbal və qəbul etmişlərdi. Deleqatın Naxçıvanda hökumət tərəfindən
şərəflərinə kəşidə edilən
böyük ziyafət məclisində məhəlli müsəlmanların
ehtiyacına sərf olunmaq üçün digər deleqatlar
vasitəsilə də bir milyon [manat] pul
gətirməkdə, kəndisinin də deleqat olaraq məhəlli
ehtiyacatı anlamaq üçün göndərilmiş
olduqlarını bildirmişdi. Sabahı günü məsciddə
toplanılmış külliyyətli camaat hüzurunda Mirbağırzadə
eyni sözləri ətraflıca söyləmiş,
anlatmışdır. Camaatın hər sinfi hazır
oluğu halda, Azərbaycan deleqatları Azərbaycan hökuməti
naminə böyük məhəbbət və səmimiyyətlərlə
təkrar-təkrar alqışlanmışlardı. Bütün camaat həp bir ağızla Azərbaycan
hökumətinin bilatəxir bütün mənasıyla kəndi
irqdaşlarına sahib durmasını, tərəflərinə
Azərbaycandan hər qisim təşkilat və hökumət
idarələri təsisi üçün məmurlar göndərilməsini,
bu tərəfləri də tarixən və irqən Azərbaycanın
təbii hissəsi olmaqla Azərbaycan məmləkətinə
ilhaq etməsini misranə surətlə[98]
tələb və təmənnada bulundular. Sonra Naxçıvandakı ingilis
general-qubernatoru Lautin Azərbaycandan gələn
deleqat
Mirbağırzadə və əsgəri təşkilat
üçün göndərilmiş zabitlər rəisi
Ququşov ilə rəsmi
görüş eləmişdir. Məqsədi anladıqdan
sonra general-qubernator deleqatın və zabitlərin geri
qayıtmaları təklifində bulunmaq kibi hal göstərmişdir.
Fəqət Mirbağırzadənin
general-qubernatora xitabən söylədiyi müfəssəl
nitqdən sonra general-qubernator deleqata qarşı
razılıq izhar edərək hər xahişinə əməl
edilməsini, zabitlərin orada qalıb vəzifələrinə
başlamalarına və bu uğurda onlara və məhəlli
əhaliyə mümkün olan köməkliyi edəcəyini
vəd etmişdi. *** Bu müvəffəqiyyətə
nail olduqdan və arxayınlıq hasil etdikdən sonra, iş
başında bulunanlardan başqa, camaat nümayəndələrinin
də fikir və rəyini anlamaq lazım idi.
Bununçün Mirbağırzadə
bir neçə xüsusi ev məclislərində hazır
bulundu. Və camaatın xanlar hökumətindən razı
olmadıqlarını, «İrana ilhaq edilmək» sözünü
də özləri üçün bir şərəfsizlik
və həqarət məqamında dutduqlarını, … Naxçıvan,
Şərur, Vedi, Sürməli mahallarının yüzdə
doqsan faizi müsəlman türklərindən ibarət olan
camaatının ancaq və ancaq öz
tarix, dil, soy və dindaşları bulunan Azərbaycana səmimiyyətlə
mülhəq olmaq istədiklərini öyrəniyor. Mirbağırzadə
xüsusi məclislərdən anladığı bu məlumatını
daha da vüsətləndirmək[99]
istəyərək, onun təklifiylə hökumət
sabahı gün əhaliyi məscidə toplar. Böyük
izdiham ilə hər təbəqədən məscidə
toplanan camaat, qarşısında Azərbaycanın deleqat və
zabitlərin gördükdə qəhrəman və lakin
müntəzir gözlərində böyük umud və
sevinc ziyaları parlıyor. Bu səmimanə təsir
altında Azərbaycan naminə olaraq onun zabitləri və
deleqatı Naxçıvan, Şərur, Sürməli,
Vedi, Zəngibasar, Gərnibasar demokratlarının
məhəbbətli alqışlarıyla
qarşılandılar. Deleqat Mirbağırzadə
Azərbaycanın əhvali-övzasından xəbərdarlıq
verib bu tərəf haqqında Azərbaycan hökumətinin
nöqteyi-nəzərini anlatıyor. Nitq əsnasında hər
dəfə «Azərbaycan Cümhuriyyəti
hökuməti» cümləsi
keçdikdə camaat böyük bir məhəbbətlə
«Yaşasın
Azərbaycan!» sədasını
ucaldır və özlərinin səmimiyyətlərinə,
məhəbbətlərinə şahid olmaq
üçün hər dəfə məscid günbədinin
də ilahi sədasını özləriylə həmavaz
edib həp birlikdə «Yaşasın Azərbaycan!»
diyorlar. Hələ Mirbağırzadənin Azərbaycan
zabitlərini göstərərək «bu zabitlər
ki hüzurunuzdadır, bunlar Azərbaycanın ən dəliqanlı
və cavan zabitləridir, Azərbaycanın ən sevimli
oğullarıdır. Bunlar bu tərəfə hökumətin
icbarı ilə gəlməmişlər, ancaq bu tərəf
müsəlmanlarının sıqıntılar,
nizamsızlıqlar altında yaşadıqlarını
anladıqları vaxt, özlərini birinci olaraq
könüllü qeyd etmişlər və bu tərəfə
göndərilmələrini misranə tələb etmişlərdi.
İştə sizin uğurunuzda, lazım görünərsə,
cavan qanlarını nisar etməyə də bunlar yəmin
etmişlərdir[100]»
cümləsini söylədikdə
camaatın umudlu göz həlqələrində sevincli
göz yaşları görünür. Mirbağırzadənin nitqi xitam bulur-bulmaz hər
tərəfdən «biz azərbaycanlıyız, tarix, dil,
soy, dindaşımız Azərbaycan Cümhuriyyəti
hökumətinin pedəranə[101]
vəzifəsidir ki, bizə atalıq əlini uzatsın, bizi
öz qanadı altına alsın. Bizə başqa hökumət
(yəni İran – Ə.T.), başqa məmur
lazım deyil, Azərbaycan hökuməti öz daxiləsindən
bizə məmurlar göndərsin, burada hökumət idarələrini
o təsis etsin. İçimizə öz qanunlarını
göndərsin» [deyir]; bunun
üçün Naxçıvan hökuməti
başında duran xanların iş başından çəkilmələrini
və Azərbaycandan məmurlar gəlincəyədək
idareyi-hökuməti müntəxəb Milli Şuraya tərk
etmələrini tələb edirlər. Bu tələb üzərinə, məsciddə
camaat hüzurunda birinci olaraq Kəlbəli xan
istefa verib hökumət heyətindən
çıxdığını camaata bildirir. Ondan sonra atası Cəfərqulu
xan istefa verir. Kərim xan İrəvanski
də məktubən istefasını göndərir. Binainəleyh, yeni hökumət əzaları
seçmək üçün hökumət dairəsində
aqşam vaxtı əski Milli Şura əzalarından və
camaat nümayəndələrindən ibarət bir məclis
qurulmasına qərar verilir. Xanlar bu dəyişiklik keyfiyyəti
haqqında ingilis general-qubernatoruna məlumat vermişlərdi.
General-qubernator isə Mirbağırzadə
ilə başqa dəfəki görüşdə müstəfi[102]
hökumət əzaları yanında demiş ki, camaatın
hökumət dəyişməsinə mən mane deyiləm,
ancaq iş başında kimlər duracaqlarsa dursunlar, fəqət
o xüsusda mənə məlumat verilsin ki, rəsmi işlərimizi
hanki heyət ilə idarə edəcəyimizi anlayalım. *** Keçməkdə olan
bu kibi günlər əsnasında məhəlli tabur komandanlarından
bir çoxu və nüfuzluları Azərbaycan
deleqatının və əsgəri nümayəndəsinin
məhəlli-iqamətinə[103]
gəlib əsgərlər ilə bərabər özlərinin
Azərbaycan əsgəri nümayəndəsinə tabe və
təslimiyyətlərini izhar və iqrar edirlər. Bəziləri
də bu iqrarlarını yazı ilə təqdim edir.
Böylə ki, məhəlli komandan və əsgərlərin
əksəriyyəti Azərbaycan deleqat və zabitlərindən
başqasını özlərinə hökmran görmək
istəmiyorlar. Hətta Şərur səngərləri
mühafizəsinə dəyişilmək üçün
Naxçıvana göndərilməkdə olan bir tabur məhəlli
əsgər bir sabah qışladan[104]
çıxarılıb göndərilərkən Azərbaycan
deleqatı və zabitlərinin oturduqları mehmanxananın
qarşısına yetişdikləri vaxt həp birdən
apansızın dayanırlar, aralarından üç əsgəri
vəkil edib deleqatın və zabitlər rəisinin
yanına göndərirlər. Və dəyişilməyə
getdikləri halda Azərbaycan zabitlərini gözləriylə
görərək təsəlli tapıb da sonra getmək istədiklərini
bildirirlər. Binainəleyh, başda palkovnik Hüseyn bəy
[Ququşov] olmaq ilə deleqat və
zabitlər əsgərlərin hüzuruna çıqır,
səmimi məhəbbətlərlə salamlaşıyorlar.
Palkovnik rəsmi salamdan sonra əsgərlərin
keçirdikləri qəhrəmanlıqlarına və gələcək
vəzifələrinə aid Mirbağırzadə’nin
əsgərlərə xitabən söylədiyi hərarətli
nitqdən sonra əsgərlər «Yaşasın Azərbaycan!» sədaları
altında rəsmi-keçid ilə ayrılıb
yollanırlar. Camaatın və əsgəri hissələrdən
bəzilərinin Azərbaycan nümayəndələrinə
qarşı etina və tabeiyyətləri artdıqca
artır, hətta əsgərlərdən və tabur
komandanlarından bəziləri aralıqda keçən bəzi
məsələlərdən tolayı deleqatın və
palkovnikin yanına gəlib «əmrinizə mane olanlar varsa söyləyiniz,
bir anda dəf edəriz» derlər. Fəqət
ortalığı hərc-mərcə salmamaları
haqqında, palitika aləminə qarışmamaları
haqqında deleqatın söylədiyi sözlər tabur
komandanlarını və əsgərləri sakit edər. *** İranın Qaradağ hissəsinin
Araz kənarı kəndlərinin hamısında və Urumu, Xoy, Mərənd
və qeyri yerlərdə Azərbaycanın səfil, pərişan
bir halda gəzib son günlərini, yaxud kəndlərinə,
yurdlarına qayıtmaq üçün çarə və
umud yollarını gözləməkdə olan binlərcə
qaçqın təbəələri vardı. On binlərcə
pərişanhalları da Ordubad, Naxçıvan, Şərur
və qeyri tərəflərdə gözləri
yurdlarına qayıtmaq intizarını çəkməkdə
olduqları halda sərsəri gəzməkdə idilər. Zavallı qaçqınlar Azərbaycan
deleqatı və zabitlərinin Ordubad və Naxçıvana
gəldiklərini bilib hər tərəfdən, hətta
uzaq kəndlərdən – arvad, uşaq, qoca, xəstə – dəstələrlə
deleqatın yanına gəlib pərişan hallarına,
yurdlarına geri qayıtmalarına çarə edilməsini
pərişan hallarıyla sızlayıb-yalvarırlar. Qaçqınlardan bir çoqunun aclıqdan
öldükləri üçün meyitləri Qaradağ səhralarında
və kənd yanlarında açıqda qalıb üfunətlənmişdi.
Qaradağın Üçdibin
kəndinin çayı kənarında su içmək
halında bir qaçqın meyiti uzanıb
qalmışdı. Bəzi şenliklərdə də
qaçqın meyitləri kəfənsiz olaraq heyvan kibi
çuqurlara atılıb üstü
topraqlanmışdı. Azərbaycan qaçqınlarının bu
kibi əsəfnak halları İranın Qaradağ hissəsində
dəfələrlə görünmüş oldu. Binəvalar Zəngəzur tərəflərindən
sonra Azərbaycandan xəbərləri yoq və Azərbaycan
hökumətinin də bunlardan xəbəri yoq bir halda qalmışlardı.
Binainəleyh, Azərbaycan deleqatı və zabitlərinin gəldiyin
eşidən hər tərəfdəki qaçqınlar dəstələrlə
gəlib dərdlərinə, hallarına çarə edilməsini
Azərbaycan hökuməti naminə
yalvarıb-yaqarırdılar. Bunların
dağılmış kəndlərinin və özlərinin
nüfus siyahılarını Mirbağırzadə Ordubad və
Naxçıvan Milli Şuralarından alıb
toplamışdır. Ordubad camaatı son
vaxtlarda fəqirhal olduqlarıyla [bahəm], həm əsgər
saqlıyorlardı, həm də bu qaçqınlardan bir
neçə yetimləri yemləyirlərdi. Arvad, qoca
yüzə qədər qaçqınları da
Mirbağırzadə Naxçıvanda məhəlli
hökumət vasitəsilə Amerika darül-əczəsinə[105]
qəbul etdirmişdir. Qalan qaçqınlar isə səfil
hallarla göz yaşı tökməkdə davam edib Azərbaycan
hökuməti tərəfindən ediləcək müavinətə
müntəzir qalıyorlar». *** Bu, Mirabbas Mirbağırzadənin
özünün yazdığıdır. «Mirbağırzadə missiyası» haqqında Azərbaycanın
tarixçi alimlərindənsə Aydın Hacıyev «Qars və Araz Türk
respublikalarının tarixindən» (Bakı: Azərnəşr, 1994, ss. 53-57, 90), İsmayıl
Musayev «Azərbaycanın
Naxçıvan və Zəngəzur bölgələrində
siyasi vəziyyət və xarici dövlətlərin siyasəti
(1917-1921-ci illər)» (Bakı: Bakı Universiteti nəşriyyatı,
1996, ss. 92-95, 134, 190) və Nəsib Nəsibzadə «Azərbaycanın xarici siyasəti
(1918-1920)» (Bakı:
«Ay-Ulduz» nəşriyyatı, 1996, s. 161) monoqrafiyalarında
danışmışlar[106].
Onlar arxiv materiallarından da geniş yararlandıqlarına
görə «Mirbağırzadə
missiyası»nın işini daha incəliklə
araşdırmağı və onun gerçək tarixi dəyərini
verməyi bacarıblar. M.Mirbağırzadənin
yazdıqlarını təkrarlamamaqla bu dəyərli
tarixçilərimizin üzə
çıxardığı faktları da oxuculara
çatdırırıq. Prof.
İsmayıl Musayev, adı çəkilən
monoqrafiyasında missiyanın yaranış tarixini dəqiqləşdirir:
«…1919-cu il yanvarın 5-də
Bakıda parlamentin binasında keçmiş İrəvan
quberniyasında, o cümlədən də Naxçıvan
bölgəsində yaşayan azərbaycanlıların
nümayəndələrinin fövqəladə iclası
keçirildi, mahaldakı mövcud vəziyyət müzakirə
olundu və quberniya müsəlmanlarının həmyerlilər
cəmiyyəti yaradıldı. Cəmiyyətin əsas vəzifələrinə:
a) ADR hökuməti ilə İrəvan quberniyasının
müsəlmanlar yşayan hissələri arasında əlaqə
yaratmaq; b) həmin quberniyadan olan azərbaycanlı
qaçqınlara maddi yardım göstərmək və s.
daxil idi. 1919-cu il yanvarın 6-da həmyerlilər cəmiyyətinin
birinci iclasında onun aşağıdakı tərkibdə
idarə heyəti seçildi: T.Makinski
(sədr), H.Qasımov (sədr
müavini), R.İsmayılov
(katib), M.Ə.Sidqi (katibin
müavini) və A.Makinski
(xəzinədar). İdarə heyətinin sabahısı
gün keçirilən iclasında onun üzvlüyünə
namizəd Mirabbas
Mirbağırov’u yerlərdəki
vəziyyətlə tanış olmaq və müəyyən
tövsiyələr hazırlamaq məqsədilə təcili
keçmiş İrəvan quberniyasına göndərmək
qərara alındı. Burada həmçinin… Mirbağırov’un xüsusi səlahiyyətlərlə[107]
İrəvan quberniyasına ezamiyyətə getməsinin ADR-in Baş nazirinin nəzərinə
çatdırılması
razılaşdırıldı» (ss.90-92). Aydın Hacıyev öz əsərində
M.Mirbağırzadənin getdiyi ünvanı dəqiqləşdirir:
«…O (Azərbaycan dövləti
– Ə.T.), İrəvan
quberniyası müsəlmanlarının həmyerlilər cəmiyyətinin
nümayəndəsi Mirabbas Mirbağırovu Araz Türk Respublikasına
göndərdi» (s.53). Prof. İsmayıl Musayev: «Hökumətin
razılığı… ilə 1919-cu
il yanvarın 24-də Bakıdan yola düşən
M.Mirbağırov əvvəlcə Gəncəyə gəlmiş, burada Hərbi
Nazirlik tərəfindən ona qoşulan 12 nəfər Azərbaycan zabiti ilə birlikdə
Qaryagindən (Füzulidən) İrana keçərək
Ordubada, nəhayət, 27 gündən sonra – fevralın 19-da
Naxçıvana çatmışdı». Prof. İ.Musayev göstərir ki,
nümayəndələrin Ordubadda olduqları müddətdə
baş verən ən dəyərli hadisələrdən
biri Araz Türk Respublikası Milli Şurasının bu
mahalın Azərbaycana birləşmək arzusu və niyyətinə
dair protokolunun onlara təqdim edilməsi sayıla bilər.
Qayıdandan sonra hökumətə təqdim etdiyi
yazılı məruzəsində Mirbağırov bununla əlaqədar
Ordubada Azərbaycan hökuməti tərəfindən
bacarıqlı və nüfuzlu məmurlar təyin olunmasını
təklif edib (s.92). Hörmətli professor daha sonra
yazır: «Mirbağırovun
Naxçıvana səfərinin mərkəzində duran məsələlərdən
biri də onun bölgənin
yerli başçıları, habelə ingilislərlə
apardığı danışıqlar olmuşdur. Həmin
danışıqlarda nəzər-diqqəti cəlb edən
məqamlar çox olsa da onların ana xəttini Naxçıvan bölgəsinin
Azərbaycana mənsubiyyəti və idarəçiliyi,
ingilislərin bu işdə iştirakı məsələləri
təşkil edirdi. Birinci belə
görüş və danışıqlar fevralın 22-də M.Mirbağırov’un
və onunla Gəncədən gəlmiş polkovnik'in[108],
ingilis general-qubernatoru’nun,
yerli hökumətin sədri Cəfərqulu
xan’ın və komandan Kəlbalı
xan’ın iştirakı ilə oldu. İngilis
generalının «Siz kimsiniz və nə üçün gəlmisiniz?»
sualına cavabında polkovnik izah etdi ki, biz yerli əhalinin
arzusuna uyğun olaraq Azərbaycan hökuməti tərəfindən
hərbi işin təşkili üçün göndərilmişik.
Bunun müqabilində general bildirdi ki, bu ərazi hələlik Azərbaycanın tərkib
hissəsini təşkil etmir və kimə məxsus
olacağı məlum deyildir, burada ingilis qubernatorluğu mövcuddur,
sizin hökumətin buraya adamlar göndərmək hüququ
yoxdur, mən sizə qonaqlar kimi baxıram. Belə
olduqda M.Mirbağırov
kiçik xalqların Avropa millətləri, xüsusilə də
ingilislər tərəfindən etiraf edilən öz müqəddəratını
təyin etmələri prinsipini, general Tomson’un (Qafqazdakı
İngiltərə qoşunlarının komandanı – Ə.T.) və C.Miln’in (Qafqazdakı
müttəfiq qüvvələrin baş komandanı, ingilis
generalı – Ə.T.) Azərbaycan
dövlətçiliyinə münasibətini
açıqlamışdı. O həm də bölgənin tamamilə
müsəlmanlardan ibarət əhalisinin Azərbaycan
hökumətinə xüsusi rəğbət bəslədiyini
və onların adından gələn nümayəndələrin
bunu təsdiqlədiyini, xeyirxah ingilis nümayəndələrindən
biri kimi generalın da yerli camaatın rifahı naminə
çalışacağına və erməni hərbi dəstələri
tərəfindən qırılmasına imkan verməyəcəyinə
əmin olduğunu bildirmişdi» (s.93). Fevralın 23-də Naxçıvan məscidində
yerli hökumətin üzvləri və Azərbaycan
Cümhuriyyəti nümayəndələrinin
iştirakıyla keçirilən xalq
yığıncağına toxunan prof. Musayev burada
görülən işləri konkretləşdirir: «Xalq
yekdilliklə Azərbaycana birləşmək arzusunda
olduğunu bildirdi, bütün əhalinin və hökumətin
yalnız Azərbaycana tabe olmaq mövqeyi rəsmiləşdi
və bölgənin aşağıdakı şərtlər
əsasında idarə olunması təklifi irəli
sürüldü: 1) anarxiyanın ləğv edilməsi; 2)
hökumətin hazırkı tərkibi ilə bağlı
narazılıqla məsələnin mürəkkəbləşdirilməməsi;
3) hökumətin tanınması və onunla birgə işləməyə
başlanılması; 4) Azərbaycan hökumətinə təqdimat
üçün rəsmi sənədlərə nail
olunması» (ss.93-94). Aydın Hacıyevsə bildirir: «O gün Naxçıvanda daha
bir əlamətdar hadisə baş verdi. Cəfərqulu xanın hökuməti istefa verdi;
görünür ki, bu hökumət Azərbaycana birləşməyin
əleyhinə çıxış edirdi. Bağırov (M.Mirbağırov/Mirbağırzadə
– Ə.T.) öz məlumatlarında
dəfələrlə köhnə hökuməti “diktatura
hökuməti”, onun tərəfdarlarını isə
“diktatura tərəfdarları” adlandırmışdı»
(s.55). (Mirbağırzadənin özünün
yazdıqlarısa bu hökumətin «İrana birləşmək»
tərəfdarı olduğunu aydın göstərir). Fevralın 25-də nümayəndələrin,
ingilis general-quberatorunun və Naxçıvan hökuməti
üzvlərinin ikinci görüşündən
danışan prof. İsmayıl Musayev açıqlayır:
«Görüşdən sonra
zabitlər ancaq Kəlbalı xanı başçı kimi
görmək istədiklərini söylədikdə M.Mirbağırov Kəlbalı
xanın öz namusluluğu və zəhməti sayəsində
xalqın sevimlisi olduğunu, bizimlə işləyəcəyini
və heç kimin onu kənarlaşdıra bilməyəcəyini
bəyan etdi» (s.94). Aydın Hacıyev: «ADR nümayəndələri Cəfərqulu xanın
tərəfdarları və əleyhdarları arasında
qızışan ehtirasları söndürməyə nail
oldular. Onlar məclisi sakitləşdirərək elan etdilər
ki, ADR nümayəndələri kimi mövcud hakimiyyəti
tanıyırlar və onunla əlaqədə işləyəcəklər.
Bəyanat sürəkli alqışlarla
qarşılandı…» (s.55). Prof. İ.Musayev: «Elə həmin gün (25 fevralda – Ə.T.) Naxçıvan hökumətinin
çox gurultulu və kəskin qarşılıqlı hədələr
şəraitində keçən iclasında […] M.Mirbağırov
könüllü surətdə Azərbaycana birləşmək
barədə rəsmi akt tərtib etməyi və bunun
üçün komissiya seçməyi məsləhət
gördü. Siyasi, iqtisadi, hərbi, mülki və mədəniyyət
məsələlərinə dair maddələrdən ibarət
olan akt hökumətin, Milli
Şuranın və ətrafdakı əhalinin nümayəndələri
tərəfindən imzalanaraq, Azərbaycan hökumətinə
çatdırılmaq üçün xüsusi nümayəndə
heyətinə (Naxçıvandan 2, Şərur, Zəngibasar
və Vedibasarın hərəsindən 1 nəfər olmaqla)
təqdim edildi» (s.94). Aydın Hacıyev: «Bu akt
Naxçıvanın könüllü surətdə ADR-ə
birləşməsi haqqında idi. Mətnin
hazırlanması üçün komissiya seçildi. M[ir]bağırov və
polkovnik Ququşov da bu
komissiyaya daxil oldular. Akt siyasi,
hərbi, iqtisadi, maddi və mədəni məsələlərə
aid bəndlərdən ibarət idi» (s.56). M.Mirbağırzadənin
Naxçıvanda olduğu müddətdə yerlərdə
hərbi işin vəziyyətini də öyrəndiyini
faktlarla açıqlayan prof. İ.Musayev daha sonra göstərir:
«Nümayəndə heyəti
texniki səbəblərə görə iki gün İrəvanda qalarkən ermənilərin
ciddi maliyyə böhranlarına məruz
qaldıqlarını, aclıq və bahalıq vəziyyətini,
xəstəliklərdən çoxlu ölüm
hallarını, əsgərlərin ağır şəraitini
və s. müşahidə etmişdi. Missiya Tiflisdə M.Təkinski və İrəvan
quberniyası müsəlmanlarının həmyerlilər cəmiyyətinin
nümayəndələri ilə də
görüşdükdən sonra Azərbaycana qayıtdı»
(s.95). Professorun bu dəyərli əsəri
«Mirbağırzadə missiyası»nın Azərbaycana
döndükdən sonrakı fəaliyyətini də
işıqlandırır: «M.Mirbağırov bölgədəki
və ətraf yerlərdəki siyasi-hərbi vəziyyətlə
tanış olduqdan, azərbaycanlı əhalisinin müxtəlif
təbəqələrinin, ictimai qüvvələrin
mövqelərini və qarşılıqlı münasibətlərini
dərindən araşdırdıqdan sonra aşağıdakı
təklifləri vermişdi:
Bölgədəki vəziyyətin həddən
ziyadə ağırlığını, oradakı problemlərin
təxirə salınmadan həllinin zəruriliyini, səfərin
əhəmiyyəti və yekunlarını əsas tutaraq M.Mirbağırov ümumdövlət
məsələlərinə aid olan bir məruzə kimi onun
Nazirlər Şurasının müzakirəsinə təqdim
olunmasını da məsləhət görmüşdü» (s.95). Aydın Hacıyev: «Azərbaycan hökuməti və hərbi idarə
M[ir]bağırovun gətirdiyi materialları diqqətlə öyrəndilər
və onun nəticələrini nəzərə aldılar»
(s.57). Prof. İsmayıl Musayev: «Bütün
bu cəhətləri nəzərə alan Azərbaycan
hökuməti özünün 1919-cu il 28 fevral tarixli qərarı
ilə Naxçıvan general-qübernatorluğunu…
yaratdı. Həmin qərara əsasən də Bəhram xan Naxçıvanski
general-qubernator, Kərim xan
İrəvanski onun hərbi hissə, Hacı Mehdi Bağırov isə mülki hissə
üzrə köməkçiləri təyin olundular. […]
Martın 16-da B.Naxçıvanski öz ərizəsinə əsasən
general-qubernator vəzifəsindən azad olunaraq xidmətdən
tərxis edilən M.Bağırovun yerinə – mülki hissə
üzrə köməkçüi oldu; Zaqatala
general-qubernatoru Haşımbəyov
Naxçıvan general-qubernatoru təyin edildi» (ss.96-97). Prof. İsmayıl Musayev
«Mirbağırzadə missiyası»nın tarixi dəyərini
bu cür verir: «Naxçıvan
bölgəsinin 1919-cu ilin əvvəli üçün
ictimai-siyasi durumunun və ingilislərin burada yeritdiyi siyasətin,
ADR hökuməti ilə bölgənin əlaqələri və
s. məsələlərin araşdırılmasında
M.Mirbağırovun Naxçıvana səfəri və onun
yekunları barədə İrəvan
quberniyası müsəlmanları həmyerlilər cəmiyyətinə
məruzəsi çox mühüm rol oynadı.
Böyük əhəmiyyət kəsb edən bu səfər,
bizcə, ADR hökuməti ilə
Naxçıvan mahalının azərbaycanlı əhalisinin
əməli və faktiki əlaqələrinin
yaradılması yolunda birinci addım hesab oluna bilər»
(s.92). *** Bunu
da deməliyik ki, Azərbaycanın qədim torpağı
olan keçmiş İrəvan quberniyasında
(Naxçıvan da daxil) xristian qardaşlarının
(rusların, ingilislərin və b.) qısqırtmasıyla
ermənilərin törətdiyi vəhşiliklər və
müsəlmanların, türklərin dözülməz
durumu mövzusunu 1905-dən üzübuyana qələmə
alan Mirabbas Mirbağırzadə, haqqında yuxarıda
geniş söz açılmış missiyasından sonra da
qələmi yerə qoymayıb. Onun bu dövrdə «Azərbaycan» qəzetində «M.A.Mirbağırzadə»,
«M.A.Mirbağırov», «Elçi», «M.B.» imzalarıyla və imzasız çıxmış
«İrəvan:
erməni-müsəlman məsələsi» (7, 9, 21
kanuni-sani/yanvar, 3 şubat/fevral 1919, ¹¹81, 83, 93, 104), «İrəvan
hadisələri» (15 kanuni-sani/yanvar 1919, ¹88), «İrəvan
əhvalından» (19 mart 1919, ¹140), «Erməni cümhuriyyətində
müsəlmanların halı» (9 həziran/iyun 1919,
¹199), «Erməni cümhuriyyətində müsəlmanların
yaşayışı» (7, 8 təmmuz/iyul 1919, ¹¹218, 219),
«Ermənistanda.
(Xüsusi müxbirimizdən). Müsəlmanların
yaşayışı» (15 təmmuz/iyul 1919, ¹225), «Naxçıvan:
Şərur məsələsi» (17, 20, 22, 24 təmmuz/iyul
1919, ¹¹227, 229, 231, 233), «Erməni cümhuriyyətində»
(18 eylül/sentyabr) 1919, ¹276), «Erməni cümhuriyyətində.
İrəvandan gələnlər» (21 eylül/sentyabr
1919, ¹278), «Erməni cümhuriyyətində. İrəvan və
ətrafında» (8 təşrini-əvvəl/oktyabr
1919, ¹290), «Qaçqınlara mənzil köməyi» (26 təşrini-sani/noyabr
1919, ¹330), «Erməni cümhuriyyətində» (4, 5, 6
kanuni-sani/yanvar 1920, ¹¹3, 4, 5), «Zəngibasar və Eçmiadzin
mahalı müsəlman kəndlərinə ermənilərin
hücumu» (9 kanuni-sani/yanvar 1920, ¹8), «Erməni cümhuriyyətində
nələr oluyor?» (18 kanuni-sani/yanvar 1920, ¹14)… məqalələri
sözügedən bölgədə o çağda baş
vermiş proseslərin ən doğru-düzgün salnaməsidir.
Bu yazılarda o, vay-şivən qoparmır, durumu ən
qısa vaxtda hansı yollarla düzəltmək haqqında təkliflər
verir, bəzən hətta Azərbaycan hökumətini astagəllikdə,
Xarici İşlər Nazirliyini İrəvandakı nümayəndəliyini
unutmaqda kəskin tənqid edir.
Ancaq heç bir siyasi partiyanın
üzvü olmayan Mirabbas ağa Azərbaycanın azadlıq
və müstəqilliyini olduqca yüksək dəyərləndirən
alovlu vətənpərvərdi, bu üzdən də Azərbaycan
Cümhuriyyətiylə fəxr edir, onunla əməkdaşlığa,
dövlətimizin tərəqqisinə əlindən gələn
yardımda bulunmağa ürəkdən can atırdı. Çox bacarıqlı bir
iqtisadçı olan M.Mirbağırzadənin bu dövrdə
«Azərbaycan» qəzetində
çap etdirdiyi «Əsgərlik vəzifəmizdir!»
(14 kanuni-sani/yanvar 1919, ¹87), «Çörək
bahalığı» (18 təşrini-sani/noyabr 1919,
¹324), «Təbii sərvətlərimiz» (25, 27, 30 təşrini-sani/noyabr,
10, 11 kanuni-əvvəl/dekabr1919, ¹¹329, 331, 333, 341, 342), «Pulumuzun
etibarı» (18 kanuni-əvvəl/dekabr 1919, ¹347), «Maliyyəmiz,
pulumuz» (13 kanuni-sani/yanvar 1920, ¹11)… məqalələri
dediyimizə əyani sübutdur. M.Mirbağırzadənin bu cür vətənpərvərcəsinə
fəaliyyəti birmənalı qarşılanmırdı. Məsələn,
Hacı
Kərim Sanıyev Parlamandakı
çıxışında belə söyləmişdi: «Po suşestvu ərz edəcəgəm.
Belə ianələr bir neçə dəfə göndərilib.
Bir dəfə Ağaxan və Mirbağırova
verildi ki, aparub qaçqınlara versinlər. Onlar
Bakıda qoydular ciblərinə, bunu biz bilirik. Milli Komitə
adına iki vaqon buğda aparub Tiflisdə satıb pulunu ciblərinə
qoymuşdular. Onu da bilirik» [Azərbaycan Xalq Cümhuriyyəti
(ədəbiyyat, dil, mədəniyyət quruculuğu).
Bakı: Elm, 1998, s.141]. Təəssüf ki, Hacı Kərimin
dediyinə Mirabbas ağanın münasibəti haqqında əlimizdə
hələlik heç bir sənəd yoxdur, ancaq dəyərli
oxucumuza bildiririk ki, əslində Rusiya nökərləri
olan, bu üzdən də Azərbaycanın müstəqilliyinə
düşmən kəsilən, «Azərbaycanın əbədi
səadəti Rusiyadadır» bağıran sosialist (kommunist)
deputatlar (H.K.Sanıyev/Sanılı da onlardandır) Azərbaycan
Cümhuriyyəti hakimiyyətini və onu sevən
insanları gözdən salmaq, onları şantaj etmək məqsədiylə
ən yaramaz iftira və böhtan kampaniyası
aparırdılar. M.Mirbağırzadəyə
ünvanlanmış sözlərin də ağ yalan
olduğuna ürəkdən əminik – o cür elsevər və
yurdsevər, namuslu bir kişinin ac yurddaşlarının
çörəyinə əl uzatması, sadəcə,
ağlasığmazdır! Unutmayaq ki, o çağda yardım və
ianələrin mənimsənilməsi haqqında tez-tez
söhbətlər düşür, ancaq bu fikir mətbuatda
səsləndikdə onlara operativ təkzib verilirdi. Əyanilikçün
bircə örnək göstərəcəyik. «Azərbaycan» qəzetinin
xüsusi müxbiri «Umudvar»
(Ömər Faiq Nemanzadə) bir yazısında Araz Türk
Respublikasının Bakıda nümayəndəsi, artıq
M.Mirbağırzadənin yuxarıdakı yazısından
tanış olduğumuz Paşa
Bayramov’un İrəvandakı soydaşlarımıza
çatacaq pulları öz ticarətinə yönəltdiyini
bildirib. Paşa bəyin qəzetə verdiyi təkzibdən bəlli
olur ki, həmin puldan nəinki bir qəpik də mənimsənilməyib,
hətta onun pulu dəyişdirməsi nəticəsində
dövlətin xəzinəsinə böyük məbləğdə
qazanc girib. Görünür, H.K.Sanıyev bü
sözləri parlamentdə deyib, ancaq mətbuata düşməyib,
ona görə də M.Mirbağırzadə ya bundan xəbərsiz
qalıb, ya da başqa yollarla böhtanı yalanlayıb. Ərzaq
Komissarlığında Sovet hakimiyyətinin ilk illərində
– 1920-22-də Mirabbas Mirbağırzadənin nəylə məşğul
olmasını dəqiq bilmirik. (Yenə ticarətini
sürdürməsini güman etməkdəsə
özümüzü haqlı sayırıq). Azərbaycan SSR Xalq Ərzaq
Komissarlığının Tədarüklər İdarəsi
üzrə verilmiş 16 may 1922 tarixli 75 saylı əmrdənsə
öyrənirik ki, Mirabbas
Mirbağırzadə (komissarlığın/nazirliyin
bütün sənədləri rusca olduğundan onun
soyadı əsasən «Mirbağırov»,
iki sənəddəsə «Mirbağırzadə»
göstərilib) 29 aprel 1922-dən
komissarlığın (nazirliyin) Bakı qəzası
üzrə sahə ərzaq vergisi müfəttişi
təyin edilib[109].
Ancaq nəyə görəsə o, cəmi 1 ay 10 gün
sonra – 9 iyundan «vəzifədən və ümumən
qulluqdan» azad edilib[110].
Buna baxmayaraq, aradan çox keçməmiş komissar/nazir Dadaş
Bünyadzadə’nin 5 iyul 1922 tarixli 122 saylı əmriylə
28
iyundan Bakı qəzası Saray rayonu (mərkəz
Pirşağı kəndində yerləşən 2
saylı tədarük kontoruydu) üzrə sahə ərzaq
vergisi müfəttişi
işləməyə başlayıb[111].
Ola bilsin ki, komissar (nazir) müavini
Bukreyevlə Mirabbas ağanın arasında narazılıq
varmış və bu narazılıq müavinin onu 2
avqustdan Xızı tədarük kontoruna tədarükçü
göndərmək haqqında əmr verməsiylə nəticələnib[112].
Görünür, Mirbağırzadənin həm də komissar/nazir
Dadaş Bünyadzadəylə münasibətləri
yaxın olub və bu yaxınlıq özünü nazirin 9
sentyabrda Bukreyevin əmrini ləğv etməsində[113]
üzə çıxarıb. Ərzaq Komissarlığının
Bakı qəzası üzrə müvəkkili
İsgəndər bəy Əsgərbəyov’un 9
noyabr 1922 tarixli 43 saylı əmriylə Saray sahəsinin sahə
inspektoru M.Mirbağırzadə ştat ixtisarına görə
10
noyabrdan işdən azad edilib[114]. «3
saylı Xızı tədarük kontorunun kontorçusu»
(deyəsən, 2 avqustdan eyni zamanda bu sahədə də
işləyirmiş) M.Mirbağırzadə 20 noyabr 1922-də
44 saylı əmrlə «Xızı sahəsi üzrə ərzaq
vergisini 100 % qurtardığına, tədarük kontorunun
bağlanmasına və ştat ixtisarına görə»
işdən azad edilib[115]. Ərzaq Komissarlığının 18
dekabr 1922 tarixli 205 saylı əmriylə «Bakı qəzasının
keçmiş sahə ərzaq vergisi müfəttişi Mirabbas Mirhüseyn oğlu
Mirbağırov həmin ilin 28 noyabrından yenidən
qulluğa qoyulur və Şamaxı qəzası üzrə
baş ərzaq vergisi
müfəttişi vəzifəsinə təyin edilir»[116]. ZSFSR Xalq Ərzaq
Komissarlığının Azərbaycandakı Müvəkkili
İdarəsinin ərzaq vergisi şöbəsi üzrə 44
saylı əmrlə (17.4.1923) Şamaxı qəza ərzaq
komissarının ezam etdiyi baş ərzaq vergisi müfəttişi
M.M.Mirbağırzadə 10 aprel 1923-dən ərzaq
vergisi şöbəsinin sərəncamında
sayılır[117]
və 16 apreldən Cəbrayıl qəzasına eyni vəzifəyə
göndərilir[118].
Bu təyinatın onun iradəsinə qarşı verildiyini
ondan bilirik ki, Cəbrayıl qəzasının öz
işinə başlamamış baş ərzaq vergisi
müfəttişi Mirabbas ağa cəmi 6 gün sonra –26
aprel 1923-də işdən çıxmalı olub[119]. Həmin «İdarəmizin
güzgüsü»ndə «İdarə» başlıqlı
ikinci şarj-yazıda (müəllifi: «MƏS» – Məhəmmədəli
Sidqi) deyilir: «Bundan əlavə,
Məhəmməd Səid
[Ordubadi] «Ədəbiyyat» cümhuriyyəti nümayəndələrindən
Salman Mümtazın
köhnə qəbiristanlıqlardan səfərbərliyə
aldığı «Şair» adlı əsgərləri öz
tərəfinə çəkməyə
başlamışdır[121] ki, bu da onların arasında yeni
bir ixtilafa bais olmuşdur. Bu ixtilafın həlli həman
cümhuriyyət nümayəndələrindən ülumi-mətnuə mütəxəssisi
Mirabbas Mirbağırova həvalə
olunmuşdur»[122]. Siyasətdən zəhləsi gedən,
ancaq müsavatçılara rəğbət, allahsız
kommunistlərə nifrət bəsləyən dindar Mirabbas
ağanı bu qəzetə gətirən, bizcə, həm
onun ensiklopedik savadına və peşəkar jurnalistliyinə
qəzetin kəskin ehtiyacı, həm də qəzetin
redaktoru Həbib Cəbiyev’lə
və redaksiyada ikinci şəxs sayılan Məhəmməd Səid Ordubadi’ylə
yaxşı münasibətləriydi – bu adamlarla hələ
10-15 il qabaq eyni mətbuat orqanlarında birgə qələm
çalmışdı. O, «Kommunist»
qəzetinin 1000-inci sayının yubileyini «Yeni yol» qəzetinin əməkdaşı
kimi qeyd etdi. Qəzetin 10 yanvar 1924-də çıxan ilk
sayında «M.A.Mirbağırlı»nın 2 yazısı
gedib ki, onlardan biri bu yubileyə həsr edilib. «Yeni türk əlifbası»nda – latın
qrafikasında çıxan «Yeni
yol»da M.Mirbağırzadənin imzası (daha çox: «M.A.»)
1925-in
martınadək görünməkdədir. Həmin
ildən onun silsilə yazıları artıq «Maarif işçisi»
jurnalında nəşr olunur. «Maarif
işçisi»ndə məqalələrinin müntəzəm
çıxması 1925-29 arasında M.Mirbağırzadənin
məhz
bu jurnalda çalışdığını
düşünməyimizə əsas verir. Qəzetçi-alim İqtisadçı. M.Mirbağırzadə
peşəcə iqtisadçıydı və ümumən
iqtisadiyyatı, xüsusən ölkənin
iqtisadiyyatını çox gözəl bilirdi. Təsadüfi
deyil ki, sovet Azərbaycanında iqtisadiyyat üzrə
çıxan iki ən nüfuzlu dərgidə: «Azərbaycan
Ali İqtisad Şurasının əxbarı» və «İqtisadi xəbərlər»
jurnallarında aparıcı müəlliflərdən
biri də M.Mirbağırzadəydi. Onun müxtəlif
imzalarla çap olunmuş, bir-birindən çox uzaq
mövzulu «Azərbaycanda tibbi nəbatat» («Azərbaycan Ali İqtisad Şurasının əxbarı»,
1924, ¹1, ss. 12-14), «Azərbaycanda əlac[123]
otları» («Azərbaycan
Ali İqtisad Şurasının əxbarı», 1924, ¹3,
ss. 18-21), «Azərbaycanda qiymətli nəbatat[124]
yetişdirilməsi» («İqtisadi
xəbərlər», 1925, ¹ 4-5, ss.11-13), «Azərbaycanda dərman
otları» («İqtisadi xəbərlər»,
1926, ¹4-5, ss.45-47; ¹6, ss.23-25), «Salyan qəzasında dərman
otları» («İqtisadi xəbərlər»,
1926, ¹9, ss.46-47), «Azərbaycanda nəbatatı tədqiq
və təcrübə işləri» («İqtisadi xəbərlər»,
1927, ¹9-10, ss.16-19), «Azərbaycanda
bağçaçılıq və bostançılıq
təsərrüfatının artması haqqında tədbirlər
görülməsi» («İqtisadi
xəbərlər», 1928, ¹2, ss.53-54), «Azərbaycanın xaricə
çıqarılmalı meyvələri» («İqtisadi xəbərlər»,
1927, ¹11-12, ss.45-50), «Düyü ziraətinin[125]
əhəmiyyəti» («Azərbaycan
Ali İqtisad Şurasının əxbarı», 1926, ¹6,
ss.21-22), «Azərbaycanda zəfəran təsərrüfatı
haqqında tədqiqat nəticələri» («İqtisadi xəbərlər»,
1926, ¹10-11, ss.72-76), «Kür çayında balıq təsərrüfatı»
(«Azərbaycan Ali İqtisad
Şurasının əxbarı», 1924, ¹7-9, ss. 16-18), «Azərbaycanda
qiymətli dağ mədənləri» («Azərbaycan Ali İqtisad
Şurasının əxbarı», 1924, ¹10-11, ss. 20-22), «Azərbaycanda
mədən varlıqları. Şamaxı qəzasında»
(«Yeni yol» qəzeti, 23 may 1923, ¹16), «Azərbaycanda ipək təsərrüfatının
iqtisadi tarixi» («İqtisadi
xəbərlər», 1927, ¹1, ss.28-33; ¹3, ss.19-24; ¹7-8,
ss.8-14), «Azərbaycanda dövləti əmanət
kassalarının vəziyyəti» («İqtisadi
xəbərlər», 1927, ¹9-10, ss.27-29)… məqalələri,
adlarından da göründüyü kimi, ümumrespublika əhəmiyyətli
problemlərə həsr olunub. Dilçi. Hələ sovet
çağından çox-çox qabaq təmiz dildə
yazmağı təbliğ edən və bu dili öz
kitablarında sərgiləyən M.Mirbağırzadə
1923-dən sonra dilçilik sahəsində də qələmini
sınadı. Onun xüsusən yazının tarixi, əlifba,
imla problemlərinə aid araşdırmaları indi də
ciddi maraq doğurur. «Yeni türk əlifbasının
həyata tətbiqi» («Maarif
işçisi» jurnalı,
1925, ¹6-7, ss.103-104), «Dilimizin düzəlişməsi»
(«Dilimizin islahı» qəzeti.
«Kommunist» qəzetinin
xüsusi əlavəsi, [1923], ¹4), «Danışıq
dilimiz, yazı dilimiz» («Dilimizin
islahı» qəzeti. «Kommunist»
qəzetinin xüsusi əlavəsi, [1923], ¹6), fevral 1923, ¹7), «Yazının
tarixi» («Əmələ
darülfünunu» qəzeti. Türkcə «Kommunist» qəzetinə əlavə, 1923: 22 mayıs, ¹14; 1 iyun,
¹15; 23 iyun, ¹18; 9 iyul, ¹20; 15 avqust, ¹24; 26 avqust, ¹25), «Tənqid
və biblioqrafiya. Fərhad Ağazadənin yeni kitabı: “Nə
üçün ərəb hərfləri türk dilinə
yaramır?”» («Yeni yol» qəzeti,
18 iyul 1923, ¹22), «Yeni
əlifba və savad məktəbi» («Yeni yol» qəzeti, 10 yanvar 1924, ¹1), «Lənkəran
talışlarına yeni türk əlifbası
lazımdır» («Yeni yol»
qəzeti, 9 aprel 1924, ¹8) və b. məqalələri
yüksək peşəkarlıqla yazılıb. Tarixçi. Başqa elm sahələrində
nə qədər uğurları olsa da M.Mirbağırzadəni
biz daha çox iqtisadçı və tarixçi kimi
tanıyırıq. Hələ 1913-14-də çox ciddi
tarix kitabları və məqalələr nəşr etdirməyi
bacarmış Mirabbas ağa 1912-14 tarixləri arasında «Tarixi
fəqərələr. I. Bulğarların mazisi[129]» («İqbal»
qəzeti, 20 dekabr 1912, ¹241), «Tarixi fəqərələr. II.
Serblər və mazisi» («İqbal» qəzeti, 23 dekabr
1912, ¹243), «Tarixi fəqərələr. III. Qaradağlılar və
əhvali-hazirələri[130].
Trakya» («İqbal» qəzeti,
26 dekabr 1912, ¹246), «Əhval və qəraib. Qədim
misirlilərdə ibadət» («Sədayi-həqq» qəzeti, 28 dekabr 1912, ¹236), «Tarixi
məqalə. İslamiyyətin zühurundan qabaq ərəb
arvadları»[131]
(«Sədayi-həqq» qəzeti,
1914, 14 fevral, ¹35; 16 fevral, ¹37; 17 fevral, ¹38) və b. tarixi məqalələrinə
də həyat vermişdi. Yeri gəlmişkən, «tarixdə
qadın» mövzusunda araşdırmalarını o,
Cümhuriyyət və sovet çağında da
sürdürərək «Analarımız nə tövr
olmalıdırlar?» («Azərbaycan»
qəzeti, 10 kanuni-əvvəl/dekabr 1918, ¹61) və «Əski
türklərdə qadın hüququ» («Yeni yol» qəzeti, 19 həziran/iyun
1924, ¹15) kimi sanballı yazılarını da ortaya
qoymuşdu. İstər Cümhuriyyət, istər sovet
dönəmində heç bir tarix kitabı
buraxdırmamış (kommunistlər bu sahəni xüsusi nəzarətdə
saxlayır, oraya «yad» adamların yaxınlaşmasına imkan
vermirdilər), ancaq «Azərbaycanda elmi cəmiyyətlər
və türk ziyalıları» («Qızıl qələm» məcmuəsi, 1924, ¹1, ss.27-28), «Şəki
qəzasında hökmranlıq tarixi haqqında müxtəsər
məlumat» («Maarif
işçisi» jurnalı, 1927: ¹1, ss.63-67; ¹2, ss.105-108; ¹9,
ss.77-86; 1928: ¹1-2, ss.98-107; ¹5-6, ss.115-122), «Şəkidə
xanlıq zamanında məmləkət idarəsi» («Maarif işçisi» jurnalı,
1928, ¹7-8, ss.153-157)… kimi elmi
baxımdan yüksək dəyərli məqalələrini
oxuculara təqdim etmişdi. Sonu da bilinməyən
ömür «Kilvar erməniləri» adlı etnoqrafiya üzrə məqaləsi[132]
Mirabbas Mirbağırzadənin Azərbaycanda olduğunu
göstərən ən son sənəddir. Bundan sonra onun
adıyla heç bir yerdə üzləşmirik – bir yerdən
başqa… «Proletar yazıçısı» Əjdər
Süleymanzadə’nin «İstiqraz
vərəqəsi ¹01, seriya 101121» adlı hekayəsinin[133]
baş qəhrəmanı «Yeni
yol» qəzetinin müxbiri – xronika şöbəsinin əməkdaşı
Mirabbas’dır.
Mirabbas ermənicə «Kommunist»
qəzetini oxuyan (İrəvandan olmasına işarədir),
«Amerika sistemli gözlük» taxan, «axmaz su kibi sakit, yazıq,
lakin yeri gəldiyi vaxt həqiqəti söyləməkdən
özünü alamayan, qara dəniz dalğaları kibi əsəbi»
bir şəxsdir. Müəllif onu hədsiz pulpərəst
təsvir edərək sonda ondan «qisas alır» – əlinə
düşmüş cəmi bircə istiqraz vərəqəsinə
100 min manat udmaq eşqiylə alışıb-yanan
Mirabbasın arzusunu puça çıxarır. Bu əsərdəki Mirabbasın məhz
M.Mirbağırzadə olduğuna heç bir şübhəmiz
yoxdur. Ancaq onun məhz 1930-da tənqid hədəfinə
çevrilməsi (bu vaxt belə tənqidlər yalnız
xüsusi icazə, yaxud göstərişlə olurdu),
şübhəsiz, Mirabbas ağaya hakimiyyətin mənfi
münasibətinin nəticəsidir. Bizcə, o, 1930-un başlanğıcında
özünün (və qardaşlarının?) ailəsini də
götürərək Türkiyəyə
köçüb/qaçıb. Bu üzdən də: 1)
hakimiyyət ondan incik düşüb; 2) Azərbaycanda qalan
qohumları bir daha onun adını hətta öz
uşaqlarının yanında çəkməyə ürək
etməyiblər və bununla da onu yerli-dibli unutdurublar (hətta
bu gün 60-80 yaşı olan yaxın qohumları belə
onun adını eşitməyiblər!); 3) Azərbaycan mətbuatında
və rəsmi sənədlərdə adı görünməz
olub. Bütün bunlarla yanaşı,
fikrimizcə, Mircəfər
Bağırov’la yaxşı münasibətdə
bulunması səbəbindən (sözsüz ki, başqa səbəblər
də ola bilər) M.Mirbağırzadənin bu hərəkəti
mətbuatda və ictimaiyyət arasında o çağlara məxsus
gurultulu «nifrətbildirmə» kampaniyasına çevrilməyib
və yalnız bir hekayənin tənqidiylə də sona
çatıb. Şəki haqqında indiyədək
yazılmış əsərlərin heç birində bu məqaləyə
söykənilməməsi ərəb qrafikasındakı bu
çox dəyərli qaynaqdan çağdaş alimlərimizin
yararlana bilmədiyini göstərir. Bu üzdən də məqaləni
yenidən nəşr etməyi faydalı saydıq. MİRABBAS
MİRBAĞIRZADƏ. ŞƏKİ QƏZASI.
Bu məqalə M.Mirbağırzadənin
«Azərbaycan
qəzaları» silsilə yazılarından
üçüncüsüdür. «Maarif işçisi» jurnalının 1926-cı il
oktyabr və noyabr saylarından (¹¹10, 11)
götürmüşük. Bu məqalə müəllifin Şəki
tarixi haqqında verdiyi bilgini tamamlayır. Həm də indiyədək
elmi ictimaiyyətin diqqətindən yayınmış bu dəyərli
qaynaqdan heç olmasa bundan sonra istifadə edilsin deyə onu
təkrar nəşr etməyi məqsədəuyğun
saydıq. ƏLƏŞRƏF
KƏRİMOV/İSMAYILOV. ŞƏKİ
KEÇMİŞDƏ VƏ İMDİ.
1928-də Şəkidə «Ə.İsmayılov»
imzasıyla nəşr olunmuş bu əsəri Əlyazmalar
İnstitutunda şöbə müdiri işlədiyimiz zaman
– 14 oktyabr 1987-də Qəbələ rayonunun Vəndam kəndində
bir evin damından tapmışıq. İndiyədək Şəki
tarixiylə bağlı yazılmış kitabların
heç birində bu əsərə söykənilməyib;
bu, onun nüsxələrinin əldə
qalmadığını göstərir. Bunu da bildirim ki, həmin əsər
bir il öncə (1927-də) Şəkidə eyni adla, ancaq «Ə.Kərimov» imzasıyla nəşr
edilib, belə ki, «Ə.Kərimov»un
«Şəki keçmişdə
və imdi» kitabını Sabir Əfəndiyevin şəxsi
kitabxanasından götürərək yararlanan şəkili
araşdırıcı Həbibulla Manaflı
özünün dəyərli «Şəki üsyanı» kitabında (Bakı: Zaman,
2000) yazır: «Azərbaycanda
Bakıdan sonra ikinci mətbəə Şəkidə fəaliyyətə
başlamışdır. Həmin mətbəənin
yaradıcısı şəkili sahibkar Həsən
Mustafayev idi. 1911-ci ildə işə başlamış bu mətbəədə
həmçinin Rəşid bəy Əfəndiyevin
''Saqqalın kəraməti'', Rəcəb Əfəndizadənin
''Türk qiraəti'', ''Əsgəri marşlar'' və digər
əsərlər nəşr olunmuşdur»[134].
Ancaq bu göstərilən faktlar kitabın 1928-inci il nəşrində
yoxdur; deməli, müəllif öz əsəri üzərində
yenidən əl gəzdirərək bir il sonra ikinci dəfə
nəşr etdirib. Biz 1987-də əsəri ərəb
qrafikasından çevirərək nəşrə
hazırladıq, kitabın özünüsə bir sıra
başqa əsərlərlə birgə M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasına
bağışladıq, çünki orada onun heç bir
nüsxəsi yoxuydu. Əsərin müəllifi
haqqında uzun zaman tutarlı bilgi əldə edə bilmədik.
Təkcə Qulam Məmmədlinin «İmzalar» kitabından (Bakı: Azərnəşr,
1977, s.45) öyrəndik ki, Ələşrəf
İsmayılov 1925-1926-da «Şəki
fəhləsi» qəzetində yazılarla
çıxış edib. Ancaq onun kimliyini
aydınlaşdıracaq yarım cümləlik belə
işarəyə rast gəlmədik. Son vaxtlaradək əlimizdəki
yeganə bəlgə 1922-də ərəb qrafikasında
çap edilmiş və təsadüfən
tapdığımız bu «Müraciətnamə»ydi: «Nuxa qəzasında
ərzaq vergisinə mübaşir üçlər heyəti[135] tərəfindən Azərbaycan
İctimai Şura Cümhuriyyəti Komissarlar
Şurasının kənd təsərrüfatından
hökumət nəfinə alınacaq vergi haqqında
qoyduğu qanuna görə, 1922 sənə məhsulatından
Nuxu qəzasından bir desyatin yerdən ələ gələn
taxıla üç putdan əskik olmamaq şərtiylə
hökumət nəfinə vergi alınmalıdır. Həmin
vergi bostan, dirrik, bağ, çəltük, qoruq yerlərindən
dəxi olacaqdır. Azərbaycan üçün bu ildə
lazımi qədər taxıl olmalıdır ki,
böyük hökumət fabrikalarında, zavodlarda işləyən
fəhlələri, qırmızı ordu əsgərlərini,
milisyaları, priyutlarda olan yetim balaları və acizləri
və başqa idarədə qulluq edən məmurları təmin
etmək. Hərgah ərzaq vergisi tamam yığılarsa fəhlə,
əsgər və başqa qulluqçuların dolanması
üçün hökumət də kağız pulu az
miqdarda buraxacaqdır. Bunilə də fabrik şeyləri
çoqalaraq, yəni təsərrüfat yüksəlməsiylə
manatın da qiyməti yüksələcəkdir. Hərgah
manatın qiyməti yüksələrsə vergidən və
özünə lazım olan miqdarından artıq
taxılı kəndli və mal sahibi bazarda öylə qiymətə
sata bilər ki, əlinə gələn pula da istədigi təsərrüfat
ehtiyacını alar. Əgər ərzaq vergisinə layiqincə
əməl olunmasa və hökumətin ərzaq
varlığı düzəlməsə o vəqt öz
qulluqçularını dolandırmaq üçün
hökumət çoq-çoq kağız pullar buraqub
taxıl almalıdır. Bunilə də manatın qiyməti
düşər, hər şeyin də qiyməti yüksələr.
O vəqt kəndlilər satdıqları taxılın ələ
gələn puluna bir şey ala bilməyəcəklər. Nuxa qəzası
kəndlilərinin vergi işini yüngülləşdirməkdən
ötrü üçlər heyəti tərəfindən mərkəzi
Azərbaycan Ərzaq Komissarlığına kəndlilərimizin
fəqirliyini çəkdikləri
ağırlığı yetişən zərərləri
məlumat verib başqa yerlərə nisbətən verginin
az alınmasına artıq dərəcə səy
edilmişdir». Sənədi Nuxa qəza Kommunist
Firqəsinin məsul katibi Qulam Axundov, Xalq Ərzaq
Komissarlığı vəkili Həsən Əbdürrəhmanov
və ərzaq vergisi heyəti katibi: Qumanets’lə
yanaşı Nuxa İcraiyyə Komitəsinin sədr vəkili Ələşrəf
İsmayılov da
imzalayıb. Bu sənəd Ə.İsmayılovun Şəkidə
yeni qurulmuş hakimiyyətin fəallarından olmasından,
şəhərin (rayonun) hakimiyyət nərdivanının
yüksək pilləsində dayanmasından soraq verir. Tanınmış Şəki
ziyalılarından Hikmət Əbdülhəlimov’la[136]
bu yaxınlarda söhbət etdiyimiz zaman bu fakt təsdiqləndi.
Müəllifin adını eşidən kimi Hikmət müəllim
Şəkidə hamının «İspalkom
Ələşrəf» kimi tanıdığı bu şəxsin
uzun müddət Şəki İcraiyyə Komitəsinin sədri
işlədiyini dedi. Ağsaqqal professorumuz Şirməmməd
Hüseynov da İspalkom Ələşrəfin Şəki
camaatının xatirəsində özünəməxsus
unudulmaz iz buraxdığını bildirdi. Ancaq istər H.Əbdülhəlimov,
istərsə də prof. Ş.Hüseynov onunla bağlı tərcümeyi-hal
səciyyəli heç nə deyə bilmədilər. Bundan
sonra Azərbaycan MEA Şəki Regional Elm Mərkəzinin
direktoru, professor Zəkəriyyə Əlizadə’yə
müraciət etdik və bir neçə gündən sonra
o, Ə.İsmayılovun əsl familiyasını (Kərimov),
doğum və ölüm illərini (1888-1963) dəqiqləşdirdi
və fotosunu Şəki muzeyindən götürərək
bizə çatdırdı. (Bu yardımlarına görə
hər üç alimimizə dərin təşəkkürümüzü
bildiririk). Artıq ipucu ələ
keçirəndən sonra AR Siyasi Partiyalar və İctimai Hərəkatlar
Mərkəzi Dövlət Arxivinə üz tutduq və Ələşrəf Kərimov/İsmayılov’un
2 şəxsi işini tapdıq[137].
Buradakı sənədlər (təbii ki, hamısı
ruscadır) onun həyat və fəaliyyətini incəliyinədək
izləməyə imkan verir. Müxtəlif illərdə
yazılmış tərcümeyi-hallardan aydın olur ki, Kərimov (eyni zamanda: İsmayılov; «İsmayılov» daha çox
partiya fəaliyyətiylə bağlı sənədlərdə
görünməkdədir) Ələşrəf
İsmayıl oğlu 12 iyul 1888-də (bəzi sənədlərdə:
1892) Şəkinin Çay
qırağı hissəsinin Gümburlar
məhəlləsində doğulub. Atası İsmayıl Kərim oğlu,
anası Səltənət Əli
qızı’dır. 35 yaşındaykən – 1923-də
yazılmış aşağıdakı sənəd onun
ömür yolunu işıqlandıran ilk rəsmi
qaynaqdır. Onu oxuyanda istər-istəməz bu nəticəyə
gəlirsən: Ələşrəf İsmayılovun
qılıncının dalı da, qabağı da kəsib və
o kəsən başa sorğu-sual olmayıb. Gəlin sənədlə
tanış olaq: «ATTESTAT Bu, Azəripək
zavod idarəsinin müvəkkili, Nuxa şəhər vətəndaşı,
1888-də doğulmuş yol. Ələşrəf
İsmayılova ondan ötrü verilib ki, Azərbaycanın
sovetləşməsi günündən indiyədək yol.
İsmayılov bu vəzifələrdə olub: Nuxa İnqilab Komitəsinin
üzvü, İnqilab
Komitəsi sədrinin müavini, Siyasi Büronun müdiri,
[Nuxa] Qəza Milis İdarəsinin rəisi, Qəza
İcraiyyə Komitəsi Daxili İşlər Şöbəsinin
müdiri, Qəza İcraiyyə Komitəsi sədrinin
müavini; həm də bu işlərlə yanaşı qəza
partiya komitəsinin müxtəlif tapşırıqlarını
yerinə yetirib, müxtəlif
İstintaq Üçlüklərində və Fövqəladə
Üçlüklərdə,
eləcə də müxtəlif təsərrüfat
komissiyalarında, kampaniyalarda və s.-də sədr kimi
iştirak edib. Onun – yol.
İsmayılovun xidməti inqilabın coşğun
çağında Nuxa qəzasında
əksinqilabi ünsürlərlə və banditizmlə
mübarizəyə yönəlib və bu işdə o,
parlaq uğurlar qazanıb… Deyilənləri
AK(b)P Nuxa Qəza Komitəsi və Nuxa Qəza İcraiyyə
Komitəsi imzalarla və möhür basmaqla təsdiqləyir. Qəza
[partiya] komitəsinin məsul katibi Rüstəmbəyli Qəza
[partiya] komitəsi təşkilat şöbəsinin
müdiri İ.Tağıyev Qəza
İcraiyyə Komitəsinin sədri A.İsgəndərov Qəza Həmkarlar
bürosunun sədri Ömər
Nəcməddin Qəza
İcraiyyə Komitəsinin katibi Abdullayev 28 iyul 1923, Nuxa şəh.»[138]. 1933-də artıq Nuxa MTS-inin[139]
direktoru Ələşrəf
İsmayılov haqqında yazılmış başqa bir
qısa partiya arayışından[140]
aydınlaşır ki, onun qılıncı son on ildə də
«korşalmayıb». Sənəddə deyilir: «Türkdür.
İctimai mənşəyi – fəhlə. 1920-ci ildən
AK(b)P üzvü. Təhsili – aşağı – özü
öyrənən. Qabaqlar bu vəzifələrdə işləyib:
Nuxada Qəza İnqilab Komitəsi sədrinin müavini
(21-22-ci illər), Siyasi Büro müavini (22-23), Qəza
İcraiyyə Komitəsi sədrinin müavini və orada
şöbə müdiri (23-24), Nuxada ipək üzrə
zavod idarəsinin direktoru (24-25), Qəza İcraiyyə Komitəsinin
sədri (25-28), Zaqatalada Qəza İcraiyyə Komitəsinin
sədri (28-29), Lənkəranda Mahal İcraiyyə Komitəsinin
sədri (29-30), Nuxada Mahal İcraiyyə Komitəsinin sədri
(30-31), Nuxada Şəhər Sovetinin sədri (31-32), Azərbaycan İpəkçilik
Trestinin direktoru (32-33), Nuxada rayon zavod idarəsinin direktoru
(-33). Partiya cəzaları yoxdur. MTS direktoru 1933-ün
noyabrında təsdiq edilib». Bu iki sənəd
arasındakı uyğunsuzluqların səbəbini
aydınlaşdırmaq kimi cəncəl işdən
yayınaraq xatırladım ki, Ə.Kərimov/İsmayılov
1922-nin dekabrında Moskvadakı Ümumfederasiya Sovetlər
qurultayına nümayəndə göndərilmişdi. Heç bir təhsil görməmiş
savadsız şəxsi belə məsul vəzifələrə
yüksəldən bir partiyaya Ələşrəf Kərimov/İsmayılov
borclu qalmadı – o, Kommunist Partiyası və Sovet hökumətinin
istisnasız olaraq bütün göstərişlərini
xüsusi ehtirasla və canfəşanlıqla yerinə
yetirdi. 22 noyabr 1955-də «Sov.İKP birinci katibi»[141]
N.S.Xruşşova yazdığı şikayət ərizəsində
özünün xidmətlərini sayaraq göstərir: «17
aprel 1930-da partiya və hökumət tərəfindən
qolçomaq üsyanını yatırmaq və onun nəticələriylə
mübarizə aparmaqçün təcili olaraq Nuxa qəzasına
göndərildim. Üsyan bütünlüklə
yatırıldı, nəticələri ləğv edildi və
həyat normal axarına düşdü. Bundan sonra mən Bakı şəhərinə dəyişdirilərək
Azərbaycan İpəkçilik Trestinin direktoru vəzifəsinə
təyin edildim»[142].
Həmin ərizənin sonunda o, Xruşşova bir daha
xatırladır: «Nuxa qəzasında 1930-uncu
ildəki qolçomaq üsyanının
yatırılması və ləğv edilməsində mənim
xüsusi rolum olub. Mən həyatımı
əsirgəməmişəm». Sözügedən arxivdəki
bir çox sənədlər də Ələşrəf Kərimov/İsmayılov’un
yazdığını təsdiqləyərəq onun «çekist», «xalq düşmənlərinə
qarşı barışmaz», Şəkidə «banditlərin məhv edilməsində
mübariz»… olduğunu göstərir. Bu
yazılanların sadəcə açımı belədir
ki, Şəkidə bütöv nəsillər və ailələr
Ələşrəf Kərimov/İsmayılovun sadalanan
keyfiyyətləri sayəsində amansızlıqla məhv
edilib. Bu üzdən Şəki camaatı, yumşaq desək,
onu sevməyib. Şəki üsyanının
tarixi və mahiyyəti haqqında danışmaqdan yan
keçərək (Həbibulla Manaflının çox dəyərli
«Şəki üsyanı» əsərində
bu haqda yetərincə bilgi verilir) təkcə bunu göstərim
ki, Azərbaycanın 8 rayonunu əhatə edən, mərkəzi
Baş Göynük kəndi
və başçısı Baş Şabalıdlı
böyük ruhani Molla Mustafa
Şeyxzadə olan, 1930-un 12 aprel gecəsi alovlanan və böyük
hərbi qüvvə yeridilməklə mayın 12-sində
yatırılan (ancaq qaçaq hərəkatı şəklində
1947-yədək davam edən) Şəki üsyanında bir
ayda ən azı 180 nəfər məhv edilib, 150 nəfər
yaralanıb. «Kütləvi həbslər
zamanı ağına-bozuna baxmadan 865 nəfər tutulub
saxlanılmış, onlardan 226 nəfərinə üsyan
iştirakçısı kimi ittiham irəli
sürülmüşdür»[143].
Üsyanı yatıran – kommunistlərin diliylə desək,
«banditlərə qarşı mübarizə aparan» hökumət
adamlarının «törətdiyi
cinayətlərin sayı-hesabı olmamışdır. Məhz
onların göstərişi ilə hətta üsyanda
iştirakı şübhə doğuran, haqsız təqiblərdən
qorxaraq gizlənən insanların evləri
yandırılır, ailə üzvləri həbs edilərək
zindanlara atılırdı. Bu cəlladlar adamlara qəbirə
bənzər çalalar qazdırır, sonra isə
onları elə oradaca güllələtdirirdilər»[144].
«Qaçağa yardım etmək» adıyla həbs edilənlər
içərisində xalq şairimiz Bəxtiyar Vahabzadənin
atası Mahmud ağa da vardı[145].
17 apreldən «qolçomaq
üsyanını yatırmaq»da fəal iştirak edən
Ələşrəf Kərimovun Xruşşova məktubda
dönə-dönə xatırlatdığı «xüsusi
rol», bax, bu cinayətlərdə iştirakdan ibarətdir. Şəki ağsaqqallarından
biri bu yaxınlarda bizə belə bir əhvalat
danışdı. Bir dəfə məclisdə İspalkom Ələşrəf
özünün düz işlədiyini söyləyir,
indiki raykom və «ispalkom»lardan şikayətlənərək
deyirdi ki, onlar bir-iki il işləməmiş özlərinə
ev, imarət tikirlər, ancaq mən neçə illər iri
vəzifələrdə oldumsa da ev tikmədim. Bu vaxt məclisdəki
Baxşəli
əfəndi (Şəki muzeyinin direktoru işləyib;
İspalkom Ələşrəfin əliylə repressiyaya
uğrayanlardan biri də o olub) dözməyərək yerindən
dedi ki, ay Ələşrəf, sənin ev yıxmaqdan
heç vaxtın qalıb ki, ev də tikəydin?!. Bəllidir ki, Kommunist Partiyası
və Sovet hakimiyyəti öncə düşmənlərini
çekistlərin və «mübariz kommunistlər»in əliylə
məhv etdi, sonra da məhv edənlərin özünü
aradan götürdü. Bu «ənənə» Ələşrəf
Kərimovdan da yan ötmədi. Onu 3 avqust 1937-də «xalq düşməni» kimi həbs
edərək partiyadan da qovdular. İndiyədək
başqalarına etdiyini indi onun öz başına gətirdilər
– zindanda 2 il yarım sürən istintaqda çoxlu işgəncələr
çəkdi. Ancaq hansı möcüzə sayəsindəsə
sağ qaldı – 9 fevral 1940-da cəmisi 3 il iş alaraq 3 avqust 1940-da həbsdən
buraxıldı. Bundan sonra partiyaya bərpa olunmaq
və görünür, yenə mühüm vəzifələr
tutmaqçün uzun illər boyu inadlı mübarizə
aparan Ələşrəf Kərimov Şəkidə
kommunal təsərrüfat idarəsində təmir kontorunun
direktorundan böyük vəzifəyə yüksələ
bilmədi. Düzünə qalsa, bu tərcümeyi-halı
çox da geniş verməyə həvəsimiz yoxdu, ancaq
düşündük ki, bunun özü də həm Şəkinin,
həm də ümumən xalqımızın tarixinin
ağrılı-acılı bir parçasıdır və
bu ömürdən də ibrət götürməliyik. «Ə.İsmayılov»
imzasıyla buraxılmış «Şəki
keçmişdə və imdi» kitabının
özünə gəlincə, tarixçilik prinsipləri
gözlənilməyən (hadisələrin hamısı
mücərrəd «keçmiş»də və «indi» baş
verir) bu əsəri kommunistlərin tarix kitablarını məhz
kimlərə yazdıraraq tarix elmini necə siyasiləşdirdiklərini,
bolşevik müəlliflərin milli tarixi nihilistcəsinə
necə saxtalaşdırdıqlarını, kommunist təbliğatının
70 il boyunca öz siyasi düşmən və rəqiblərinə qarşı necə amansız və
qəddar yalan-böhtan sistemindən
yararlandığını əyani şəkildə
göstərmək baxımından bu nəşrə
salmağı faydalı saydıq. MADDEYİ-TARİXLƏR.
Bu maddeyi-tarixləri 4 noyabr 1979-da tərtib
etmişik. Öncə Kərim ağa Fatehin «Şəki xanlarının
ixtisar üzrə tarixi»nə qoşmaqçün
hazırladığımız həmin maddeyi-tarixlərin əlinizdə
tutduğunuz bu kitabdakı bütün qaynaqlarla da
bağlılığını görərək onları
kitabın sonunda verməyi faydalı saydıq. Maddeyi-tarixlər
qaynaqlardakı bir çox adamlar, hadisələr haqqında
daha dolğun təsəvvür yaradır, Şəkinin və
Şəki qəzasının keçmişi haqqında
geniş bilgi verir. Əlyazmalar İnstitutunda saxlanan
beş farsca qaynaqdan
götürdüyümüz bu 95 maddeyi-tarixin heç
birinin yazarı, yazılma tarixi göstərilməyib. Maddeyi-tarixlərin qaynaqları bunlardır: 1.
Fr.1294/7379 şifrəli bir vərəqlik əlyazmadır.
Adı «Tarixnamə» göstərilib.
Çox səliqəli xətlə, savadlı
yazılıb. Kağızının köhnəliyinə
görə, qalan 4 qaynaqdan qədim olduğu bilinir. 38
maddeyi-tarix var. 2.
Fr.1318/7464 şifrəli bir vərəqlik əlyazmadır.
Üstündə «maddeyi-tarixlər»
sözü yazılıb (bizcə, bu sözləri Böyük Salman Mümtaz yazıb, xətt onunkuna bənzəyir).
54 maddeyi-tarix var. 3. Yenə
həmin şifrəli bir vərəqli əlyazmadır.
Üstündə heç bir qeyd yoxdur. Xətti səliqəsizdir.
50 maddeyi-tarix var. Bu vərəqdəki məlumatlarla 1 və
2-ci qaynaqlarda da üzləşirik, buna görə də
müəllifin onlardan yararlandığını
düşünürük. Ancaq buradakı bəzi tarixlər
ay və gününədək göstərildiyindən
onları daha doğru sayırıq. 4. Yenə
həmin şifrəli, 1242 (1826/27)-ci ildə verilmiş
şəhadətnamənin boş qalan 4-üncü səhifəsində
səliqəsiz şəkildə yazılmış
çoxlu maddeyi-tarixdən ibarəydir. Bu maddeyi-tarixlərdən
bir çoxu ciddi önəm daşımadığından
onlardan yalnız ən gərəklilərini
götürdük. Tarixləri Hacı
Çələbi əfəndi’nin yaxın adamı yazıb. Fr.1318/7464 şifrəli bu üç əlyazmanı
(2, 3, 4-üncü qaynaqlar) Respublika Əlyazmalar Fonduna (indiki
Əlyazmalar İnstitutuna) kimsə vaxtilə bir
yerdə verib. Bu üzdən onların müəllifinin
ya eyni adam, ya da yaxın qohumlar olduğunu
düşünürük. 5. Həbib Səmədzadə’nin
arxivində olmuş Şəki və Şirvan tarixinə
aid B-589/10505 şifrəli əlyazmanın 47-49-uncu vərəqlərində
yazılmış 60 maddeyi-tarixdən ibarətdir. Burada bəzi
tarixlərin qarşısında türkcəmizdə
şerlər də verilib. Bu qaynaq ilk dördündən
daha inandırıcıdır. Maddeyi-tarixləri, orijinallardan fərqli olaraq, burada tarixi
ardıcıllıqla düzərək nömrələmişik.
Cümlələri, demək olar ki,
qısaltmamışıq. Mətnə
artırdığımız sözləri düz mötərizə
[] içərisində vermişik. Hər maddeyi-tarixdən sonra onun
qaynaqlar üzrə tarixi göstərilib, çünki
qaynaqlarda göstərilən tarixlər bəzən bir-birinə
düz gəlmir. 1,2,3,4,5 rəqəmləri
qaynağın nömrəsini, onların ətəyindəki
(indeksdəki) rəqəmlərsə maddeyi-tarixin göstərilən
qaynaqda neçənci olduğunu bildirir. Məsələn,
342 göstərir
ki, bu maddeyi-tarix 3-üncü qaynaqda 42-ci yerdədir.
(4-üncü qaynaqdakı maddeyi-tarixlər çox
dağınıq olduğundan onlarda sıra nömrəsi
göstərməmişik). Hicri ay (qəməri) tarixlərin
mötərizədə miladi tarixlə
qarşılığını biz müəyyənləşdirmişik
(ərəblərin yaratdığı elektron proqramla). Bəllidir
ki, hər bir miladi il hicri qəmərinin iki ilinə
düşür. Bu illərdən birini düzgün
tapmaqçün hicri qəməri ilinin ayını (bəzən
də gününü) bilmək gərəkdir. Ay bəlli
olmadıqda miladinin iki ilini göstərmişik (bəzi bəlli
tarixləri çıxmaqla). Maddeyi-tarixlərin hamısını
farscadan türkcəmizə çevirmişik. Çıxarışlar, bütün
ətək yazıları, qeydlər bizimdir. ARTIRMALAR.
Bu kitaba artırdığımız
şerlər də Şəki tarixinin ədəbiyyatımızdakı
bədii salnaməsidir, buna görə də onları
tarixi-bədii qaynaqlar kimi dəyərləndirərək
burada verməyi gərəkli bildik. Bizcə, onlar tarixi mənbələri
daha incəliklə mənimsəyə yardımçı
olacaq. Götürüldüyü yer hər şerin sonunda
göstərilib. İndiyədək nəşr olunmuş
şerlərdə yol verilən yanlışlıqları
orijinallara dayanaraq düzəltməyə
çalışmışıq.
*** Bu kitabın işıq üzü
görməsinin səbəbkarlarına – Şəki Regional
Elm Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadə’yə,
naşir, Şəki Şəhər İcra Hakimiyyətinin
başçısı Nazim İbrahimov’a, əlyazmaların
nəşrə hazırlanması prosesində bizə əlindən
gələn yardımda bulunmuş Hikmət Əbdülhəlimov,
Oğuztoğrul Tahirli, Məzahir
Cəmilli və İsmayıl Calallı’ya,
eləcə də araşdırmalar zamanı işləməyimizə
hər cür şərait yaratmış AR Dövlət Arxivi, AR
Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi
Dövlət Arxivi, AR Milli Təhlükəsizlik Nazirliyi
Arxivi, AR Milli Elmlər Akademiyası Mərkəzi Elmi Arxivi,
AR MEA Əlyazmalar İnstitutu, AR Milli Kitabxanası
müdir və əməkdaşlarına sonsuz minnətdarlığımızı
bildiririk. Uca Tanrı hamısını Öz pənahında
saxlasın! Amin! 21 mart
2005. Mustafa ağa ŞUXİ. Kərim
ağa Fatehin tərcümeyi-halı (Seçmə
parçalar)[146]
Fi
mahi-… səneyi-islamiyyə 1274
tarixdə[147]
bəndeyi-fərzəndi-məhcuru[148]
azimi-dərgahi-gərduni-bargahi-Rusiyyə olduqda[149]
… [atam] həddən ziyadə məhzun və qəmi-ələmi-fəraq
ilə şikəst və məğmun olub zəbani-gövhərnisar
ilə neçə nəsayehi-axirəvi və dünyəvi
bəndələrinə[150]
təkidən əmr edib buyurdular ki, mən səni dübarə
görməyəcəyəm və səndən sonra
heç bir karbar ilə məşğul ola bilməyəcəyəm… Nəhayət, tarixi-zükurda şəhri-Nuxudan
azim olub… ol gündə ictimai-kəsrəti-əhli-əyan və
xanani-vilayət hüzurunda cəm ikən xah-naxah izniylə
vidalaşıb azimi-sövbi-məqsəd oldum. Mənim əzmimdən
sonra gələn məktublardan məfhum olunurdu ki, dərdi-fəraqdan…
qayətdə pərişan və təlxtər olub... Nəhayət, bəndənin əzmi-səfərindən
sonra tarixi-islamiyyə 1275-[də][151]
dübarə çərxi-vajgun bu fərağilə bərtəsəlli
olmayıb fəraqi-əzim və hicrani-pursovlətü bim
ki külli-nəfsə çeşidə etdirəcək,
araya salıb mütəbəqqeyi-mütəzaid
naxoşluqdan vəfati-vilayəti-məmatları vaqe təğyiri-ruhi-pürfütuhları
sarayi-fənadan pərvazi-darül-mülki-bəqayi-rövzeyi-rizvanə
məqam etdikləri… əsərin cənabi-qazi Əbdürrəhman
ağa həzrətlərinin məktubundan… məzmunu
məfhum olduqda… hicran didəni tarmar və dideyi- intizari-həsrətkeşi
giryanü zar-zar etməyin təqrirü təhriri
mümkün deyil. Əl-mühərrirətül-həqir
Şuxi. Qəzəli-türki dər vəfati-pədər.
Qofte dər Peterburq[152]. Alışdı
atəşə çün tur gördügün Şuxi, Tutuşdu qəmlərə
məsrur gördügün Şuxi. Xumarlandı
baxunabə, çəkər çeşmi Şərabi-zövqilə
məxmur gördügün Şuxi. Yetirdi
guşinə gərdun nəvayi-suzü güdaz, Süruri-eyş ilə
pürşur gördügün Şuxi. Söküldü
xaneyi-cismi həvayi-firqətdən, Binayi-şövq ilə
məmur gördügün Şuxi. Fəna
da vermədi fürsət fələk vüsalə yetə, Bəqayə
qaldı çü məhcur gördügün Şuxi. Bu
bari-ğəmlərə tab etməyib giryan gözləri, Yıxıldı nər
kimi pürzur gördügün Şuxi. Sərvəri-şəmi
sönüpdür diyari-qürbətdə, Düşüpdü
zülmətə binur gördügün Şuxi. (Bundan sonra Mustafa ağa bildirir ki,
atası vəfat edəndə qürbətdən heç
bir əl yetirə bilmədiyinə görə özünə
təskinlik üçün, atasının borcundan
çıxmaqdan ötrü onun tərcümeyi-halını
başdan-ayağa yazmağı özünə vəzifə
bilib). …İzhar və bəyan ola ki, pədəri-valagövhər
Kərim ağa ibn Fətəli
xan rizvanməkanü talibullah[ın] dürüst tarixi
müəyyən deyil. Bir parə əhvalat-əxbaratdan məlum
və məfhum olur ki, kətmi-ədəmdən səhrayi-vücudə
təşrif gətirib təvəllüd etməkləri
olub səneyi-islamiyyə 1202
tarixdə[153]
Şəki ölkəsində.
Silsileyi-bərgüzideyi-xəvanini-əzamdan[154]
olub, pədəri-valaməqamları[155]
mərhum Fətəli xan ibn
Hüseyn xan bəylərbəyiyi-Şəki
və Şirvan ibn Həsən ağa ibn Hacı Çələbi
xan mərhum, madəri-mehribanları[156]
Xurşid xanım əsl-əl-Qübbə[157]
əvvəl
Hacı Əbdülqadir xan ibn Hacı Çələbi xana
təzvic olub[158], bəd[159] Fətəli
xan mərhuma. Nəhayətdə aqilə və kamilə
olmağı məşhur və mübərhəndir. Pərvəriş tapıb qələdə
hərəmi-xəvanində. Pədəri-valaməqamlarının
hüzurunda təlimi-məktəb olub, xirdəsalə vəqtində
qələdə məktəbi-xəvanində[160]
Molla Veyis nam molladan və bədha
xəvanin mirzələrindən məşqi-xətt
edib… Özündən başqa heç bir
bəradər-həmşirəsi[161]
olmayıb. On yeddi sinninə qədər[162] olub
atasının hüzurunda təlim-tərbiyət ilə məşğul.
Atası Fətəli xanın əvaili-xanlıq hökumətində[163]
Şirvan xanı Mustafa xan
xahiş etməyə binaən (oğlun göndərsin mənim
yanıma, övladım yoxdur,
bir qədər vəqt yanımda qalmağa), o halda Mustafa xan
xanlar mabeynində yuxarı əlli olmağa görə, Fətəli
xanın da əvaili-hökuməti və iki qardaşları: Məhəmmədhəsən
xan və Səlim xan Mustafa xanın indində[164]
olmağa binaən, dostluqları istehkamı
üçün göndərib Mustafa xanın yanına. Səneyi-islamiyyə 1219 tarixdə
fi ibtidayi-mahi-zilqədə[165]
azimi-şəhri-Şəmaxı olub[166].
Xani-məzkur Mustafa xan nəhayətdə
ehtiram ilə qəbul və məhəbbət edib və
ziyadə izzətlə öz nəzərində tərbiyət
ilə saxlayıb. …Vilayəti-Şirvan mabeynində və
mərhum Mustafa xanın axiri-ömrünə qədər
bir-birinə irsal-mərsulu və əkabiri-şəhri-Şəmaxı
ilə bədəsturi-irsal… olub, nəhayət mərtəbə
sevgili olub əhaliyi-Şirvan arasında. Bu münval ilə yeddi il qalıb Şirvanda, sonra mərhum
atasının xahişinə görə Mustafa xan təzim
ilə azim edib atası hüzuruna. Şəkiyə gəlib,
Şəki ölkəsi dövləti-Rusiyyə təhti-itaətinə
daxil olub və Xoylu Cəfərqulu xan Şəkidə rus tərəfindən
hökumətdə olan əsnada tarixi-islamiyyə 1226 tarixdə[167] igirmi dört sinnində olub Şəkidə
atasının hüzurunda. Ol əsnalar öz nəsillərində
hökumət olmayıb. Olub Şəkidə öz
atasının hüzurunda qələdən kənar, Yuxarıbaş məhəlləsində… Atasının vəfatından sonra… təzvic
edib bizim validəmizi ki, mollazadələrdən
bir səbiyyə olub, nəhayətdə ədəb-həyada
məşhur olmağa binaən öz xidmətkarlığı
üçün. Bundan övladi-zükur təvəllüd
edib ünasdan maəda[168]
yeddi nəfər: Abbasqulu, Məhəmməd,
Əbdülhəmid, Mustafa[169], Əhməd, İsmayıl və Cəfər. Və bəd… təzvici-tənkih
edib öz əmizadəsi Tutu ağa Məhəmmədhəsən
xan səbiyyəsini ki,
əqdəm Xoylu İsmayıl
xanın hərəmi olmuş ola. Az vəqtdə mabeynlərində
nifaq ittifaq olmağa binaən vaqeyi-təlaq olub. Bədə əvaxiri-ömri-şərifində
öz qarabaşlarından birini təzvic edib, bundan
övladi-zükur təvəllüd edib üç nəfər:
Əbdüləziz, Əbdüssəməd
və Məhəmməd
ki, cümlə övladi-zükuru olub on nəfər.
Bunlardan beş nəfərləri öz əyyami-həyati-babərəkatında[170]
vəfat ediblər; namları: Abbasqulu, Məhəmməd, Əhməd,
Əbdüləziz, Əbdüssəməd… (Bundan sonra İbrahim bəy
Talış’ın və Pur Pələng’in[171]
qəzəlləri verilib). Bədha məlum ola ki, səneyi-islamiyyə
1258 tarixdə[172]
Nuxu bazarı sərapa yanıp və böyük Cümə
məscidi və minarə və ətrafda olan cümlə
evlər müstəğrəqi-atəşsuzan olup
üç saətin ərzi-tulunda bir vaqiəyi-öylə
ki, vəsfi mümkün olmaya. Bu suzişdən[173]
sonra həzrəti-xüldi-aşiyan təmirata iqdam edip,
bazarda suzan olan[174]
özünə məxsus dükanlardan otuz baba qədər
dükan daş-kirəclə və böyük Cümə
məscidini təmirə iqdam edip öz babası mərhum
Hüseyn xani-büzürgün[175]
binası olmağa görə və minarənin başın
və pilləkanların və əlavə təxrib olan yerlərin
və məscidin dəruni yerini bir parənin. İtmam etməyə
qüvveyi-ömri-şərifi vəfa etməyip. (Bundan sonra qazi Abdulla
əfəndi Ərəşi’nin bu hadisəyə həsr
etdiyi şeri və mərhum Hacı [Mücrüm] Kərim əfəndi
Vardani’nin biri türkcə, biri farsca olmaqla iki qəzəli
verilib. Daha sonra bildirilir ki, Kərim
ağanın yaxşı əl işləri olub, ağacda
oymalar açaraq nəqqaşkarlıq edib, ağacdan
bıçaqla qaşıq oyub). Xəlq əhlindən bir kəsin
haqqında sərasər əyyami-ömri-şərifində
bica yerə bir zülmü xəyanət, dilazarlıq
qövlən və felən sadir olmayıb. (Bundan sonra göstərir ki,
namazını heç vaxt keçirməyib. Hətta
imperator Nikolay Romanov Tiflisə
gələndə[176]
qarşılayanlar içərisində Kərim ağa da
olub və onun bu vaxt namaz qılmağı el içində
məşhur bir əhvalata çevrilib). (Bundan sonra: Kərim ağanın
şairlərə münasibəti yaxşı olduğundan
onu da şairlər tərif edib. Haqqında Mustafa ağa Qazaqi’nin
türkcə bir, Göynüklü Şikəst Əhməd
əfəndi’ninsə farsca iki qəzəli verilib. Əlyazmanın 19-20-ci səhifələrində
Kərim ağanın şəxsi keyfiyyətlərindən
danışılır). Qafqaziyyə sərdarlarının[179]
hansıyla mülaqatı ittifaq olup isə[180]
nəhayətdə ehtiramın gözləyip və… hər
çi ki təvəqqe ittifaq düşüp isə dərhal
[sərdarların] hüzurlarında məqbul olub. (Bildirilir ki, «ministr» Çernixov Şəkiyə gələndə
onunla yaxınlıq edib). …Ələlxüsus sərdari-valatəbar
ğenaral Yarmolof[181]
hüzurunda nəhayətdə sevgili olması məşhur[dur].
Və bədə ğenaral felt-marşal qnyaz Pasqeviç[182]
hüzurunda neçə işləri ittifaq düşüp
isə qayətdə ehtiram ilə məqbul buyurub. Və
ğenaral felt-marşal nametniq[183]
qnyaz Varonsov[184]
ğayətdə ehtiram ilə neçə təvəqqe
ittifaq olup isə bilatəxir əncamına əmr buyurup… Qubernatorlar cümləsi dostluğunu bərgüzidə
edip, hər biri həmişə şəhərə[185]
gəldikləri əsnada vizitlə qulluğuna gəliplər.
Ələlxüsus ki, nəhayət sevgili olup ğenaral
baron Varangel[186]
indində. Və uyezdni naçarliklər ğayətdə
ehtiramını bərdaşt etmək ilə özlərinə
havadar hesab ediplər…
Kərim ağa FATEH. Şəki
xanlarının ixtisar üzrə tarixi[187]
Buyurmuşdunuz ki, Şəki vilayəti’ndə olan bir para xan və
xanzadələrin əslü nəcabətin və bir para
vaqeat böyük əhvallardan teyişib, həqiqət edib,
doğruluq ilə yazıb hüzurunuza izhar edək. Mən də
böyük, köhnə adamlardan teyişib və həqiqət
edib, bir para xan və xanzadələrin əslü nəcabətin
və bir para da böyük vaqeatlardan doğruluq ilə
yazıb zeyldə[188]
yazılan qərar üzrə hüzurunuza izhar elədim. Belə dedilər ki, Nuxu’da bir keşiş var imiş, amma nə tarixdə
olmağı məlum degildir, adını Qara keşiş[189]
deyərlərmiş; Nuxuda böyük imiş. Və bir
keşiş də Kiş qəryəsində
böyük imiş[190].
Qara keşiş Kişdəki keşişin
qızını [oğluna] istər ki, ala. Kişdəki
keşiş deyər ki, mənim qızım ağ su ilə
pərvəriş tapıbdır, qara su olan yerə
qızımı vermərəm. Sonra Qara keşiş deyər ki,
Kiş çayından bir arx mən də evimin yanına gətirərəm.
Kişdəki keşiş deyər ki, suyu gətir, sonra
qızımı oğluna verim. Qara keşiş ağ sudan
bir arx gətirir. Sonra [Kişdəki keşiş]
qızını bunun oğluna verir. Və Qara keşişin oğlunun
adı Candar’dır. Və Candar bir neçə vaxtdan
sonra müsəlman olub, adına Əlican deyibdirlər.
Və Əlicanın oğlu Qutul
xan’dır. Qutul
xanı İran padşahının biri Şəkidə xan
edibdir. Qutul xanın oğlunun adı Şəki
xan’dır. Və Şəki xanın oğlunun
adı Həsən sultan’dır.
Nəhayət[191], Həsən
sultanın qəziyyəsini «Aləmara» [192] adlı bir tarix
kitabı var, o kitabda böylə yazıbdır ki, Həsən
sultan Səfəviyyə şahı
Şah İsmayıl’a qulluq
elərdi. Gürcüstan valisinin gücü və qüdrəti
çoq idi, amma şaha qulluq eləmək səbəbiylə
(Həsən sultana) [gücü] çatmaz idi. Şah İsmayıl ölən ildə[193]
Gürcüstan valisi Əlvənd
xan[194]
qoşun götürüb gəlib. Və Həsən sultan
da qoşun ilə onun qabağına gedib, dava elədilər.
Davada Həsən sultan öldü. Sonra Şəki vilayətinin
böyükləri Həsən sultanın oğlu Dərviş
Məhəmməd xan’ı özlərinə hakim elədilər. Və Şah İsmayıl öləndən
sonra oğlu Şah Təhmasib
İranda[195]
şah oldu. Dərviş Məhəmməd xan, atası kibi,
şaha qulluq eləmədi. Şirvan
vilayətinə şahın qoşunu gəlib dava edəndə
Dərviş Məhəmməd xan da qoşun
götürüb (gedib), Şirvanda qızılbaş
qoşununa şəbxun edibdirmiş. Bu qəziyyəni də
Şah Təhmasibə Şirvandakı qoşunun
böyükləri məlum elədi. Şah Təhmasib tarixi-islamiyyə
958-də olanda[196]
qoşun ilə gəlib Ərəş
mahalı’na düşdü. Şah Ərəşə gələndə
o ətrafda olan hakimlər ehtiyat elədilər. Əlvənd xan – valiyi-Gürcüstan
Ərəşdə şahın hüzuruna[197]
gəlib itaət elədi (və) şah da ona xələt
verdi və nəvaziş elədi. Şah Dərviş Məhəmməd
xana da adam və fərman göndərdi ki, gəl, sən də
qulluq elə, özünü xarab eləmə,
padşahın sənə şəfqəti çox olur. Dərviş
Məhəmməd xan və Şəkinin böyükləri
yerlərinin möhkəmliginə məğrur olub qəbul
eləmədilər. Və Şəki vilayətinin sərkərdələri
bəzisi Kiş qalasını
bərkidib onda durdular. Və Dərviş Məhəmməd
xan özü bir para böyüklər ilə Gələsən və görəsən
qalasına getdilər. Gələsən və görəsən
qalası çox hündür və bərk olmağına
görə heç kim onu ala bilməmişdi. Və bir para
adamlar da Alburz[198]
dağı – ki, Qafqazdır – [gedib] onun ətəklərində
sığnaq elədilər. Şah Təhmasib bu
işdən çox acıqlanıb qızılbaş
xanlarının bir parasın Kiş qalasını almağa
müqərrər buyurdu və bir para xanları Əlvənd xan ilə belə[199]
Gələsən və görəsən
qalasının üstə[200]
göndərdi və bir para xanları Alburz[201]
ətəgində olan sığnaq üstə göndərdi.
Kiş
qalası’na gedən xanlar qalaya top və tüfəng urdular.
Qala əhli gördülər ki, qala xarab olur, qalanın
açarın[202]
özləriylə gətirib padşahın hüzuruna gəldilər.
Padşahın bunlara[203]
şəfqəti oldu və xələt verdi. Sonra padşah
buyurdu, Kiş qalasını söküb xarab elədilər
(və) padşah özü də qoşun ilə belə
sığnaq tərəfinə hərəkət elədi.
Sığnaq əhli padşahın gəlməgini və
Kiş qalasının xarab olmağını görüb dəstə-dəstə,
fövc-fövc[204]
padşahın hüzuruna gəlib əczi-izhar elədilər.
Və Dərviş
Məhəmməd xan bu adamların getməgin və
özləri yalquz qalmağın görüb peşiman olub,
bir gecə dört yüz adam götürüb Gələsən və görəsən’dən
çıxdı ki, qaça gedə. Bir para xanlar – ki, Əlvənd
xan ilə belə o həvalədə durmuşdular – Dərviş
Məhəmməd xanın getməgin qoşun əhli bilib
bunları qovupdurlar[205].
Bir az yol getməmiş bulara çatıb dava elədilər.
Dərviş Məhəmməd
xanın çox adamları ölüb. Dərviş Məhəmməd
xan özü Şamlı
Çərandab sultan’ın nökəri Kosa Pirqulu adlı adam ilə bərabər gəlib
dava elədilər. Kosa Pirqulu buna artuq gəlib, başın
kəsib padşahın hüzuruna gətirdi. Padşah buna
çoxlu pul və xələt verdi və Şəki
vilayətini zəbt elədi. Bu yerədək[206] «Aləmara»
kitabında yazıbdır[207]. Dərviş Məhəmməd
xanın oğlu Bağı bəg uşaq
qalıpdır. Dərviş Məhəmməd xan
öləndən sonra Şəki vilayətindən bir
Hüseyncan adlı bir rəşid kimsə şaha qulluq edərmiş.
Şah Təhmasib onu Şəki mahalında fərman verib məlik
edib, Məlik Hüseyncan deyibdirlər. (Və) [şahlar] dəxi Şəki
vilayətində xan qayırmayıb. Və Məlik Hüseyncanın
oğlu Məlik Ziyaəddin yüzbaşı, onun
oğlu Məlik Qaim[208]
yüzbaşı, onun oğlu Məlik Əhməd xan’dır. Bir neçə arxa
Şəki vilayətində[209]
bunlar məliklik edibdirlər. Bulara Əkis Məlikli
deyərlər. Məlik Əhməd xan öləndən
sonra uşaqları qalıb. Səfəviyyə
padşahının biri adam göndəribdir ki, Şəki
vilayətinin[210]
neçə ilinin dəxlin[211]
onun övladından alun. Mühəssil[212]
gəlib bunların özlərin və övrətlərin
dögüb, təmamən malların alıb və məlikliklərin[213]
kəsib, bir özgə nəsildən bir məlik Şəki
vilayətinə[214]
fərman verib məlik edibdir. Onun adı Məlik Hüseynqulu’dur[215].
Bunlar da iki-üç arxa məliklik eləyibdir[216].
Biri Məlik Əlimərdan’dır[217]
və biri də Məlik Nəcəf’dir[218]
(ki), Nadir şah əyyamı[219]
məlikdir. Və Bağı bəg ki, Dərviş Məhəmməd
xanın oğluydu[220], onda bəglik
olmayıb və onun oğlu Əlican’dır,
onun oğlu Əsgər’dir
və Əsgərin oğlu Allahverdi
və onun oğlu Əlican
və Əlicanın iki oğlu olub: biri Qurban və biri Əhməd.
Qurbanın oğlu Hacı
Çələbi və Əhmədin oğlu Hacı Şıxəli. Hacı Çələbi(nin) Məlik Nəcəf məlik
olanda Şəkidə el arasında abrusu və dövləti[221]
var imiş. Hacı Şıxəlinin[222]
də dövləti var imiş. Nəhayət[223],
Hacı Çələbinin sikkəsi və rəşadəti
ondan artuq imiş. Məlik Nəcəf padşahdan və
özündən qulluq olanda sünni əhlinə çox həvalə
elərmiş və sünni əhlini çox incidərmiş.
Sünni (əhli) onun əlindən[224]
təngə gəlib Nadir şaha ərz eləyərlər
ki, məlik qızılbaş olmaq səbəbiylə bizi
çox incidər. Qulluq və biyar[225]
olanda qızılbaş əhliynən bizə çox təvafüt[226]
qoyur, bizləri xarab eləyibdir. Padşahın rəiyyəti
varuq; Allah xatirinə, bizə bir çarə elə. Nadir
şah[227] bunlara
buyurubdur ki, siz sünni əhlindən bir yaxşı adam
özünüz qəbul eləyin, qayırın sünni əhlindən
vəkil, mənim yanıma
gəlsin. Ona fərman verib mən də vəkil elərəm ki, məlik onsuz bir iş duta
bilməsin. Sünni əhli şahın əmrinə görə
məşvərət edərlər ki, Hacı Çələbi’nin ata və babalarında
böyüklük var (və) özü də rəşid və
işbilən adamdır, bunu vəkil eləyək. O vaxt
Hacı Çələbi də həccə getməmiş
imiş, adına Çələbi
deyərlərmiş. Xalq bunu vəkil edib Nadir
şahın hüzuruna göndərərlər. Şah buna
fərman verib Şəki vilayətinə[228] vəkil
elər ki, Məlik Nəcəf bunsuz rəiyyətə
qulluq həvalə eləməsin. Fərman alıb Şəkiyə gəlib,
adına Vəkil Çələbi
deyibdirlər. Məlik Nəcəfi qoymaz imiş ki, sünni
əhlini bica[229]
yerə incitsin. Məlik Nəcəf bundan[230]
yürəgində ədavətli olub bəhanə
axtarırmış ki, bunu şahın yanında sahibi-təqsir
eləsin. Neçə vaxt bundan keçəndən sonra məlik
şah hüzuruna[231]
gedər (şah da İrani-xarabda[232]
imiş), şaha ərz elər ki, Çələbi məni
qoymayır ki, şahın qulluğunu rəiyyətə
buyuram. Şahın qulluğu dutulmayır[233],
nə özü qulaq asır, nə xalqı qoyur. Şah qəzəbnak olub Çələbini[234]
istər. Çələbi şahın qulluğuna gedər.
Şaha bunun gəlməkligi[235]
məlum olur, hüzura istər. Məlik də hüzurda var
imiş. Şah Çələbiyə acıqlanıb ki, mənim
qulluğumu nə üçün qoymayırsan əmələ
gələ? Bunu öldürün! Çələbinin boğazına
kəndir salın![236] Bu halda [Çələbi] kəndir
boğazında ərz elər ki, başına dönüm,
mənim təqsirim nədir? Bica[237]
yerə məni öldürürsünüz[238]. Şah buyurur ki, məlik deyər:
«Çələbi qoymayır ki, şahın qulluğu əmələ
gələ». Çələbi ərz
elər ki, sənə fəda olum, məsələn,
şahdan bir qulluq gəlsə məlik dörd-beş qulluq
da onun üstə qoyub rəiyyətə həvalə edər.
Mən deyərəm ki, şah məni vəkil edibdir,
razı olmanam ki, şahın rəiyyətini əbəs yerə
xarab eləyəsən. Məlik bu səbəbdən xilaf
yerə ərz elər. Rəiyyət padşahın
ixtiyarındadır. Məlik bu sözdən çoq qorqub.
Şah məlikə çoq qəzəbnak olub, Çələbini[239]
mürəxxəs eləyib əvvəlkindən[240]
artuq hökm verib. Çələbi şahın
hüzurundan çıxıb, fərmanın alıb Şəkiyə
gəlir. Və [Nadir şah] məliki də çox
sögüb Şəkiyə göndərir. Şah gecə fikir eləyib öz
üməralarına[241]
buyurur ki, mənim hüzurumda bir kəsin həddi yoqdur ki, nəfəs
çəkə. Şəkili Çələbi nə
cürət sahibi var imiş ki, boğazında kəndir
cürət eləyib bu ərzləri bənə elədi,
heç sözün yanılmadı? Əlbəttə,
bundan bir xəta əmələ gələcək, mənim
zənnim xəta olmaz. Bir neçə vaxtdan sonra məlik
Hacı Çələbidən genə pis sözlər
şaha ərz elər. Şah mühəssil göndərər
ki, Hacı Çələbidən yüz tuman cərimə
alın. Mühəssil gəlib Hacı Çələbidən
pul istər. [Hacı Çələbi] deyər: «Mənim[242]
təqsirim[243]
nədir ki, cərimə verim? Vermənəm!». Bir neçə gün keçər,
(sonra) mühəssil deyər ki, pulu ver, yoxsa güc ilən,
dögərəm, allam. Hacı
Şıxəli (ki, Hacı Çələbinin əmisi
oğludur)[244]
deyər: «Ey Çələbi,
şahın nökəriylə yüzləşmə, pulu
ver». Hacı Çələbi verməz. Hacı
Şıxəli çoq dövlətli imiş. Oğluna
deyər ki, get evdən[245]
pul(u) gətir, cəriməni verək. Hacı Çələbi
deyər: «Sən də vermə». Hacı Şıxəli onun
sözünə baxmaz, gətirir, pulu verir. Mühəssil cəriməni
alar, gedər. Şaha burda olan[246]
işləri ərz edər ki, Hacı Çələbi
pulu verməyirdi, əmisi oğlu[247]
verdi. Onu da qoymayırdı, sözünə baxmadı,
verdi. Bir neçə vaxtdan sonra Məlik Nəcəf şaha[248]
Hacı Çələbidən yenə təqsir ərz elər.
Şah bu vaxtda[249]
Hacı Çələbini istər ki, hüzura gəlsin.
Adam gəlir, Hacı Çələbiyə deyər.
Hacı Çələbi bilir ki, bu dəfə getsə[250]
şah buna tənbeh[251]
edəcəkdir. Hacı Çələbi hər nə ki
sünni əhlinin böyüklərini və
yüzbaşılarını var, yığıb cəm elər,
xəlvət[252]
deyər ki, şah məni istəyibdir, amma bu dəfə
getsəm bilirəm ki, gəlməyəcəgəm. Nə
deyərsiniz? Bunlar təmamən deyərlər ki, sən
getsən biz qızılbaşın qulluğuna tabü taqət
gətirə bilməzik[253].
Səni getməgə qoymanuq. Deyər: «(Pəs) imdi mən nə desəm
öylə elərsiniz?». Deyərlər: «Elərük». Sabahdan Hacı Çələbi
sünni əhlinin böyüklərini və rəşidlərini
götürüb gedib Məlik Nəcəfi[254] bir para
övladıyla belə[255] qırıb
öldürərlər[256]. Təmamən cəm
olub tarixi-islamyyə min yüz əlli altıda olanda[257] Hacı Çələbini
özlərinə hakim edib, Gələsən-görəsən(d)ə[258] gedib sığnaq
elərlər. Bu əhvalatı Nadir şaha[259]
ərz elərlər. Şah qoşun götürüb, gəlib
Daşbulaq kəndinin
yanında Kotan düzü[260]
deyərlər, orada ordunu qoyub, bir para zübdə[261]
qoşun götürüb Gələsən
(və) görəsən tərəfinə gedər.
Çoq dava edərlər, (hər) iki tərəfdən
çoq adam ölür. Hətta şahın
qabağında pişxidmətin ururlar. Şahın üməraları
ərz elərlər ki, sənə fəda olaq, bir para ac,
bimənfəət adamlardan ötrü qoşunu nə hacət
qırdırırsan? [262]
Sonra şah qəbul edib, qayıdıb ordusunda bir neçə[263]
vaxt əgləşib[264].
Sonra gedib, o bir[i] ildə yenə gəldi.
Xülaseyi-kəlam, üç il Hacı Çələbi
Şəki əhli ilə Gələsən (və) görəsəndə
oturub, çoq aclıq və tənglik çəkibdirlər.
Sonra şah çıxıb gedib, bunlar da Nuxuya
düşübdürlər. Şah gedib, Xorasanda
şahı öldürübdürlər[265].
İranda məğşuşluq çoq olubdur. Hacı Çələbi çoq
böyük olub. Təbriz [266]
vilayətinə kibi[267]
buna qulluq edibdirlər. Nadir şah öləndən sonra
İranda bir Əmiraslan sərdar
olub. O da Şəki vilayətinə qoşun çəkib gəlib[268].
Hacı Çələbinin böyük oğlu Həsən ağa bir para
qoşun ilə gedib, dava edibdirlər. Həsən ağa o
davada ölüb. Əmiraslan sərdar Şəki
vilayətin ala bilməyib, qayıdıb gedibdir. Bir neçə vaxtdan sonra xoylu Əhməd xan və
qaradağlı Kazım xan və
qarabağlı[269] Pənah xan və gəncəli Şahverdi xan həsəd elərlər
ki, Hacı Çələbi neçün bir belə
böyük olmaq gərək? Bunlar dördü
Gürcüstan valisinə[270]
adam və kağız göndərirlər ki, biz və sən
də qoşun götürüb gedib Hacı Çələbiyə
tənbeh[271]
eləyək. (Və) vali çoq qoşun
götürüb[272]
gəlir; o dört xanlara adam göndərir, onlar da gəlirlər.
Vali onların dördünü də dutub öz qoşunu ilə
Çələbinin üstə gəlir. Xanları da öz
yanında dusdaq gətirir. Hacı Çələbi bunu
eşidib, bu da qoşun götürüb, gedib Şəmkir tərəfində
vali ilə dava eləyib. Vali çoq pis basılıb,
çoq adamları ölüb, qayıdıb gedibdir[273]. Hacı Çələbi
o dört xanları da valinin əlindən alıb mürəxxəs
eləyib, [onlar] öz ölkələrinə gedibdirlər[274]. Sonra bir kərə yenə
valiyi-Gürcüstan qoşun ilə[275]
gəlib, Qanıq kənarında
Hacı Çələbi xan ilə dava edib, yenə
basılıb gedibdir. Hacı Çələbi xan on
iki il hakimlik edib, tarixi-islamiyyə[276]
min
yüz altmış səkkizdə olanda [277] mərhum
olubdur[278].
Oğlu Ağakişi bəg[279]
yerində hakim olub. Surxay xan’ın
atası Məhəmməd xan’ın[280]
qızını da alıb, beş il Şəkidə
xanlıq edib. Ağakişi bəg qızını
alan Məhəmməd xan Qumuq xanı qoşun ilə Ərəş
mahalına gəlib Ağakişi bəgə adam göndərib[281]
ki, qızımın əri gəlsin, görüşək.
Ağakişi bəg də bir para adam götürüb gedər.
Ərəş sultanı Məlik Əli Məhəmməd
xan ilə sözübir olub, Məhəmməd xan tarixi-islamiyyə
min yüz yetmiş ikidə olanda[282]
Ağakişi bəgi öldürür, qoşunun
götürüb[283]
Nuxuya gəlir. [Məhəmməd]hüseyn xan (ki,
Hacı Çələbinin oğlu Həsən ağa’nın oğludur) o vaxtda
cahıl oğlan imiş. Şəki bəglərinin bir parası
onu götürüb Şirvan vilayətinə
qaçıbdırlar. Məhəmməd xan Nuxuya gəlib.
Hacı Çələbinin çoq pulunun və xəzinəsinin
yerini [ona] deyibdirlər, yerdən çıqarıb. Nuxuda
çoq zülmlər edib. Qırq gün Nuxuda qalıb,
qırq gündən sonra Şəki[284]
əhli dönüb, Hüseyn xanı Şirvandan
götürüb, Məhəmməd xanı Şəkidən
qovub[285]
[Məhəmməd]hüseyn
xanı Şəkidə xan edibdirlər. Ərəş
sultanı Məlik Əli
Hüseyn xana qulluq etməyib[286]
iki il Hüseyn xan xan olandan sonra. İranda bir Əfşar Fətəli xan[287]
var imiş, sərdar imiş, Qarabağa gəlir. Məlik Əli Fətəli
xan yanına gedər ki, Şəkidə onu xan eləyə.
Hüseyn xan bunu eşidib bu
da çoq peşkəş ilə sərdarın yanına
gedər. Sərdar Fətəli xan bir para kəslərdən
və böyüklərdən xəbər alıb ki, Şəki
vilayətinin əsl bəgzadəsi Məlik Əlidir, yoxsa
Hüseyn xandır? Ərz edərlər[288]
ki, Hüseyn xandır; onların[289]
övladı bunların nökərləridir, həmişə
bunlara qulluq edibdirlər. Sonra (sərdar) Fətəli
xan Məlik Əliyə naxoş olub ki, ağanın
yüzünə niyə[290] durursan deyib və
dutub [onu] Hüseyn xana verib. Hüseyn xana xələt verir[291] ki, mən
də səni xan elədim. Hüseyn xan Məlik Əlini
alıb Şəkiyə gəlir və Məlik Əlini
öldürür[292] (və) Şəkidə
hakim olur. Hacı Çələbinin dört
oğlu var: Həsən
ağa, Ağakişi bəg, Cəfər
ağa [293] və Hacı Əbdülqadir xan[294]. Hüseyn xanın xanlığından
bir neçə il keçəndən sonra bir para kəslər
Cəfər ağa’ya təhərrük[295]
verirlər ki, sən Hacı Çələbinin oğlusan,
Hüseyn xan nəvəsidir; neçün sən xan olmayasan[296],
o, xan ola? Cəfər ağa da bundan ötrü Hüseyn
xandan ədavət elər (ki), gündən-günə ədavət
aralarında ziyadə olur. Hüseyn xan nə qədər hərəkət
elər ki, bunu islah eləyə, çarə olmaz.
Axırı, iş çoq bərk[297]
olur. Hüseyn xan çarə tapmaz, Cəfər
ağanı öldürür. Və Hacı Əbdülqadir bəg (ki, Cəfər
ağanın qardaşıdır) bu işdən küdurət
edib, bir neçə ildən sonra Şəki (bəglərindən) və Ərəş[298]
bəglərindən üstünə cəm edib,
qaçıb Ərəşdə Kür kənarında Dardoqqaz[299]
adlı bir ada var, orada bərk səngər qayırıb və
Qarabağlı İbrahim xan
da əl atıb, o da bunlara kömək olub, orada dururlar.
Hüseyn xan ilə onun arasında (bir) neçə
davaları olub. Ağakişi bəgin oğlu Balahacı xan o davaların
birində ölübdür. Hüseyn xan igirmi iki il Şəki
vilayətində xanlıq edib. Axırı, bir
neçə vaxtdan sonra Hacı Əbdülqadir bəg
fürsət tapıb, Şəki və Ərəş bəgləriylə
gəlib, Hüseyn xanı Nuxu qalasında dutub. Tarixi-islamiyyə
min yüz doqsan dörtdə olanda[300]
Hüseyn xanı öldürüb, Şəki vilayətində
xan olubdur, Hacı Əbdülqadir xan deyilibdir. Bir neçə
vaxtdan sonra Hüseyn xanın Əhməd
ağa adlı bir oğlu var imiş, onu da
öldürür. Məhəmmədhəsən
Hüseyn xan oğlu Qarabağda imiş. Oradan Cara gəlir.
Cardan qoşun götürüb gəlir, Hacı Əbdülqadir
xan ilə dava elər, basılar, gedər. Hacı Əbdülqadir
xan üç il yarım Şəkidə xanlıq edib.
Məhəmmədhəsən xan sonra
bir də Cardan qoşun cəm edib gəlib Hacı Əbdülqadir
xan ilə dava elər. Bu dəfə Hacı Əbdülqadir
xan basılar, qaçar, Şirvan vilayətində Mustafa xan’ın[301]
atası Ağası xan’ın
yanına gedər. Ağası xan onu dutub Məhəmmədhəsən
xana verər. Tarixi-islamiyyə [26 məhərrəm] min
yüz doqsan səkkizdə olanda[302]
Məhəmmədhəsən
xan onu öldürüb Şəki vilayətində xan oldu.
Və Məhəmmədhəsən
xan Hacı Əbdülqadir xanın yeddi xırda oğlun
öldürübdür. Onun oğul övladı
qalmadı Məhəmmədhəsən xan bir-iki il
xanlıq edəndən sonra. Mənim atam Fətəli xan Məhəmmədhəsən
xanın [ögey] qardaşıdır. Onun[303]
anası Ərəş sultanının[304]
qızıdır[305].
Ərəş sultanı Məlik Əlinin oğlanları o
vaxtda Ərəşdə böyük və sikkəli və
güclü bəglər imiş ki, Fətəli xanın
anasının qardaşlarıdır. Məhəmmədhəsən
xan Fətəli xan’ın
qövmləri böyük və çoq olmaq və
özü də Hüseyn xanın istəkli[306]
oğlu olmaq səbəbindən, ehtiyat elər ki, bəlkə
[Məhəmmədhəsən xanı] xarab eləyə,
dutub Fətəli xanın gözlərini
çıqarıb özünü də evdə[307]
dusdaq elər. Bir neçə ildən sonra Səlim
xan (ki Hüseyn xanın kiçik oğludur) Məhəmmədhəsən
xan buna abru[308]
və rütbə verməz, birütbə saxlar və bəlkə
xarab eləmək qəsdində olur. Səlim xan Məhəmmədhəsən
xanın yamanlıq qəsdindən qorqub, bir para Şəki
vilayətinin bəglərindən özünə yoldaş
eləyib, tarixi-islamiyyə min iki yüz doqquzda olanda[309]
Şəkidən qaçıb Car
vilayətinə gedər. Haman o ildə İran[310]
şahı Ağaməhəmməd
şah qoşun ilə Qarabağ vilayətinin üstə
gəlib orda əgləşdi. Məhəmmədhəsən
xan şaha qulluq eləmək və ixlas göstərməkdən
ötrü Hacı Seyid
adlı bir böyük və külli-ixtiyar nökəri var
idi, bunu şahin qulluğuna göndərdi. Nəhayət[311],
Hacı Seyid yürəgində Məhəmmədhəsən
xandan çox incik imiş (və) şaha ərz elər ki,
hərgah istəsən Şəki vilayəti sənə
qulluq eləyə, gərəkdir Məhəmmədhəsən
xanı öldürəsən, ya gözlərin
çıxardasan. Şah öz xanlarından birisini (ki,
adı Dəvəli[312]
Hacı Mustafa xan ola) sərdar elər və on iki min
qoşun verib göndərər ki, get Şirvan və Şəki
vilayətlərin zəbt elə və Məhəmmədhəsən
xanı dutub gözlərini çıxardıb, Təbriz[313]
vilayətinə göndər[314]
getsin. Dəvəli Mustafa xan qoşun ilə
Kürdən keçib, Şirvan vilayətinə gəlib[315],
Şirvan xanı Mustafa xan Fit dağı adlı bir bərk
yer var imiş, qaçıb orda sığnaq elər.
Qızılbaş qoşunu Şirvanın çöllərindən
ələ gələni çapar, aparar. Məhəmmədhəsən xan on iki
il xanlıq eləyib o eldə. Tarixi-islamiyyə min iki yüz onda idi[316], Səlim
ağa Car’dan və Avar’dan bir para qoşun cəm
edib, gəlib, Məhəmmədhəsən xan da Şəki
qoşununu cəm edib, gedib Göynük[317]
kəndinin yanında dava elədilər. Məhəmmədhəsən
xan basılıb gəlib Nuxuya. Səlim
xan Car və Avar qoşunu ilə dalısınca gəlib[318]
daxil olubdur. Və Dəvəli Mustafa xan
qoşun(u) ilə Şirvan’dan Ağdaş’a gəlib, bir
neçə gün Ağdaşda qalıb, sonra Xaçmaz mahalında[319]
Tərkəş adlı kəndin
ayağında düşüb əgləşdi. Məhəmmədhəsən xan
Ağaməhəmməd şaha qulluq elədiginə və
adamı şahın yanında olmağına arxeyin[320]
olub, nəhayət[321],
Dəvəli Mustafa xan nədən[322]
ötrü gəlir və nə fikirdə olmağından xəbəri
olmayıb, gəlib Nuxudan çıqar, gedər ki, gedib Dəvəli
Mustafa xandan qoşun alıb Səlim xanı Şəkidən
çıqarsın[323].
Gedib Tərkəş
ayağında Dəvəli Mustafa xanın qoşununa daxil
olan kimi Mustafa xan Məhəmmədhəsən xanı
dutdurub, təmamən nökərlərini soyundurub və
özünün gözlərini çıqarıb, bir
neçə qızılbaş adamına[324]
verib Təbriz[325]
vilayətinə göndərdi. Səlim xan Şəkidə xan olub əgləşdi[326]. Bir
neçə vaxtdan sonra Məhəmmədhəsən
xanın yeddi xırda oğlun öldürübdür.
Səlim xan da şaha qulluq eləməyib,
qızılbaş qoşunundan ehtiyat edib, şəhəri
köçürüb Gələsən-görəsənə
aparıb, orada sığnaq elədi. Ağaməhəmməd şah o il[327]
Qarabağı ala bilməyib, qoşunların
götürüb, gerü qayıdıb getdi. Və Dəvəli
Mustafa xanı da qayıdıb gedəndə Şirvanda
öldürübdürlər. Obiri ildə şah genə
gəlib, Məhəmmədhəsən xanı da
götürüb və binə (və)
ağırlığı və bir para qoşunu da və Məhəmmədhəsən
xanı da Muğanda qoyub, özü qalan qoşunu
götürüb Qarabağ üstə gəldi.
Şir(v)anlı Mustafa xan’ı
və gəncəli Cavad xan’ı
şah istəyib, yanına aparmışdı. O il çoq aclıq olub, Qarabağ tab
gətirməyib, İbrahim xan
övlad(lar)ıyla Car vilayətinə
qaçdı. Şah Qarabağı alıb, özü gedib
Şuşa[328]
qalasında əgləşdi. Haman o ildə (ki, tarixi-islamiyyə
min iki yüz on birdə idi)[329]
Şuşa[330]
qalasında şahın öz pişxidməti ki, şah ona
naxoş olmuşdu, o da öz qorxusundan (ki, bəlkə
şah məni öldürə) bir gecə şahı
öldürür[331].
Sabahdan qoşun əhli bu qəziyyəni bilib, tamam qoşun
bir-birinə dəgib, çox-çox məğşuşluq
olub, qızılbaş qoşunu təmamən çəkildi[332],
getdi. Və Şirvanlı
Mustafa xan oradan gəlib, Muğandan Məhəmmədhəsən
xanı da götürüb Şirvana gəldi. Bir neçə
gün saxlayıb, sonra Məhəmmədhəsən
xan’ı götürüb, Şəkiyə gəldi ki,
bunu genə xan eləyə. Səlim xan eşidib,
qaçıb getdi. Məhəmmədhəsən xanı
Mustafa xan gətirib bir də xan elədi[333].
Mustafa xan və Məhəmmədhəsən xan ikisi dost
olub dolandılar. Səkkiz il Məhəmmədhəsən
xan genə xanlıq elədi. Sonra Mustafa xan ilə araları yaman
olub düşmən oldular. Mustafa xan Səlim
xan’ı Qarabağdan gətirdi ki, gələ, Məhəmmədhəsən
xanı çıxarıb Səlim xanı xan eləyə.
(Və) Məhəmmədhəsən xan da qoşun
götürüb [Mustafa xanla Səlim xanın]
qabağına[334]
gedəndə yoldaşının[335]
yüzünə baxıb bildi ki, ola ki[336],
munu[337]
istəməyən kəslər çoqdur, Mustafa xanla dava
eləyə bilməz. Naçar qoşunu dağıdıb
bir para adam ilə Mustafa xanın yanına gedər ki, bəlkə
genə mənim ilə dost ola, xanlıq munda qalıb,
qayıdıb yenə Şəkiyə gələ. Gedən
kibi Mustafa xan bunu dutdurub Şirvan’a
göndərir və Səlim xanı da saxlar; bu fikirdə
olur ki, öz bəglərindən birini Şəkiyə naib
göndərə. Şəki əhli
böyük-kiçik yığılıb, mənim atam Fətəli xan’ın üstünə cəm
olub, andlar içib, bərk ittifaq edib tarixi-islamiyyə min
iki yüz on doqquzda olanda[338]
xan elərlər. İki-üç
ay xanlıq elər. (Və) Mustafa xan görər ki, elədigi
fikri əmələ gətirə bilməz (və) Fətəli xanın
yanına adam göndərər və dostluq elər ki,
oğlun da göndərsin, bir neçə vaxt yanında
qalsın dostluq möhkəm olmaqdan ötrü. O zamanda[339]
mən (də) kiçik idim, atam məni Şirvana göndərdi.
Mən gedən vaxt Səlim xanı
Mustafa xan Ağdaş
mahalına göndərdi. Ağdaşda bir neçə
gün qalandan sonra Şəki bəglərindən iki-üç
adam Səlim xana dil verir, Səlim xan da xəbərsiz, bir
geçə atlanıb gəlir. Fətəli xan xəbərsiz,
[Şəki əhli] and içibdirlər, [xan] nə bilsin
ki, bir neçə bəg xəyanət elərmiş? Səlim
xana dil verən bəgin birinə qalanın qapusunu
tapşırır. Qapuda duran bəg Səlim xan gələn
kibi qapunu açıb [onu] qalaya salır. Yuqarıda yazılan tarixdə Səlim
xan yenə də Şəkidə xan olur, bir il yarım
xanlıq elər (və) sonra padşahi-aləmpənah
imperatori-əzimə[340]
qulluq elər[341]. Vəqti ki, Qarabağlı İbrahim
xan[342]
dönüb, Rusiyyə qoşunu onunla dava eləyib,
İbrahim xan öləndə[343]
Səlim xanın bacısı da orada olur[344],
Səlim xan bu işdən küdurət eləyib
yanındakı Rusiyyə qoşunundan bir neçə adam
öldürür[345].
Səlim xanın bu xəyanətindən o zamanda[346]
olan sərdari-valatəbar[347]
qəzəbnak olub, Nebo(l)sin yanaralı[348]
bir para Rusiyyə qoşunuyla Səlim xanın üstünə
göndərir. Səlim xan bir az dava elər, bacarmaz,
çıqıb qızılbaş tərəfinə[349]
qaçar[350]. Nebo(l)sin yanaral bu vilayətin
ixtiyarını yenə mənim atam Fətəli xana verir.
Amma Xoylu Cəfərqulu xan
Şəki vilayətini padşahi-aləmpənahdan istəyib,
padşah da ona verdiribdirmiş[351].
Sonra tarixi-islamiyyə min iki yüz
igirmi birdə olanda[352]
Cəfərqulu
xan padşahın əmriylə Şəki vilayətində
xan oldu[353]. Mən də Cəfərqulu xan əyyamı
Şəkiyə gəldim. Təhrirən
fi 20 [mahi-z]ilqədətül-həram 1244 (=miladi 24 may 1829). HACI
ÇƏLƏBİ XANIN NƏSLİ BU TƏRZ İLƏDİR[354] Cəfər[qulu]
ağa*[355] Həsən
ağa Hacı Əbdülqadir
xan* Ağakişi xan [Məhəmməd]hüseyn
xan 7 xırda uşağını Balahacı xan
Məhəmmədhəsən
xan
öldürüb) Məhəmməd- Əhməd ağa* Fətəli xan Səlim xan Mahmud ağa həsən xan (7 xırda Kərim
ağa[356] Hüseyn xan[357] [Mirzə bəy] uşağını Səlim Hacı
xan [Ağakişi bəy] xan öldürüb)
Süleyman xan[358] [Abdulla ağa][359]
[Əbdürrəhim ağa] [Haşım ağa] [Hüseyn
ağa] [Sadıq ağa] [Abbasqulu] [Məhəmməd] [Musa bəy] [Cəfər
ağa] [Uğurlu
bəy] Həmid ağa] [Mustafa ağa Şuxi]
[Əhməd] [İsmayıl ağa] [Cəfər
ağa] [Əbdüləziz]
[Əbdüssəməd] [Məhəmməd] Mustafa ağa ŞUXİ |